» » Mehrican xanım

Mehrican xanım


Mehrican xanım

Bu igid, tədbirli qadının xalq arasında böyük nüfuzu və hörməti varmış. Başı kefdən ayılmayan ərinin iradəsindən asılı olmayaraq 1210-1225-ci illərdə dövləti özü idarə etmişdi.
1220 - 1222-ci illərdə monqollar Azərbaycana hücum edəndə xalqın böyük müqavimətinə rast gəldiklərindən burada möhkəmlənib qala bilməmiş, Şimali Qafqaza çıxıb getmişdilər.
1225-ci ildə Azərbaycan daha bir yadelli işğalına məruz qalmışdır. Orta Asiyada monqollar tərəfindən sıxışdırılan Xarəzmşah Cəlaləddin öz mövqeyini möhkəmlətmək üçün Azərbaycana soxulmuşdu. O, Marağanı işğal edəndən sonra Təbrizə hücum etmişdir. Bunu görən Özbəy Təbrizi tərk edib Gəncəyə, oradan da Naxçıvana – Əlincə qalasına qaçmışdı.
Lakin qorxaq ərindən fərqli olaraq Mehrican xanım qorxmamış, xalqını başsız qoymamış, təbrizli Şəmsəddinlə birgə şəhərin müdafiəsini təşkil edib, beş gün Cəlaləddinin hücumlarını dəf etmişdi.
Cəlaləddin Təbrizi tutandan sonra Mehrican xanımın xalq arasında böyük nüfuzunu nəzərə alıb ona cəza verməkdən çəkinmiş, bu igid qadını Xoydakı malikanəsinə göndərmişdi.
O, hiylə işlədərək, Müricanı öz tərəfinə çəkmək istəmişsə də, bu, baş tutmamışdır. Mehrican xanım qonşu dövlət başçıları ilə ittifaq bağlayıb, düşmənə qarşı mübarizəni davam etdirmiş, Təbriz, Xoy, Naxçıvan və başqa vilayətlərin əhalisini Cəlaləddinə qarşı üsyana qaldırmışdı.
1231-ci ildə Gəncədə üsyan baş verdi. Üsyana sənətkar Bəndər başçılıq edirdi. Üsyançılar şəhər hakimini öldürüb hakimiyyəti ələ aldılar. Cəlaləddin özü Gəncə üzərinə yeridi. Bəndərin üsyançı dəstələri şəhərdən çıxıb Cəlaləddinin ordusu ilə döyüşə girdilər. Lakin yaxşı silahlanmış və təlim görmüş orduya ciddi müqavimət göstərə bilmədilər. Üsyan yatırıldı. Cəlaləddin üsyan iştirakçılarına amansız divan tutdu. 1231-ci ildə monqolların Azərbaycana ikinci yürüşü başladı. Cəlaləddin Azərbaycanı tərk edib Kürdüstana getdi və Diyarbəkr yaxınlığında təsadüfi ölümlə, bir çobanın dəyənəyilə ömrünü başa vurdu.

Mehrican xanım

Qeyd: Məlumatlar Sabir gəncəlinin " Hər bir sətirdə bir tarix" ensiklopedik toplusundan və Qəzənfər Rəcəblinin 
Azərbaycan tarixi kitabından götürülmüşdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz