» » Uşaqların ayrıca otaqda və ayrıca yataqda yatması onların fərdi inkişafları üçün çox əhəmiyyətlidir

Uşaqların ayrıca otaqda və ayrıca yataqda yatması onların fərdi inkişafları üçün çox əhəmiyyətlidir

 

Uşaqların ayrıca  otaqda və ayrıca  yataqda yatması onların fərdi inkişafları üçün çox əhəmiyyətlidir

Uşaqların həyatındakı ən mühüm məsələlərdən biri də onların necə , nə qədər, nə vaxt yatması ilə olmaqla yanaşı, harada yatmasıdır. Özümüz hansı şəraitdə yatdığımızı bilməsək də, müşahidələrimizə əsasən, bu məsələyə müxtəlif ailələrdə müxtəlif şəkildə yanaşıldığı qənaətindəyik. Məhrəm olduğumuz ailələrdə bu cəhət diqqətimizdən qaçmayıb. Qənaətimizin bir qismi də eşitdiklərimizə, söylənənlərə əsaslanır.
İndiki şəraitdə əksər gənc ata-analar körpələrinin yatağını öz otaqlarından çox tez ayırırlar, bəzən insafsızcasına: uşaq kürənlik edib-edib yorulana qədər.
Bəzi ailələrdə bu problem, hətta, uzun zaman davam edir, valideynlər isə yanlış tərbiyə üsullarından bir addım da geri çəkilmirlər..
Bəzi ata-analar körpələrinin yatağını baba-nənələrinin yataq otağına köçürür. Bəziləri uşaq böyüyəncəyə qədər qayınanaya (ana nənəyə) verir, nisbətən, anlayışlı olan vaxtında geri alırlar. Bəziləri də lap hərbdəki kimi taktiki gedişlər edir: özü də körpə ilə digər otaqda yatır, hələ belə şeylərdən heç nə anlamayan bu tifil yatan kimi, sevincək durub öz yatağına çəkilir və ya öz yataqlarında yatdırıb sonra digər otağa köçürürlər.
Uşaqların özlrinəməxsus otaqlarda, yataqlarda uyumaları onların inkişafları baxımından olduqca mühüm şərtdir. Kimsə bunun əleyhinə deyil. Əsas məsələ uşaqlarının palatasının nə vaxt ayrılması lazım olduğunu bilməkdir.
Ailələrin özündə bu məsələyə münasibət fərqli olur. Bəzi ailələrdə atalar balacalarının yataqlarını uzaqlaşdırmağa , bəzi ailələrdə isə analar daha çox təşəbbüs edirlər.
Adi günlərdə çox məsələləri birlikdə həll edə bilməyən ata-analar bu çözümdə elə rahat konsensusa gəlirlər ki: özləri məmnun yatmaq istəyirlər, amma böyük məmnuqlarından mövcud olmuş ciyərparalarının gələcək fiziki və psixoloji inkişafını heç düşünə bilmirlər, görə bilmirlər.
Körpə yalnız, təkbaşına yatması valideynlərin bu məsələ ilə bağlı qavrayış və mövqelərinin üst-üstə düşməsi ilə daha uğurlu həll oluna bilər, nəinki zorla, zülm etməklə.

Uşaqların ayrıca  otaqda və ayrıca  yataqda yatması onların fərdi inkişafları üçün çox əhəmiyyətlidir

Hər şeydən öncə, ana və ata uşaqların sağlam böyüməsi üçün vacib olan anlayıçlara sahib olması lazımdır. Ata-ana bilməlidir ki, körpənin yuxuda olanda belə onların qayğılarına ehtiyacı var. Məsələn, uşaq yuxu vaxtında narahat deyil ki, ac deyil ki, yerlərini islatmayıblar ki, yatıblar ki və s.
Unudulmamalıdır ki, məsələnin körpənin mənafeyi nəzərə alınmadan həllinə nail olmaq bir çox mənfi keyfiyyətlərin yaranmasına səbəb olur. Əlbəttə, uşaq hər zaman anasının ağuşunda yatmasından rahatlıq tapır, daha az ağlayır, yatması asan olur. Fəqət bu, getdikcə asılılığa çevrilir və ana da hər vaxt buna ayrıla bilmir və yaxud ayrılsa da, uşaq anasını passivləşdirir, bəzən yatmaqla dinclik tapmağa çalışan ana bunu bəhanə edərək uşağı qucağına alıb yatağa baş vurur.
Belə olanda, uşaq azad fərd olaraq inkişaf edə bilmir , ilk məktəbə getdiklərində də uzun zaman ağlayır, məktəbə isinişə bilmirlər..
Uşağı, ümumiyyətlə, valideynlərin yataq otağından ayırmaq da doğru həll deyil: körpə istər-istəməz qayğı və nəvazişlərdən uzaq olur. Ola bilər ki, uşaq gecə ayılıb ağlasın, hətta qorxa da bilər.
Bir məsələni də qeyd etmək lazımdır ki, körpələrin böyüklərlə eyni yataqda yatması daha xoşagəlməz hallara da səbəb ola bilər. Hətta körpələrin valideynın altından qalaraq nəfəsləri kəsilə bilər. Belə statistik məlumatlar var.
Ona görə də, uşaqlarının beşiyi, adətən, ilk olaraq valideynlərin yataq otağında olmalııdr. Çünki belədə həm ana- ata, daha çox ana, əmin olur ki, körpənin ehtiyacları göz qabağında olacaq, lazım gəldiyi anında körpəyə qulluq ediləcək. Mən də ata olanda indi yazdığım kimi olmamışam. Bunu populizm kimi də qəbul etməyin, etiraf kimi qəbul edilməsini istəməzdim. Fikrimi izah etmək üçün yaşadığım həyatı deyirəm. Oğlanlarım ağlayan kimi, analarına deyirdim, dur bunları da götür, o biri otağa keçin. Zavodda işləyirdim, səhər işə gedəcəkdim deyə yatmaq istəyirdim. Bunlar ilk baxışda səbəb ola bilər. Amma əsl ailə münasibətləri, sevgi etimadı belə səbəblərdə deyil, ortaq istəklər naminə birlikdə narahatçılıqları aradan qaldırmaqla yaranır.
Şükür ki, anaları bu qayğıları təkbaşına daşıdı, şükür-şükür, oğullarım arzularımızca böyüdü. İndi o vaxt görə bilmədiyim, duya bilmədiyim tərəfləri bütün təfərrüatları ilə bilirəm. O vaxt övladlarıma eləmədiyim borcu nəvələrimə ödəyirəm, nənələri bəzən cırrasa da. Lap kiçik nəvəmin 1 yaşı təzə tamam olub.
 

Uşaqların ayrıca  otaqda və ayrıca  yataqda yatması onların fərdi inkişafları üçün çox əhəmiyyətlidir

Uşaqların ayrıca  otaqda və ayrıca  yataqda yatması onların fərdi inkişafları üçün çox əhəmiyyətlidir

Mənimlə yatsa, elə gümrah yataram ki. Nənələrinə deyirəm ki, onu gətirin mənimlə yatsın. "Hələ olmaz”, - deyir: "gecə yemək istəyir, ağlayır” və s.
Bunlar var, görməsək də, bilməsək də. Odur ki, körpələrin valideynləri ilə eyni otaqda yatması və uşaq böyüyüb sərbəst hərəkət edincəyə qədər, atanın uşağın anası ilə həm də əməkdaş, yoldaş olması lazım. Bunları uşaq şüurlu olaraq bilməyəcək. Fəqət, ata-ananın, körpənin olduğu bu otağın divarları arasındakı hava sevgi, məmnunluq ionları ilə o qədər yüklənəcək ki, bu balaca tezcə də rahatlanıb uyuyacaq və gələcəyə də fiziki cəhətdən olduğu kimi, psixi cəhətdən tam sağlam şəkildə yetişəcəkdir.
Körpənin rahat yatması, sağlam yuxu ala bilməsi üçün ana bir çox məsələləri bilməlidir. Ana bilməlidir ki,
körpə ilk 6 ayda yalnız ana südü ilə qidalanır və 6-ci aydan etibarən ana südü ilə birlikdə əlavə qida alırsa, 1 ildən sonra otağı bölməyi düşünmək olar. Bəzi mütəxəssislərin fikrincə, əgər körpə ana südü qəbul etmirsə, onda uşağın yatağı 3 aydan sonra ayrıla bilər. Amma bunun səbəbi həkimlə birlikdə aydınlaşdırılmalıdır. Ən doğru olanı uşağın ilk 6 aylığında ana südü ilə qidalandırılmasıdırsa, buna nail olunmalıdır.
Mütəxəssislərin fikrincə, uşaqların körpə vaxtlarında qarşılaşdıqları ehtiyacların vaxtında və ardıcıl şəkildə qarşılanan və ödənilən uşaq özünə və xarici dünyaya münasibətində fəal olur, uşaqda müsbət bir mənlik hissi inkişaf edir. Buraya uşağın ata- anası ilə bir otaqda yatması; onların varlığı və sevgisini bütün hissi və cismi ilə yaxından hiss etməsi; ehtiyaclarının tez bir zamanda aradan qaldırılması kimi ehtiyaclar daxildir.
Uşaq otaqlarının ayrılmasına 2-3 yaşlarından qərar vermək, uşağı buna alışdırmaq daha doğrudur.
 

Uşaqların ayrıca  otaqda və ayrıca  yataqda yatması onların fərdi inkişafları üçün çox əhəmiyyətlidir

Bu vaxta qədər isə onların öz otaqlarınızda beşik və ya çarpayılarda yatdırılmasını təmin etmək lazımdır. Körpə öz beşiyində arxasıüstə yatırılmalıdır, onların yataqları sərt olmalıdı, ətraflarında balış kimi yumşaq əşyalar olmamalıdır. Çarpayının dəmir barmaqlıqları çox geniş olmamalıdır.
Uşaqlar böyüdükcə bunları uşaqların anlayacaqları səviyyədə izah etmək olar: məsələn, "biz hələ yatmırıq, sənin paltarını hazırlayacağıq, səhər yeməyi üçün tədarük görəcəyik. Sən tezdən bağçaya, məktəbə getməlisən” və sair. Buna nail olmaq isə uşağınızda yuxu, yataq rejimi formalaşdıracaq: yatmaq vaxtı gələndə o, artıq özü yatmağa ayrılacaq.
İlk vaxtlar bu prosesə uyğunlaşa bilməyən uşağa yenə öyrənincəyə qədər nəvazişlə yanaşmaq lazımdır: valideynlərindən biri uşaq yuxuya gedincəyə qədər onun yanında uzana bilər, uşağa onun sarılaraq yata biləcəyi sevdiyi bir oyuncaq almaq olar. Məsələn, indi uşaqlar Maşaya çox rəğbət bəsləyirlər. Bunu milli obrazlarla əvəzləmək daha effektli ola bilər.
Əgər uşağınız qaranlıqdan qorxursa, uşağınızın zövqünə uyğun gecə lampası problemi həll edər.
Yox, əgər uşağınbaşqa otaqda yatmaqdan imtina etməsi digər bir stress qaynağı və yaxud uşağın özünün ifadə etdiyi fobiyalarla bağlıdırsa, uşağınızı həssas anlamalı və və problemi özünüz, bacarmadığınızda psixoloqunuzla müştərək olaraq aradan qaldırmalısınız. Əks halda, uşağınızı ayrı otağa uyğunlaşdırmaq niyyətiniz baş tutmayacaq, bu şəkildə davam edən vəziyyət onun üçün daha travmatik olacaqdır. Uşağınız fobiyalara daha həssas olacaq: yağışa, bərk küləyə, ildırım çaxmasına və s. onun belə həssaslığını daha da artıracaq. Hətta, tualet ehtiyaclarına belə, laqeyd qalacaq və s. Belə vəziyyətlərdə ana da, ata da uşaqlarına səbirlə yanaşmalı, qayğı göstərməli, övladlarının qarşılaşdığı narahatlıqlar birgə səylə ortadan qaldırılmalıdırlar.

Uşaqların ayrıca  otaqda və ayrıca  yataqda yatması onların fərdi inkişafları üçün çox əhəmiyyətlidir

Uşaqların ayrıca  otaqda və ayrıca  yataqda yatması onların fərdi inkişafları üçün çox əhəmiyyətlidir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz