» » Məsləki naminə tonqalda yandırılmağı seçən Zərrintac xanım - Qürrətül eyn cənabi Tahirə

Məsləki naminə tonqalda yandırılmağı seçən Zərrintac xanım - Qürrətül eyn cənabi Tahirə

Məsləki  naminə  tonqalda  yandırılmağı seçən  Zərrintac   xanım  - Qürrətül eyn cənabi Tahirə
Azərbaycanın bu igid qızı haqqında bir sıra mənbəlr tariximizdə təsirli, elə kövrək izlər qoymuşdur ki, bu gün onları oxuyanda qürur hissi keçiririk. Xalqımız ətalət, əsarət və ziddiyyətlərlə dolu olan feodal dünyasına qarşı əsrlər boyu mübarizə apararkən bir sıra təriqətlər, nəzəriyyələr , həmçinin cərəyanlar yaratmış və öz azadlıqları uğrunda mübarizəyə qalxmışdır.
Hakim siniflərin zülm və istismarına dözməyən qüdrətli xalq hərəkatına çevrilən Babi üsyanları tarixdə məşhurdur. Bu haqda A.K.Kazımbəy "Bab və babilər”, Rza Ələddin ibn Fəxrəddin "Məşhur xatunlar”,
M.S.İvanov "İranda babi üsyanlrı”, fransız islamşünası A.Masse "İslam” və Azərbaycanın orta əsr tarixçilərinin əsərlərində bu və ya digər məlumatlar verilmişdir.
XIX əsrin 40-cı illərində İranda yayılmış babilər təriqəti dini mahiyyət daşısa da, burada demokratik ünsür və fikirlər vardır. Belə ki, babilər bir sıra azadlıqlar, o cümlədən qadınların kişilərlə bərabər hüquqlara malik olmalarını tələb edirdilər.
Bu da , yəqin ki, o zaman dünyada yayılan maarifçilik ideyalarının təsiri ilə formalaşmışdır.
Babın ideyalarını onun şagirdləri Məhəmmədəli Bərfuruş və Qürrətül eyn daha da inkişaf etdirmişlər.
Nəticədə , babilik elə bir güclü hərəkata dönmüşdü ki, 1848-1852-ci illərdə Cənubi Azərbaycanda və İranın bir sıra yerlərində feodal quruluşuna, ölkəni müstəmləkə halına salmış xarici kapitala qarşı üç dəfə xalq üsyanı baş vermişdir.
Birinci dəfə üsyan 1848-ci ilin mayında Mazandaranda başlanmışdır. Bizi maraqlandıran bu xalq hərəkatının önündə gedən Qürrətül eyn cənabi Tahirə xanımdır. Onun əsl adı Zərrintacdır. Qəzvində azərbaycanlı Mmolla Salehin ailəsində anadan olmuş, mükəmməl təhsil almış, ərəb və fars dillərini öyrənmiş üç dildə (türk, fars və ərəb) şeirlər yazmışdır.
Rza Ələddin ibn Fəxrəddin müsəlman dünyasının məşhur xatunları haqqında yazdığı topluda Azərbaycanın bir çox görkəmli qadını haqqında danışmış Qürrətül eynə geniş yer vermişdir. O, qeyd edirdi ki, Qürrətül eyn fəsahətlə (gözəl və aydın) danışan; elmə, təriqqətə meyilli bir qadın olmuş, ərindən ayrılaraq İranı səyahətə çıxmış, minbərlərə qalxıb, məclislər tərtib edib, xalqı babi məzhəinə çağırırmış.
Anri Mmasse isə yazırdı: "Qürrətül eyn ("gözün nuru”) adlandırılan bu qadın gözəl olduğu qədər də ağıllı idi. O, İranda qadən hərakatının müjdəçisi sayılır. Babilərin bu təbliğatı höküməti çox ciddi tədbirlər görməyə vadar etdi. O zaman babilər içərisində ilk şəhidlər oldu.”
Fransız sosioloq və tədqiqatçıları Habinonun və Nikoliyanın verdikləri məlumatlardan bəlli olur ki, getdikcə ümumxalq hərəkatına çevrilən bu üsyan yatırılsa da, babiləri ruhdan salmamışdı. Onlar mübarizəsini davam etdirmiş, hətta 1852-ci ildə Nəsrəddin şaha qarşı qəsd hazırlamışdılar. Lakin bu, nəticəsiz qaldığı üçün babilər daha da ciddi təqib olunmuş , onun ən görkəmli başçılarından Qürrətül eyn də tutulub tonqalda yandırılmışdır.
Babilər hərəkatı haqqında Yaşar Türkazərin yazdığına görə Nəsrəddin şah Zərrintacı görəndə gözəlliyinə valeh olmuş, 5 uşaq anası olmasına baxmayaraq ona təklif etmişdi ki, babilik hərəkatından əl çəkib ona zövcə olsun. Fəqət, Zərrintac öz məfkurəsinə sadiq qalaraq , ölümü rahat saray həyatından üstün tutmuşdur.
M.F.Axundov Qürətül eyni "zəmanəsinin əcabəsi” adlandırmış, "Kəmalüddövlə fəlsəfi” traktatında onun adını mütərəqqi fikirli alimlərlə bir cərgədə çəkmişdir.
Çox təəssüf ki, belə görkəmli natiq, alim və şair qadının həyatı və mübarizəsi dinlə əlaqələndirildiyindən adı unudulmuş, tariximizin "ağ ləkələri”ndən birinə çevrilmiş, haqqında son vaxtlaradək heç nə yazılmamış, şklini çəkmək isə rəssamlarımızın yadına düşməmişdir.

Məsləki  naminə  tonqalda  yandırılmağı seçən  Zərrintac   xanım  - Qürrətül eyn cənabi Tahirə

Mənbə: Sabir Gəncəli; Hər sətirdə bir tarix; Bakı-1994

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz