» » Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə

Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə

Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə

Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə dövrünün tanınmış şairi olmuşdur. O, həm də görkəmli yazıçı Seyid Hüseyn Sadiqnin həyat yoldaşı olduğu üçün, eləcə də repressiya qurbanlarından biri olduğu üçün də hər zaman hörmət və izzətlə xatırlanır.
Ümgülsüm xanım 1899-cu ildə Bakının Novxanı kəndində ruhani ailəsində anadan olmuşdur. ilk təhsilini evdə atası Əbdüləzizdən almış, türk, ərəb və fars dillərini öyrənmişdir. Şairə hələ uşaq ikən həyatın amasızlıqlarını, sərt üzünü görmüşdür. Onun bütün həyatı sanki qasırğalar içində keçmişdir. O, böyüdükcə, həyatı dərk etdikcə bu sərtliyi daha həssaslıqla duyurdu. Vətənin taleyi, xalqının ağır güzəranı onu daim düşündürür və narahat edirdi.

Dərdli-dərdli sürükləndim, inlədim,
Acı-acı fəryadları dinlədim.
Gəldim iştə, dərdim sənə söylədim,
Ərzimizi dinləyən, soran nərədə?

- deyə dövründən şikayətlənən şairə misraları ilə səadətli günlərə boylanırdı.
Ümgülsüm əlinə qələm götürüb yazmağa başlayanda ondan nisbətən böyük olan ilk maarifpərvər qadınların artıq mətbuat səhifələrində səsləri eşidilməkdə idi. Ümgülsümün səsi də çox keçmədi ki, bu səslər içərisindən eşidilməyə başladı. Onun ilk şeir və hekayələri "İqbal”, "Yeni iqbal”, "Açıq söz”, "İstiqlal”, "Azərbaycan”, "Məktəb” , "Dirilik” kimi qəzet və junallarda dərc edildi.
Ümgülsüm "Bir qız” üçün şeirində Azərbaycan qızlarının kədərli taleyini belə təsvir edirdi:

Bircə gün görmədim ömür bağında,
Bir bülbül ötmədən gül budağında,
Yazıq həyatında, şu gənc çağında ,
Baharından əvvəl xəzan oldumu,
Aəxtinə kədər, qəm yazan oldumu?

Ümgülsüm "Aman getmə”, "Hicran gecəsi”, "Könül”, "Həsrət”, "Doğma musiqi”, "Maraq” və sair şeirlərində də qadınların hüznlü taleyindən bəhs etmişdir. Bu şeirlərdə ələm üstünlük təşkil etsə də, burada işıqlı bir ümid də, azadlığa çağırış da vardı. Şairə özü də bunu hiss etdiyindən , bəzən kədərli misralardan uzaqlaşıb nikbin ruhlu şeirlər də yazmağa çalışırdı. Onun "Təbim” sərlövhəli şeiri bu baxımdan diqqəti cəlb edir:

Axı hər vaxt şən idin sən,
İndi susdun nədən, təbim?
Nəşə saçır bağça, çəmən,
Zövq al, sən də dillən, təbim.

Bizim elə gəlsə bahar,
Günəş doğar al laləzar.
Güllərin də ilhamı var,
Gül açanda dillən, təbim.

Gül bülbülün həmdəmidir,
Bahar sevgi aləmidir.
İlqarımız belədirmi,
Ayrılırsan məndən, təbim?

İgidlərin hünər çağı,
Üzə gülür vəən bağı.
Çəkmə mənə sinə dağı,
 Şeir yarat, şənlən, təbim.

 

Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə

Ümgülsüm şeir-sənət aləmində beləcə pərvazlanırdı. Ədəbiyyat tariximizdə adı izsiz qalmış bu isedadlı şairənin həyat və taleyi kimi yaradıcılığı da diqqət və qayğı görmədi. Sənətə birtərəfli yanaşıldığından şairnin şeirlərindəki qüssə və kədər motivlərinə bir çoxları tərəfindən siyasi don geydirildi. Amma Ümgülsüm belə çətin məqamlarda öz təbini köməyə çağırdı, bir-birindən gözəl şeirlər yaratdı. Bu poetik nümunələrin sayı ikiyüzdən artıqdır. Onin bir poema və on hekayəsi də vardır. "Solğun çiçəklər ” hekayəsi 1915-ci ildə "Qurtuluş” jurnalının mükafatına (M.Ə.Sabirin "Hophopnamə” əsəri və "Qurtuluş” jurnalının birillik abunəçiliyi ilə)layiq görülmüşdü.
Ümgülsümümn bədii yaradıcılığının püxtələşməsində ğmür-gün yoldaşı - görkəmli yazıçı Seyid Hüseynin böyük rolu olmuşdur. Seyid Hüseyn ocağında bədii-publisistik nəsrlə poeziya gözəl vəhdətdə birləşib , yeni-yeni əsərlərin meydana gəlməsinə kömək edirdi. Amma gənc şairənin yaradıcılıq dünyası üçün qəribə təzadlar da yox deyildi. Ümgülsüm bir tərəfdə yeni quruluşun nəhəng addımlarını, adamların qurub-yaratmaq əzmini, maarif və mədəniyyətin tərəqqisini görürdüsə, o biri tərəfdə xalqın ən ləyaqətli oğul və qızlarının təqib edilməsini, milli mədəniyyətə, qədim irsə yabançı münasibətlərin baş qaldırdığını da görərək bundan bərk mütəəssirlənirdi. Buna baxmayaraq, Ümgülsüm duyğularını misralara çevirməkdə davam edir, xoşbəxt ailəsinin – üş oğul və bir qız övladının qayğısına qalırdı .

Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə

1937-ci il bu nurlu ocağa da qaranlıq gətirdi. əvvəlcə Seyid Hüseyni "xalq düşməni” elan edib güllələdilər. Ümgülsüm xanım isə1938-ci ildə 8 il həbs cəzasına məhkum edilərək Temlaq İslah Əmək düşərgəsinə göndərilir. Şəхs i sənədlərində isə göstərilir: Ümmügülsüm хanım düşərgədə tikişçi işləmiş və verilən tapşırıqları artıqlaması ilə yerinə yetirmişdir. 1941-ci ildə əmək yarışındakı fəal işinə görə düşərgə rəhbərliyi Ümmügülsüm хanımın ailə üzvlərinə məktub yazmağa icazə vermişdir. 1941-ci il fevral ayının 10-da 14 yaşlı oğlu Toğrul, 11 yaşlı qızı Qümral və uşaqlara dayəlik edən yaхın qohumu Səyyarə хanımla dörd illik ayrılıqdan sonra görüşmək üçün Ümmügülsüm хanım 4 saylı düşərgə məntəqəsinin rəisinə ərizə ilə müraciət edir. Lakin vətən müharibəsinin başlanmasını səbəb gətirərək uzun illər həsrətində olduğu övladlarının üzünü görmək ona qismət olmur.
Ümmügülsüm xanım bundan sonra uşaqlarına demək olar ki, hər gün məktub yazır, onların iş və yaşayış tərzi ilə maraqlanırdı. Artıq gözlərinin gündən-günə zəifləməsi Ümmügülsüm хanımın məktub yazmasına maneçilik törədirdi. 1943-cü ildə o SSRİ XDİK-nın Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək azadlığa buraхılmasını хahiş edir. Onun azad olunması üçün məsələyə yalnız 1944-ci aprel ayında qərar verilir. Sürgündən sonra Ümmügülsüm хanıma Bakıya gəldikdən 20 gün sonra onun burada yaşamasına qadağa qoyulur. Hər tərəfdən əli üzülən хanım Şamaхıya köçməyi qərara alır. Lakin burada bir neçə ay yaşayan Ümmügülsüm хanım 15 yaşlı qızı Qumralın qolları arasında gözlərini əbədi yumur.
O, arzusuna çatmadan, oğul-qız toyu görmədən həytla vaxtsız vidalaşır.

Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə

Mənbə:1. Sabir Gəncəli; Hər sətirdə bir tarix; Bakı-1994; 2. Vikipediya 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz