» » Görkəmli dilçi alim

Görkəmli dilçi alim


Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zərifə İsmayıl qızı Budaqova 1929-cu il aprel ayının 28-də Görkəmli dilçi alimİrəvan şəhərində anadan olmuşdur. O, 1943-cü ildə Ermənistan SSR Pedaqoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsin­də Z-Budaqovamn da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948-1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1949-1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxumuş, 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqo­riyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O,1953-1955- ci illərdə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda (o zaman bu institutlar birgə olmuşlar) böyük elmi işçi vəzifəsində çalışmış, 1955-ci ildən 1989-cu ilədək (ömrünün sonuna qədər) Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik etmişdir. Z.Budaqova 1963-cü ildə "Azərbaycan ədəbi dilin­də sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1968- ci ildə "Türk dilləri" ixtisası üzrə professor elmi adı qazanmış, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Dilçi alim 1984- 1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitu­tunun direktor müavini, 1988-1989-cu illərdə direktoru vəzifəsində çalış­mışdır.
Z.Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direk­toru olmuşdur.
Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. 0, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil etmişdir.
Dilçi alim 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişdirmişdir.
AMEA-nın müxbir üzvü Zərifə Budaqova 1989-cu il noyabrın 7-də Bakı şəhərində vəfat etmişdir.

Görkəmli dilçi alim

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz