» » Sona xanım Axundova

Sona xanım Axundova

 

Sona xanım Axundova

Dünya musiqi mədəniyyətinə Qara Qarayev kimi düha bəxş etmiş Sona xanım 1898-ci ildə Bakı şəhərində mədəni bir ailədə anadan olmuşdur. Atası İsgəndər bəy dövlət idarəsində qulluq edən maarifpərvər bir şəxs idi. Anası Züleyxa xanım evdar qadın olsa da, elmə və mədəniyyətə rəğbət bəsləyirdi. Onlar ətalət basmış bir cəmiyyətin çətinliklərinə baxmayaraq, qızları Ceyrana və Sonaya gözəl tərbiyə vermiş, təhsili qayğısına qalmışlar.
Sona xanım rus-tatar məktəbində oxuyarkən şeirlər yazmağa başlamışdır. Onun imzasına o dövrün qəzet və jurnallarında da rast gəlinir. Onun vətənpərvərlik ruhunda yazdığı çeirlər insanlar tərəfindən rəğbətlə qarşılanır, fikir və rəylərə səbəb olurdu.
1910-cu idə "Səda” qəzetində dərc etdirdiyi "Vətən” adlı lk şeirində gənc şairə öz vətənpərvərlik hisslərini belə ifadə edirdi:

Vətənin qədri əzizdir Sonaya canı kimi,
Sevər öz yurdunu qəlbindəki imanı kimi.
Vətəni sevəcəkdir əhd ilə peymanı kimi,
Olmaram razı əgər cəhildə qalsa vətənim,
Vətənim qalsa əgər cəhildə, yansın bu tənim.

Həmin şeir qəzetdə çıxandan bir gün sonra A.Vajinberqin təecüməsində "Kaspi” qəzetində də dərc olunmuşdur. S.Ağamalıoğlu 1911-ci ildə "Zaqafqazskaya reç” qəzetində dərc etdirdiyi " Azərbaycan ədəbiyyatı” adlı məqaləsində Sona şeirindəki bu ideyanı alqışlayırdı.

 

Sona xanım Axundova

1911-ci ildə "İşıq” jurnalının 11-ci nömrəsində dərc etdirdiyi şeirində o, Azərbaycanın maarifpərvər qadınlarının xeyirxah, nəcib əməllərini alqışlayırdı.
Sona xanım özü kimi mədəni, nəcib bir gənclə - Rusiyada ali təhsil almış Azərbaycanın ilk görkəmli uşaq həkimlərindən biri - Əbülfəz Qarayevlə xoşbəxt ailə qurmuş, bütün həyatını yoldaşının rahatlığı və övladlarının inkişafı üçün həsr etmişdir. O, təkcə tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, respublika uşaq və qadın müalicə ocaqlarının təşkilatçılarından biri olan Əbülfəz Qarayevin ömür yoldaşı deyil, şöhrəti bütün dünyaya yayılmış gözəl bəstəkar Qara Qarayevin və tibb elmləri doktoru, məşhur cərrah Mürsəl Qarayevin anası olması ilə mədəniyyət tariximiz üçün əvəzsiz xidmət göstərmişdir. Bununla belə, o, respublikamızın icimai-mədəni həyatında fəal iştirak etmişdir.
Sona xanımdan soruşulanda ki, nə üçün yaradıcılıqla məşğul olmursunuz, cavabında deyərmiş ki, xalq üçün, cəmiyyət üçün faydalı övladlar böyütmək yaradıcılıq deyilmi!
Sona xanım Axundova 1971-ci ildə vəfat edib.
Sona xanımın bacısı Ceyran xanım da başqa bir görkəmli Azərbaycan ziyalısının – Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti olmuş akademik M.Mirqasımov ocağını öz şəfqətli qadın müqəddəsliyi ilə isindirmişdir.
 
Sona xanım Axundova

Mənbə:1. Sabir Gəncəli; Hər sətirdə bir tarix; Bakı-1994; 2. Vikipediya 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz