» » Gözəl ailəsi olanlar həm də gözəl təşkiatçı olurlar

Gözəl ailəsi olanlar həm də gözəl təşkiatçı olurlar

Gözəl ailəsi olanlar  həm də gözəl təşkiatçı olurlar

Bəzən deyirlər ki, bir insan ailəsini idarə edə bilmirsə, ondan böyük qurumlara rəhbər də çıxmaz. Amma əksini gördüyünüz vaxt da olub. Hesab edirəm ki, kimsə yüksək çinli məmur olmaq üçün üçün ailə qurmur. Ailənin elə müdrik ailə başçıları ola bilər ki, idarəçilik strukturlarında işləmək üçün heç təhsili olmasın, vəzifə pillələri ilə yüksəmək, sözsüz ki, ona qismət olmayacaq. Ola bilər ki, lap təhsili olsun, fəqət, heç onun ağlına belə gəlmir ki, nə vaxtsa müəyyən quruma rəhbərlik edəcək və ya özü buna can atsın.
Amma yüksək vəzifədə işləyib ailəsi uğurlu olmayanlar da az deyil.
Görünür, bu ifadənin dərin mənası bir az daha dərindədir. Yəni adi həyat axarında həmin məna o qədər də boyaboy yerinə düşmür.formada daha məzmunlu ifdə etmək olardı.

Gözəl ailəsi olanlar  həm də gözəl təşkiatçı olurlar

Danışıq dilində kəlama çevrilən bu fikrin daşıdığı hikmət budur ki, ailəsini səmilmilik içərisində, firavanlıqla dolandıra bilməyən kimsə, sadəcə, mövcuddur. Ailəsini idarə edə bilmirsə, beləsinə cəmiyyətdə heç ehtiyac olmaz: adı halda həyatını başa vuracaq belə adam.Amma nümunəvi ailəsi oln, gözəl balalar böyüdüb tərbiyə dən ata-ana bütün bunlar üçün cəmiyyətlə, ayrı-ayrı təşkilat və şəxslərlə müəyyən münasibətlərdə olur (bağça, məktəb, ali məktəb, əsgərlik, müəssisə və s): qarşılıqlı münasiətlərdə bu cür intellektullı şəxslər daha kamilləşir, idari və şəxsi keyfiyyətlər qaznır, ünsiyyət qurma məharətinə yiyələnir və s. Təbii ki, bunun ilkin addımları ailədən başlanır.

Gözəl ailəsi olanlar  həm də gözəl təşkiatçı olurlar

Sirr deyil ki, ailə münasibətlərdə ailədə valideynlərin yeri(üstünlüyü məsələsi) bir problem olaraq hər zaman olmuş və bu gün də davam etməkdədir.
Müasir dünyada demokratiya, gender prinsipləri, demokratiya uğrunda nə qədər səylər edilsə də, Azərbaycan mühitində ər-ata hər zaman daha üstün mövqeyə malik olmuş, bu gün də belədir, cabah da belə olacaq, inşallah. Bu, qadının rolunu kiçiltmək demək deyil. Ailədə qadının əli olmadan heç bir kişi heç bir uğur əldə edə bilməz… "Qadın kişini vəzir də edər, rəzil də" ata sözü zaman-zaman müşahidələrin nəticəsi kimi meydana çıxmışdır. Arzu edərdim ki, qadınlar özləri bərabərlik iddiasında olmasınlar. Kişilərin etalonunda Qadın Günəş kimi qəbul edilirsə, kifayət deyilmi, gərək bərabərliyin təzahürlərini qadın cəmiyyətdə nümayiş etdirsin? Qadınlar burada uduzur. Kişilər humanist bir zümrədir, silahlanmayacaq, beynəlxalq məhkəmələr tələb etməyəcək. Sadəcə, çəkiləcək özünə. Etməyin belə.

Gözəl ailəsi olanlar  həm də gözəl təşkiatçı olurlar

Rəsul Həmzətovun "Mənim Dağıstanım” kitabında oxumuşam: Dağıstanda aullarda yaşayan bir kişiyə əvvəlcə öz ailəsində arvadı, ona baxıb uşaqlar, sonra qonşular hörmət edir. Qonşulara da baxıb, bütün məhəllə, aul… Kişi cavabdehlik, məsuliyyət , fərdi yanaşma, çoxluğun fikirlərilə hesablaşmaq, kollegiallıq, etimad, yeri gələndə güzəştə getmək və s. idarəçilik məharətlərinə ilk olaraq ailədə yiyələnir. Ailədən başlanan nüfuz kişini el-obanın tanıyıb-qəbul etdiyi liderə çevirir. Ailə də kiçik dövlətdir və insan öz ailəsində yuxarıda saydığımız keyfiyyətlərə yiyələnə bilsə, daha böyük dövlətin idarəçilik fəaliyyətində iştirak edə biləcək.
Mənm şəxsi fikrimə gəldikdə isə, nümunəvi ailəsi olmayanı vəzifədə saxlamaq olmaz. SV-dir nədir, onlarda bu məsələ ciddi qoyulmalıdır, vəzifəyə subay adam qoymasınlar. Bir neçə dəfə həyat yoldaşını boşamış adamın rəhbərliyi kimə lazımdır? 2 dəfə boşanan, 3-cü namizədə ərə getməyən hazırlaşan qadının rəhbərliyində nə şəfqət, müqəddəslik ola bilər. Bu, mənim şəxsi fikirlərimdir, əlbəttə. Bəs siz necə fikirləşirsinz?

Gözəl ailəsi olanlar  həm də gözəl təşkiatçı olurlar
Ələkbər Ziyatay - O, körpəmin anasıdır
Bəstəkar:Hacıbaba Həsənov

Könlüm düşdü diyar-diyar,
Bir kəkliyin sorağına.
Mən yalvardım o qonmadı,
Çox yalvardım, o qonmadı,
Məhəbbətin budağına, budağına.

Meyil etmədim hər gözələ,
Səaətim düşdü dilə.
Mən and içdim ildən-ilə,
Könül verdim ildən-ilə,
İlk eşqimin növrağına, növrağına

Bir gün yenə onu gördüm,
Təzələndi köhnə dərdim.
Bir dəstə gül-mimək verdim,
ətirli gül-çiçək verdim,
O, almadı qucağına, qucağına.

Könlüm sanma sınasıdır,
Kərəm olub yanasıdır.
O, körpəmin anasıdır,
Öz körpəmin anasıdır,
Vurulmuşam bu çağına, bu şağına

Gözəl ailəsi olanlar  həm də gözəl təşkiatçı olurlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz