» » Qadın nə istəyir?

Qadın nə istəyir?

Müəllif: Litota от 27-09-2013, 09:23

Kişilər qadınların çox şey istədiyini fikirləşirlər. İnsanların çoxu da bunu təsdiqləyir, ictimai mediada zarafatların əsas mövzusudur. Hətta, bir çox qadınlar da bunu təsdiq edirlər. Doğurdan da qadın çox şeymi istəyir? Daha doğrusu bir qadın nə istəyir? Arzusunda olduğuna çata bilmədiyinə, itirdiklərinə, həyatında çatışmayanları yerinə qoymaq üçün ....Bir qadın əslində çox şey istəmir.
Qadın bir payız axşam üşüdükdə başını qoyacağı bir sinə və o sinənin içində yalnız onun üçün çarpan bir ürək istəyir. Sevdiyinin bədənində yalnız öz qoxusunu hiss etmək istəyir, dərin nəfəsində özünü tapmaq istəyir.
Sevilmək istəyər qadın, heç nəyə baxmayaraq gecə saat neçə olursa- olsun hıçqıraraq dərdini danışa biləcəyi, səs tonunda şəfqət, sevinc hiss etdiyi özündən bir parça görmək istəyir.
Qadın etibar etmək istəyir. Sevdiyi adamın ağzından hər çıxan sözə, hər cümləyə, ən az özünə inandığı qədər, inanmaq istəyir. Çünki, qadın şübhəni sevmir. Şübhə qadını didib-parçalayır.
Bir qadın əsl sevgi istəyir. Qadınlar çətin aşıq olurlar və çətin unudurlar. Eşq hər insanın təməlində olsa da, qadınlar daha romantikdir və hər cür xoşbəxtliyi, həyəcanı, sevgini, sevilmənin bütün hüceyrələrində buraxdığı dinclik iqlimini hiss etmək istəyir.
Bir qadın maraq, özünə qarşı qayğı istəyir. Təntənəli hədiyyələrlə susdurulmaq, ya da anlıq xoşbəxtliklərlə aldadılmaq əvəzinə, daha kiçik, daha sadə, lakin yaşanan, bir ömür boyu xatırlaya biləcəyi bir hədiyyə istəyir. Qadın təvazökar və süni hədiyyələrlə hörülmüş qızıl qəfəsə uzaq bir eşq istəyir. Sevdiyinin hər zaman onu düşündüyünü, çox sevildiyini eşitmək istəyir.
Qadın qorunmaq istəyir, bir nadir çiçək kimi sevdiyinin qollarına sığınmaq istər; ağrıdan, kədərdən, hirsdən, təklikdən, ayrılıqdan ... Sevdiyi adamın qollarının hər qorxduğundan sığındığı zirehli qalası olmasını istəyir. Qadının ürəyindən göz yaşlarının silən, başını sığal çəkib sinəsinə çəkən sevgilisinin yanında, hər şeydən uzaq, rahatlıqla dərin bir yuxuya getmək keçir. Qadın sakit, bütün pisliklərdən, zərərlərdən qaçıb sevdiyinin ürəyinə sığınmaq istəyir. Kişinin ürəyi bir qadın üçün qala kimi olmalıdır, çünki qadın hər qorxusunda, hər dəfə özünü tək hiss etdiyində sığınmağa yer axtarır. Qadın tez inciyər, tez küsər, tez yorular.[/center]
Əgər bir qadın hər bir şəraiti olan bir ev istəyirsə, içində bir çox otağı olan bir yaxt və bahalı bir maşın istəyirsə... əslində qadın bunların heç birini istəmir deməkdir. Bütün bunlar bir əskikliyini doldurmaq istəyidir. Sevgi əskikliyini, inamı, həyat yoldaşının onunla maraqlanmaması əksikliyini... Həyatında sevgi, xoşbəxtlik yoxdur deyə maşınla, evlə, pulla həyatına rəng qatmaq istəyir.
Bir qadın əslində çox şey istəməz. Yalnız bir az sevgi, özünü sevdiyinin yanında xoşbəxt hesab etmək, sevdiyi ilə bir ömür dinc həyat... Sizcə çoxdurmu istədiklərimiz?
 Müəllif: Nigar 2012

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz