» » Kişilər qadınlar haqqında necə düşünürlər?

Kişilər qadınlar haqqında necə düşünürlər?

Kişilər qadınlar haqqında necə düşünürlər?

İki kişinin ən ortaq nöqtəsi qadınlar haqqında sahib olduqları biliklərdir. Onore de Balzaka məxsusdur bu fikirlər. Əslində, bu fikir kişilərin nəfinə deyilmiş sitat deyildir. Yəni, iki kişi ancaq bu nöqtədə paylaşa bilirlər. Başqa məqamlarda isə eyniadlı yüklər olduğundan bəlkə də hər zaman bir-birlərini dəf edirlər. Hələki bu sətiraltı mnaya ayrılmadan sitatın ilk yaratdığı təəssürat haqqında fikirlərimizi bölüşək. Belə çıxır ki, sanki kişilər bu nöqtədə, sözün əsl mənasında proletara çevrilir və bir nöqtədə birləşə bilirlər.
Niyə Qadın obrazını belə yaradırlar. Döğrudanmı, kişi qadına bel bağlaya bilməz. Doğrudanmı, "Talmud" da deyildiyi kimi "pis qadın dünyada mövcud olan bütün bəlaların hamısından böyükdür"?
Bizim özümümzün də bu mövzuda fərqli baxışı olsa da, müəyyən iradlarımız olsa da, biz qadınlara Heynenin dedikləri baxışdan yanaşırıq:
"Qadın olmayan yerdən pis adam başlayır."Odur ki, hər zaman ətrafımızda, ailəmizdə, ürəyimizdə qadın olmalıdır.
Biz bir qadın saytının, eyniadda jurnalın rəhbəriyik. Məhz bu adı seçməyimiz həyatımızda Qadına/Anaya
böyük ehtiramdan irəli gəlir. Fəaliyyətə başlayanda çox təkliflər oldu. Deyirdilər ki, şou təəssüratı yaradan elə adlar seçin ki, cəlbedici olsun. Amma mən "Ana və uşaq” adını daha üstün bildim. İnsan həyatının mənası, dəyəri məhz bu iki varlıqla bağlıdır.
Dədə Qorqud cəmiyyətndən üzü bəri qadın hər zaman Azərbaycan ərinin, millətin, xalqın qürur ölçüsü olub.
Fəqət, son onilliklərdə Qərbdən mənəviyyatımıza çox küləklər əsdi, şüurlarda, mənəviyyatlarda eybəcər təzahürlər baş qaldırmağa başladı.
Eşidirik, kriminal xəbərlərdə göstərirlər: kişilər var bir qadın bəs etmir; qadınlar var gizlincə görüşür. Kişi var qadını vəfat edir, heç qırxı belə gözləmir, yenisini alır və yaxud, əksinə, qadın da var əri vəfat edir və yaxud özü boşanır və heç nə olmayıbmış kimi başqasına gedir.
Məşhur "Qayınana” filmində Cənnət xala deyir ki, bu yazıqla (Məşədi Kazımla) 30 il bir yastığa baş qoyduq, bir dəfə olsun "maç” eləmədi məni. Onda kişinin halal, kəbinli qadını ilə də arasında bir ağayanalıq olub, pərdə olub.
Allah hər qadını bir kişiyə və yaxud hər kişini bir qadına yazmışdı...

Kişilər qadınlar haqqında necə düşünürlər?

Kənd həyatına qayıdıb tanıdığım bütün yaşlı adamları xatırlayıram. Onların bəziləri haqq dünyasına qovuşub, bəziləri hələ də yaşamaqdadır. Bunlar o adamlardır ki, kiminin əri , kiminin qadını dünyasını dəyişib: amma nə qadın ərə gedib, nə kişi ikinci arvad alıb. O dövr üçün bu, olduqca utanc bir hal hesab olunub. Kənddə 1-2 belə hal olub: inanın, biz uşaq idik, amma uşaq ağlımızla diksinirdik. Tutaq ki, qonşumuzdur, qohumumuzdur, 2-ci arvad alan kişinin , 2-ci ərə gedən qadının bizə verdiyi meyvəni, konfeti almırdıq, zorla versə idilər, gəlib bu tərəfdə atardıq. İnanın, iyrənirdik.
Elə ki, televiziya çıxdı, elə ki, Avropa ölkələri ilə tanışlıq başladı, get-gəllər başladı, qadınlar, kişilər (daha çox) "çızıqlarından çıxdılar”. Tədricən, video, telefon, internet peyda oldu. Bu nizamsızlıqda televiziya və internet öndə getdi. 30 il bir yastığa baş qoyub bir dəfə halal əri ilə öpüçməyən Cənnət xalanın sələflərindən biri, o günü saytda oxudum, qonşu ölkədə seriala çəkilib, intim səhnələr varmış, aktrisamız imtina edib. Belə olanda rejissor ayaqüstü həmin aktrisanı filmdə öldürən epizod yaradır və xanım aktrisamız filmdən uzaqlaşdırılır. Aktrisa və modelyerlərimiz də var ki, deyir yaxşı pul versələr, belə səhnələrə çəkilərəm. Heç kimə qara yaxmaq fikrimiz yoxdur.

Kişilər qadınlar haqqında necə düşünürlər?

Qərb həyat tərzini seriallardan görən , bu cür həyat qurmaq istəyən qadınlarımız qarşılarına çıxan problemləri aradan qaldırmaqdansa, guya demokratiya istəyirlər, qadın haqqlarının müdafiəsinə qalxırlar. Allah heç qızımıza, oğlumuza belə təsadüf qismət etməsin.
Guya hamının həyat yolu hər zaman sevgi dolu olub? Hər bir ailədə problem, söz-söhbət ola bilər. Bu gün də inanmıram da ki, problemsiz ailə olsun. Amma əsas olan budur ki, özünü itirməyəsən, taleyinə sahib çıxasan. Problemin həlli yolunu tapasan. Güzəştə getməyi, bağışlamağı bacarasan. Bax, qadınlar haqqında fərqli düşüncəm də budur. Getdikcə qadınlar ailə ənənələrindən uzaqlaşmağa meyillənirlər. İldən-ilə pozulan nikahların sayı artır və pozulan nikahlar arasında evliliklərinin ilk illərində ayrılanların xüsusi çəkisi diqqəti cəlb edir.
Əbu Turxan adlı məşhur filosofumuz var, müasirimizdir. Bu mövzuda çox maraqlı fikirləri var:

1. Bərabərlik iddiası ailəni sarsıdır.
2. Qadın ictimailəşəndə ailə dağılır.

Heç ola bilməz ki, filosof qadınlara qarşı qərəzli mövqe nümayiş etdirsin. Bunun əlamətləri hiss olunmuru bəyəm? Sonra nə ola bilər: o ola bilər ki, heç kim yurd-yuva salmaq, ev tikmək istəməz. Onda evin divarlarını isidən, həyat stimulu verən qadın, ailə, uşaq hənirtisinə tədricən həsrət qala bilərik. Allah eləməmiş, mağara dövrünə qayıtmırıq ha(?). Bir vaxt Azərbaycan ailəsində ən azuşaqlı ailə 4-5 uşaqlı ailə hesab olunurdu.İndi 2-3 uşaqlı ailə çoxuşaqlı ailə hesab olunur. Doğrudur, cəmiyyətin özündə də müəyyən uyğunsuzluqlar var, amma bununla belə, filosofun dediyi meyillər müşahidə olunmaqdadır.

Kişilər qadınlar haqqında necə düşünürlər?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz