» » Polis qadınlar

Polis qadınlar

Müəllif: Anaveusaq.az от 2-07-2017, 07:00

Polis qadınlar

Azərbaycanda mentalitet baxımından xanımların bir sıra fəaliyyət sahələrində çalışması heç də insanlar tərəfindən birmənalı qarşılanmır. Belə sahələrdən biri də qadınların polis orqanlarında çalışmasıdır. Əksər hallarda qadınlar özləri də bu sahəyə maraq göstərmirlər. Belələri düşünürlər ki, Azərbaycan qadını hara, polis orqanlarında çalışmaq hara?
Amma həyat dəfələrlə bu zərurəti üz çıxarmışdır ki, polis orqanlarında qadınların fəaliyyət göstərməsi elə qadın və qızlara diqqət və mentalitet baxımından ehtiyac yaradır..
Sevindirici haldır ki, Azərbaycan polisinin sıralarında qadınların sayı artmaqdadır. Bu, əlbəttə ki, qadınlar və İctimaiyyət arasında aparılan maarifləndirmə işlərinin nəticəsində mümkün olmuşdur.
Bu məlumatı Daxili işlər nazirinin müavini Oruc Zalov 2015-ci ildə müsahibələrinin birində ifadə etmişdir. O bildirmişdir ki, Daxili İşlər Nazirliyi sistemində 2855 qadın xidməti fəaliyyət göstərir ki, bunun da böyük əksəriyyətinin, yəni 1350 nəfərinin xüsusi rütbəsi və vəzifəsi olan qadınlardır.
Bu isə Daxili İşlər Nazirliyinin ümumi heyətinin 11 faizini təşkil edir.
Əlbəttə, qürurludur: Azərbaycan qadını polis sıralarında asayişi müdafiə edir. İctimai birgəyaşayış qaydalarının pozulmasına qarşı mübarizə tədbirlərində qadın polislərin daha fayda verə biləcəyini inkar etmək olmaz. Ailə-məişət zorakılıqlarına , eləcə də azyaşlılarla arasında baş verən cinyət hadisələrinə qarşı mübarizədə qadın polislər kişi polislərdən daha effektiv rol oynaya bilərlər.
Bu gün polislərin bayramıdır.
Azərbaycan polisi bu gün öna tapşırılan vəzifənin öhdəsindən uğurla gəlir. İctimai asyişimizə görə cəmiyyət onlara minnətdardır.
Fürsətdən istifadə edib , peşə bayramları münasibəti ilə polis orqanlarında çalışan qadınlarımızı təbrik edir, onlara cansağlığı, şərəfli peşəlrində uğurlar arzulayırıq.
 

Polis qadınlar

 

Polis qadınlar

 

Polis qadınlar

 

Polis qadınlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz