» » Uşaqları istidən qorumaq üçün tövsiyələr

Uşaqları istidən qorumaq üçün tövsiyələr

Uşaqları istidən qorumaq üçün tövsiyələr

Açıq hava, dəniz, hovuz gözəldir. Uşaqlar onları heç dəvət etməsələr, evə bir də yatmağa qayıdarlar. Çünki uşaq təbiətində bir mütəhərriklik, çılğınlıq var: onlar oynamaqdan, qaçmaqdan yorulmazlar, yorulanda isə bunun fərqində olmazlar. Əlbəttə ki, təbiətin qoynunda olmaq balacalar üçün eyirlidir,
amma uşaqları son günlər davam edən istilərdən, onun zərərli təsirlərindən də qorumaq lazımdır.
Mütəxəssislər bununla əlaqədər görülə biləcək bəzi sadə tədbirləri valideynlərin diqqətinə çatdırır.


Kondisionerdən uzaq saxlayın

Mütəxəssislər isti havalarda kondisioner istifadəyə üstünlük verən valideynlərə kondinsionerlərin faydalı olduğu qədər də zərərli olduğunu bildirirlər. Onların fikrincə, əgər kondinsionerdən istifadə zəruri olarsa, mütləq bakteriya filtrinin olmasına diqqət edilməlidir. Kondisionerin soyuq hava üfürən uclarının, eləcə də ventilyatorun pərlərinin yaydığı hava yeni doğulmuş körpələr və uşaqlara birbaşa təmas etməsinə imkan verməyin.

15 dəqiqəlik günəş kafi

Uşaqları istidən qorumaq üçün tövsiyələr

Günəş şüalarının şaquli düşdüyü 11.00 - 16.00 saatlarda körpə və uşaqları çölə çıxarmamağa diqqət göstərmək lazımdır. Günlük 15 dəqiqə günəş işığı lazım olan D vitamini qəbulu üçün kifayətdir. Belə havalarda çox istifadə edilən günəş kremləri D vitamini istehsalını azaldaraq bədəndə toksik maddələrin toplanmasına şərait yaradır. Odur ki, kremlər müəyyən ölşü qədərində istifadə edilməlidir. Körpə çölə çıxarılacağı vaxt başına pambıqlı bir şapka qoyulması günəşdən qorumağa köməkçi olur.

Turşulu içkilər deyil, bol su və ayran

Uşaqların yaz mövsümündə bol miqdarda su içməsi lazımdır. Təzə meyvə suyu və ayran təklif edilən içkilər arasında daha çox olur. Bu zaman turş içkilərdən uzaq olun, çünki belə içkilər bədənin "ph” dəyərini pozaraq sağlamlıq üçün bir ayrı problem yaradır. Onlara təzə meyvə və tərəvəz verin ki, yediklri sağlamlıqlarına dəstək olsun. Həddindən artıq isti havalarda balacalar üzgüçülük kimi müxtəlif idman fəaliyyətlərinə təşviq edilməlidir, bu, həm də uşaqların zehni fəaliyyətlərinə olduqca faydalıdır.

Paltar seçimində pambıq geyimlər daha doğru

Uşaqları istidən qorumaq üçün tövsiyələr

Körpə və uşaqları geyindirərkən onların rahat və açıq pambıq parçalardan olan geyimlərə üstünlük verin. Havanın bədənə rahat giriş- çıxışını təmin edən pambıq parçalar, həm də tərləmənin də qarşısını alır.

Ağız quruluğu varsa və sidiyə az gedirsə, diqqət!!!

Həkimlər yeni doğan körpələrə ana südündən əlavə maye içirilməsinə ehtiyac görmür. Ancaq qızdırmalı xəstəliklər zamanı, ishal kimi hallarda maye itkisi yarandığı hallarda müstəsna hal kimi su vermək olar və bütün bunlar həkimlə məsləhət edilməlidir.
Uşaqda davamlı ağlama, ağız quruluğu, normaldan az sidik müşahidə etsəniz və ya vəzində ürat kristalına bağlı çəhrayı-narıncı rənk görünürsə, bu, qeyri-kafi qidalanma və ya susuzluğa işarə edir. Belə vəziyyətlərdə vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Uşaqları istidən qorumaq üçün tövsiyələr  

 Qeyd: Yazı türkcədən tərcümə iə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz