» » Evlilikdə ən önəmli olanlar

Evlilikdə ən önəmli olanlar

Evlilikdə ən önəmli olanlar

İnsanlıq tarixi boyunca qadın-kişi münasibətləri könüllü və məcburi olmuşdur. Zamanla bu əlaqənin sistemləşməsi və ailə ittifaqına çevrilməsi zərurilik kəsb etmişdir, məsələn, evlilik-ailə kimi.
Hər təşkilatda olduğu kimi, evlilik təşkilatında da müxtəlif qayda və xüsusatlar olmuş, evlilik bu qayda və xüsusatlarla sistemli olaraq nizamlanmışdır.
Evliliyi ittifaqa, birliyə gətirib çıxaran inanc, mədəniyyət, təhsil, hörmət, sevgi, sədaqət, eşq, ictimai quruluş, qohumluq, cinsəllik və s. kimi bir çox mühüm amillər olmuşdur. Bu amillər hər zaman evliliyin keyfiyyət və davamlılığını müəyyən edir.
Evlilik yalnız eşq deyil. Evliliyi yalnız eşqə məhdudlaşdırsaq, onun mahiyyət və məzmununu zəiflətmiş olarıq.
Evlilikdə ən önəmli olan cütlüklər arasında olan əlaqə bağlarıdır.
Xoşbəxt evliliklərin təməlində danışa bilmək, məsuliyyət hissi, bir paylaşma duyğusu vardır və belədə danışmaq üçün doğru zaman, doğru məkan və uyğun üslub seçmək lazımdır. Tərəflər hər kisi eyni məsuliyyəti daşımalıdır. Bu isə iş bölgüsü etməyi, onların icrası üçün birgə səy göstərməyi şərtləndirir.

Təkliflər:

Hər şeydən əvvəl, evlilik həyatına evlilik əvvəli mövcud olan problemlərlə getməməli, evlənənə qədər bu problem və suallara cavab tapılmalıdır.
Evlilik üçün müddət əhəmiyyətli deyil. Əhəmiyyətli olan keçən müddətdə nələr danışıldığı, nələrin aradan qaldırıldığıdır, nələrin davam etdiyidir. Ona görə də evlilik əvvəli bütün bütün şübhələri cavablandırmalısınız.
Evlilikdə yaşanan kiçik problemlərdən ötəri dərhal ümidsizliyə düşməmək lazımdır. Evlilik əmək və zaman istər. Zamanla və ifadə etməklə problemlərin azalması və uyğunlaşmanın ürəyinizcə olacağı şəksizdir.
 
Evlilikdə ən önəmli olanlar

Unudulmamalıdır ki, sağlam hər insan evlənə bilər. Bu mövzuda əsas problem evliliyin necə həyata keçiriləcəyidir. Sağlam olaraq icra etmək üçün isə, ortaq hərəkət etmək və evliliyin iki nəfərlik bir səfər olduğunu qəbul edərək bu prosesə başlamaq lazımdır.
Evlilikdə yaşanan cinsi problemləri qiymətləndirərkən, qorxu, çəkinmə və ya utanma ilə deyil, fərqli bir pəncərədən baxaraq qiymətləndirmək lazımdır.
Mədəni problemlər üçün ortaq nöqtələr və paylaşımlar lazımdır.
Yoldaşlar məlumatlı və təcrübəli olduqları sahələrdə qavrayılı və bir-birlərinə dəstək olmalı, problem olduğunda güc qarşıdurması ilə deyil, birgə sylə həll edilməlidir.
Yoldaşların həssas nöqtələrindən biri də yoldaşlarına və qohumlarına necə davrandıqlarıdır. Yoldaşınızın yoldaşlarına, qohumlarına hörmət əsasında davranmalısınız. Sevgi seçim, hörmət isə zəruridir. Yoldaşınıza duyğularınızı ifadə etməyi bir vərdiş halına gətirməlisiniz. İfadə edilməyən duyğular, söylənmədikçə zamanla deyilməsi daha ağır və çətin hala gəlir.
Evliliyi yaşayarkən ana-atanızın evliliyindən yola çıxaraq irəliləməyin. Ananızın rəftarlarını yoldaşınızdan gözləməyin. Atanız kimi bir yoldaş isə xəyal etməyin. Özünüz onlardan nümunə kimi qəbul etdiyinz yaxşıları qurub yaşayın.

Evlilikdə ən önəmli olanlar

Qeyd: Türkcədən tərcümə ilə işlənilmişdir:

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz