» » Qəmər bəyim Şeyda Ata xan qızı Qarabaği

Qəmər bəyim Şeyda Ata xan qızı Qarabaği

Qəmər bəyim Şeyda Ata xan qızı  Qarabaği

Qəmər bəyim Şeyda Ata xan qızı Qarabaği 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbrahinxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir. Şuşa şəhər qız giminaziyasında oxumuşdu. Qəmər bəyim şairə idi. Şeyda təxəllüsü ilə könüloxşayan şeirlər yazırdı. Bu təxəllüsü ona Xurşidbanu Natəvan vermişdi. O, qələmini dram əsərlərində də sınamışdı. "Zülmün daşqını" pyesi bir müddət çox məşhur olmuşdu. O, 1933-cü ildə vəfat edib.
Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.
Professor Əzizə Cəfərzadə bu istedadlı şairənin şəxsiyyətini səciyyələndirərək qeyd edir ki, "Qəmər bəyim Vəzirova olduqca cəsur, at minən, tüfəng atan, dövrünün soyğunçu qaçaq-quldurlarına qarşı əldə silah mübarizə aparan igid bir qadın olmuşdur.” Onun incə ruhlu şairə olacağını yəqin edən Xurşid banu Natəvan ona "Şeyda” təxəllüsü vermişdir.
XX əsrin əvvəllərində baş verən qanlı hadisələr, milli qırğınlar, azadlıq uğrunda gedən mübarizələr Qəmər bəyimin taleyində öz izini qoymuş, bu səbəbdən onun həyatı təlatümlü keçmişdir.
Qəmər bəyim bütün bunları 1918-ci ildə yazdığı "Zülmün daşqını” pyesində qələmə almışdır. Pyesdə saf məhəbbəti uğrunda mübarizə aparan Nərgiz adlı bir qızın faciəli həyatı və onun sevgilisi Həsənəlinin başına gətirilən müsibətlərdən bəhs edilir. Əsərdə kəndlilərin mülkədarlara qarçı mübarizəsi də yer almışdır.
Keçən əsrin 20-ci illərində Azərbaycanda baş vemiş çevrilişin və yeni həyat uğrunda mübarizənin burulğanında öz nicatını axtaran Qəmər bəyim həyat yoldaşını itirmiş, Bakıda, Naxçıvanda, Ordubadda, Şərurda yaşamalı olmuş, mədəni həyatdan geri qalmamaq üçün çalışmış, təhsilini artırmış, kəndli qadınlar arasında əhəmiyyətli ictimai işlr aparmışdır.

Qəmər bəyim Şeyda Ata xan qızı  Qarabaği
Mənbə:1. Sabir Gəncəli; Hər sətirdə bir tarix; Bakı-1994; 2. Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 75
  • Məqalələri: 981
^
Şairənin ədəbi irsi hələlik əldə olunmamışdır.
Yalnız Ziba xanım Ləlinin eyni rədifli şeirinə cavab olaraq yazdığı "Ağan canı" rədifli qəzəli və "Zülmün daşqını" adlı pyesi (1918, əlyazması Azərb. EA Əlyazmalar İn-tunda saxlanılır) məlumdur.
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Народ кто желает играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0