» » Maraqlııdr: ailədə qızlar atalarına, oğullar isə analarına daha çox mehr salırlar

Maraqlııdr: ailədə qızlar atalarına, oğullar isə analarına daha çox mehr salırlar


Maraqlııdr: ailədə qızlar atalarına, oğullar  isə analarına daha çox mehr salırlar

Ailədə bir qız uşağı doğulduqda, bəlkə də, bu qismətə ən çox analar sevinir. Qız bir balaca böyüyəndən, ayaq açandan sonra bu heyranlıq özünü yeni ölçü-biçidə büruzə verir. İllah da balaca qızcığaz geyinib-keçinəndə, ana özünü görməməzliyə qoyub, yavrusunun hər addımını sonunadək izləyir. Qızcığaz isə podiumdakı modelyerlərin hərəktlərindən daha incə, daha məzmunlu tərzdə balaca gövdəsini əsdirə-əsdirə nazlanır və sevinc paylayan təbəssümləri ilə özünün məsud olduğu qədər də anasını məsud edir. Belə məqamlarda analar xəyalən öz uşaqlıq illərini xatırlayır, arzu edirlər ki, kaş ata evinə, uşaqlıq illərinə yenidən qayıda biləydilər. Analar xatırlaya-xatırlaya, qızlar da əzizlənə-əzizlənə üz tuturlar xeyirli sabahlara. Bu sabahların hər birinə analar min bir niyyətlə, xoş arzularla kiprik açırlar. Səhərlər birbirini əvəz etdikcə, anaların arzuları kimi qayğılrı da böyüyür.
İmkan olduqca əllərinə düşən əntiq nə varsa boxçaya atar – cehizlik toplayırlar.Səbirsizliklə gözləyirlər ki, zaman gəlib yetişsin: qızı orta məktəbi bitirib ali təhsil alsın və günlərin birində qarşısına ürəyi istəyən, gözü tutan bir ağıllı oğlan çıxsın, qızına elçi gəlsin, o da beləcə xatircəmliklə qızını gəlin köçürsün. Amma analar bu niyyətlərin son ucunda balasının bir gün qızının bu evdən əbədilik ayrılacağını bilib dolurlar da. Görüb soruşan olanda, əlinin arxasını gözünə çəkib, axan yaş damlalarını silir : "heç, balaca kövrəlmişdim” deyir, bunun ayrılqdan baş verdiyini gizlədirlər.
Atanın qız uşağı ilə ülfəti isə bir qədər gec başlayar, amma getdikcə də böyüyər. Analar atalara nisbətən uşaqlara daha çox vaxt ayırır, uşaqların qayğıları, təlim-tərbiyəsi ilə ataya nisbətən daha çox məşğul olurlar. Ailədə ailə üzvləri ilə qarşılıqlı əlaqələr, ünsiyyət məsələri çox həssas məsələrdir: ana-oğul, ata-qız münasibətləri xüsusi yanaşma tələb etdiyindən və atanın ailədəki üstün rolu gözlənildiyindən analar bir qədər də çox qayğılanırlar. Bəzən gərginliklər də yaranır, qızmı, oğulmu bir qəbahətə yol verəndə atanın xəbəri olmasa da, ananın gözündən heç yayınmır və yaxud uşaqlar özləri problemlərini ataya yox, daha çox anaya bildirirlər. Bəzən isə qızın da, oğulun da hansısa bir yanlış addım ata biləcəyindən əndişələnən ana hər zaman diqqət edir, tapşırır, övladlarında bu yöndə meyillilik hiss edərsə, daha ciddiləşər, müxtəlif qadağalara əl atar.

Maraqlııdr: ailədə qızlar atalarına, oğullar  isə analarına daha çox mehr salırlar

Burada bir məsələni də qeyd edək ki, ailədə ən böyük qayğılar (şərəfli olsa da) qadınların üzərinə düşdüyü kimi, ən böyük nəzarət və qadağalar da qızların üzərinə düşür. Və bu hal özüylə bərabər heç də yaxşı olmayan yanaşmalar, qənaətlər əmələ gətirir, yəni qız övladı bunu belə qəbul edir.
Anaların övladlarına, xüsusən, qızlara qoyduğu qoruq-qadağaları, hər cürə tələbkarlığı, onlaı ailəlik həyatına hazırlamaq dərsləri nə qədər ciddi görünsə də, yenə xoşməramlıdır: ana övldlarını kamilliyə hazırlayır, onları məzəmmət edəndə belə, qəbahətləri məzəmmət edir. Bəzən qız övladları bunu doğru dəyərləndirib qəbul edə bilmirlər. Bir tərəfdən ananın öz övladları üçün çəkdiyi qayğılar, bir tərəfdən ev işlərinin gətirdiyi usandırıcı həyat qız uşaqların gözləri qarşısında baş verir. Belə bir məqamda anaların çoxlu sayda öyüd və tapşırıqları qız övladlarını öz hallarına, belə deyək, öz qəliblərinə uyğunlaşdırmaq səyləri kimi təsir bağışlayır. Qızlar isə get-gedə yaşa dolub püxtələşdikcə, şəxsiyyət olaraq inkişaf etdikcə, analarının modeli halına gəlməkdən ehtiyatlanır. Hələ bir az da qızlar bu işlərin bir çoxunun görülməsində analarına köməkçi olduqlarından gələcək ailə həyatına başlamamışdan qadınlıq haqqında heç də xoş olmyan təəssüratlara qapılırlar və bu əks münasibət getdikcə dərinləşir, gənc qızı anasından, analıq və qadınlıq hissindən bir qədər uzaqlaşdırır.
Qızın ataya bağlılığı bu münasibətlərdə daha artır. Çünki ataya qədər bütün qayğıların əksəriyyətini ana çəkir və ata evə gələndə ona ancaq qızına həssaslıq göstərir, yumşaq davranır. Ana bundan daralmaz, əksinə, məmnun qalar ki, əri balalarına nəvaziş izhar edir. Nəticədə,
atanın qızına qarşı daha yumşaq davranması, evdə ata-qız ittifaqının yaranmasına gətirib çıxarır.
Analar inciməsin ha, qızlar atalarını daha çox sevərlər, gəlin köçəndən sonra da belə olur.
Ta bu, qızın özü ana oluncaya qədər davam edir və elə ki, özü də ana qayğıları daşımağa başlayır, artıq anasına olan canıyananlığı bir ayrı məzmun kəsb edir.
Doğrudur, valideynlərin övlad sevgisi eyni arzudan qaynaqlansa da, bu arzunun büruzə verilməsinə gəldikdə, atalar oğullarına qarşı bir qədər ciddi olurlar. Qadınlar emosional olduqlarından onların duyğularının özü də emosional olur. Atalar isə rasional olduqlarından hər adi təfərrüata belə ciddi yanaşarlar ki, övladları ağıllı olsunlar, ciddi olsunlar və s.

Maraqlııdr: ailədə qızlar atalarına, oğullar  isə analarına daha çox mehr salırlar

Ata bəzən müəyyən münasibətlərdə oğul övladlarına qarşı bir qədər ciddi davransa da, ana bahar buludu kimi dolar, günlərlə başını bağlayar və s. Məsələnin mahiyyətini incəiklərinə qədər dərk edə bilməyən oğul, elə qızın özü də, belə məqamlarda analarına daha mehr salarlar.
Bununla belə, hansı ölçü vahidi ilə hesablayırlar-hesablasınlar, uşaq nə qədər "ikisini də çox sevirəm” desə də, atanın ehyiram, təzim payı yenə seçiləcək. Analar inciməsin ha, qızlar atalarını daha çox sevərlər, gəlin köçəndən sonra da belə olur. üzlərindən, gözlərindən, baxışlarının rəngindən, dadından çox asanca sezmək olur bu fərqi. Bəs niyə belə olur, doğrudanmı belə olmalıdır, doğrudanmı valideynlərin övladlarına sevgisi fərqli olur? Doğrudanmı uşaqlar özləri də valideynləri arasında bu və ya digər həddə fərq qoyurlar?
Ata-anaların övladları arasında fərq qoya biləcəyini heç cürə ağlıma slğışdıra bilmirəm. Bir vaxtlar qız övladlarına "Qızbəs”, "Qızqayıt”, "Bəsti”, "Yetər”, "Qıztamam”, "Dursun” kimi adlar seçən ata-anaları belə, qınamadan çox-çox uzağam. Bu, oğul övladı arzulayan insanların müxtəlif vaxtlarda, belə deyək, naçarlıqdan atdığı addımlardan başqa bir şey deyildi. Onda gərək Bəsti Bağırova, Qızqayıt Həsənova Sosialist Əməyi Qəhrəmanı, deputat kimi yüksək statusa sahib ola bilməyəydilər.
Məlumdur ki, bizim toy adət-ənələrində ərə verilən qızlar üçün başlıq almaq kimi qayda olub. Bəzi yerlərdə bunu "süd pulu” kimi yozublar, bəzi yerlərdə guya qızını köçürməyə maddi imkanları yetərli olmadığından cehiz almaq, toy tədarükü görmək üçün dəstək , kömək kimi əsaslandırıblar. Bəzi yerlərdə isə ailələr qızlarıbnı ərə ona görə vermək istəmirlərmiş ki, qız evin dirəyi, "çörək ağacı” imiş: qoyun-quzuya, mal-qaraya baxırmış, gün axşama kimi torpaqda işləyirmiş, xalça-palaz toxuyurmuş, bir sözlə, evi-ailəni dolandırırmış. İndi bu qızı ərə vermək həmin ailə üçün ağır zərbə idi. Yəni, bir növ, ailənin tələb etdiyi başlıq bu zərbəni müəyyən qədər əvələyək vasitə kimi düşünülürdü. Bu variant daha inandırıcıdır və mən kənd şəraitində yaşamış bir şəxs kimi, çoxlu qızları olan aillələrdə qızların ailə büdcəsinə gətirdiyi xeyiri görmüşəm. Elə isə ola bilməz ki, hansısa bir ailə, ata-ana qız övladının olmasını arzu etməsin.

Maraqlııdr: ailədə qızlar atalarına, oğullar  isə analarına daha çox mehr salırlar

Davamı gələn sayımızda

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz