Prezident İlham Əliyev avstriyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Müəllif: Dəyanət от 18-07-2017, 14:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasin ölkəmizə səfərinin uğurlu olduğunu, nazirliklərdə və təşkilatlarda keçirilən çoxsaylı məhsuldar görüşləri və onlara göstərilən qonaqpərvərliyi məmnunluqla qeyd etdi. Azərbaycanın çox maraqlı və əməkdaşlıq üçün açıq ölkə olduğunu vurğulayan avstriyalı nazir ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirdi. Sofi Karmasin dedi ki, ölkəsi Azərbaycana müvafiq nou-hauların həyata keçirilməsi işində dəstək verməyə hazırdır. O, iyulun 17-də Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olarkən ona ölkəmizdə elektron hökumətlə bağlı maraqlı layihələr barədə məlumat verildiyini dedi. Qonaq bu layihələrin Avstriya üçün çox böyük maraq doğurduğunu və gələcəkdə həmin layihələrin öyrənilməsində və tətbiq edilməsində maraqlı olduqlarını bildirdi.
Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasin SOCAR-da keçirdiyi görüşlərdən də məmnunluq ifadə edərək orada da ətraf mühitin qorunması ilə bağlı maraqlı layihələrlə tanış olduqlarını diqqətə çatdırdı.
Prezident İlham Əliyev Azərbaycan ilə Avstriya arasında tərəfdaşlıq əlaqələrinin yeni sahələri əhatə etmək məqsədilə əməkdaşlıq formatının genişləndirilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasinin Azərbaycana səfərinin məhsuldar olacağına və yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək bu səfərin əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu dedi.
Sonda xatirə şəkli çəkdirildi.
Mənbə:http://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_avstriyali_nazirin_baschiliq_etdiyi_numayende_heyetini_qebul_edib
Oxşar postlar:
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb, birgə şam ediblər
- Azərbaycan Prezidenti İlham Əliyev Formula-1-in rəhbər şəxslərini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Kiyev Şəhər Dövlət Administrasiyasının başçısını qəbul edib
- Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
- Oxunub: 2 053
- Şərhlər: 0
- Bölmə: Qadın / Ana / Qadın
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar