» » "Böyük sevgilərə layiq olmadın, Böyük nifrətə də layiq deyilsən…"

"Böyük sevgilərə layiq olmadın, Böyük nifrətə də layiq deyilsən…"

"Böyük sevgilərə layiq olmadın,  Böyük nifrətə də layiq deyilsən…"

Doğrudanmı kişi və qadın arasında ağıl üstünlüyü vardır? Elə isə qadınmı daha ağıllıdır, kişimi? Əslində, bu cür müzakirələr indiki vaxtda çox edilməkdədir. Bu, əlbəttə, səhv və yersiz bir müzakirədir.
Demək olarmı ki, qardaş ağıllıdır, yoxsa bacı? Əlbəttə, qadınların böyük əksəriyəti ağıllı və kübardır. Amma cinsləri, xüsusiyyətləri fərqli olanlar arasında müqayisə edilməsi sağlam mühakimə deyil. Məsələn, kim inandıra bilr ki, qoz fındıqdan yaxşıdır və yaxud əksnə, fındıq qozdan pisdir. Hər birinin öz yeri, öz məxsusilikləri var. Bunlar tam fərqli-fərqli cinslər/meyvələrdir.
Birillik ağacla ikiillik ağacdan eyni miqdarda məhsul gözləməzlər.
Üç kiloluq pəhləvanı arenaya əlli kiloluq pəhləvanla çıxartmazlar. Hər yaş öz yaşına uyğun idmançı ilə qarşı-qarşıya gəlməlidir.
Fərqli xüsusiyyət, ümumiyyətlə, oxşar cinslər, eyni əşyalar arasında arasında axtarılır.
Qadınla kişi müqayisə edilərkən fərq kimi demək nə dərəcədə doğrudur ki, qadın dünyaya uşaq gətirir, kişi yox. Axı Allah tərəfindən onların yaradılış mükəmməllikləri belədir. Belə mükəmməllikləri müqayisə etmək nə dərəcədə doğrudur? Əgər bir kişi qadına "siz nə bərabərlik axtarırsınız, bizim kimi yerin altında – şaxtalarda işləyə bilirsinizmi” deyəcəksə, həmin qadından onda bəs siz bir yavrunu 9 ay bətninizdə bəsləyə bilirsinizmi?” sualı alması gözləniləndir.
Nə kişi qadına belə arqument gətirməməlidir ki, qadınlar da bizim kimi yerin altında, kömür ocaqlarında, mədən ocaqlarında işləyə bilməz , nə də qadınlar deməməlidir ki, kişilər uşaq doğmurlar. Çünki qadının orqanizmi buna uyğun deyil. Bəzı ölkələrdə qadın belə çətin işlərdə işlədilirsə, bu, bir haqq deyil, qadına zülmdür. Hər kəsə, fiziki imkanlarına görə iş verilməlidir. Allah heç bir kişiyə o xəcaləti qismət etməsin ki, gözləri qarşısında qadının vücuduna uyğun olmayan iş gördüyünün şahidi olsun.

"Böyük sevgilərə layiq olmadın,  Böyük nifrətə də layiq deyilsən…"

Qadının boksçu, güləşçi olmaması onun dəyərini sala bilməz. Limonun turş olması limon üçün bir əskiklik deyil. Çünki limon şirinin əksi olaraq yaradılmışdır. Cənab Haqq qadını da məhz ağır işlər görməyə yaratmamışdır.
Qadınla kişi eyni cins olsalar da, bərabər xüsusiyyətlərlə yaradılmayıb. Xüsusiyyətləri fərqli olan şeyləri müqayisə etməzlər. Məsələn, gəmi, təyyarə və avtobus minik vasitəsi olduğu halda, birinin digərinə üstünlüyü deyilə bilməz. Təyyarə dənizdə üzə bilmirsə, gəmidən aşağı sayılmamalıdır. Gəmi başqa bir gəmiylə, təyyarə başqa bir təyyarə ilə müqayisə edilə bilər. İkisi də quru vasitəsi olduğu halda, bir tankla bir taksi müqayisə edilə bilməz. bütün bu deyilənlərdən sonra, ümumiləşdirəsi olsaq, biz belə müqayisəni doğru hesab etmirik. Dünyanın Qadına böyük ehtiyacı var: davam etsin deyə, davam etdiyini səliqə-sahmanla, böyük gözəlliklər və mənəvi ucalıqlar arasında yaşasın deyə. Böyük hərbçi Napoleon deyərmiş ki, mənə sağlam qadın vein, mən sizə sağlam cəmiyyət verim. Yəni bu sağlam düşünə bildiyimiz bu nəsnələr içində nələr yoxdur. Alman şairi H.Heyne yazırdı ki, dünya tarixini oxuduqca hər hansı bir rəşadət, hünər, yaxud hadisə məni təəccübləndirdikdə bəzən arzu edirdim ki, , o şeylər içərisində qadın gırəydim. Görəydim ki, gizli, örtülü şeylər arasında dünyanı qadınlar idarə edir. Bunlar hər hansı bir ictimai-siyasi, sosial məzmuna tabe edilmiş fikirlər deyildir; həyatın yaşandıqca seçim qarşısında qaldığı bütün vəziyyətlərdə zühur edən bir həqiqətdir: Qadın bütün vəziyyətlərdə həyat, şəfqət, ümid paylar, əvəzini gözləmədən.... lap doğru-düzgün qiymətini almayanda da .

"Böyük sevgilərə layiq olmadın,  Böyük nifrətə də layiq deyilsən…"

Lüğətimizdə, dilimizdə vəzndə, qiymətdə, dəyərdə ən uca sözlər, dəyərlər onlara verilib. Kişi olan, belə deyət, bütün məxluqat bunun fərqindədir və olmalıdır da. iradlarımız, fikirlərimiz, gözlədiklərimiz çox ola bilər... Şəxsən, mənim də var. Amma Azərbaycan kişisinin, Azərbaycan ailəsinin taleyində Qadınlarımızın haqqına sahib çıxmağa bir vəfa borcumuz olmalıdır.
Haşiyə: "Böyük dayaq " filmində Səkinə arvad necə müdrik, ağbirçək Azərbaycan anasıdır. Mən özümü müəyyən hallarda çöx vaxt Rüstəm kişinin nəslinə hesab edirəm, deyirəm, bəlkə belə mühafizəkaram. Fəqət, müdriliyə qalanda, deyirəm, kaş Rüstəm kişi əvvəlcədən Səkinəsinə tapınaydı.
Haşiyə : "Mehman" filmini dönə-dönə izləmisiniz. Mehman kimi prinsipial, barışmaz, cəsur bir ədliyyə işçisi çox adi şeylərdən sındı, məğlub oldu. Mehmanın faciəsi bilirsiniz hardan başladı? Ordan başladı ki, Züleyxa və və onun anasının tənələrindən oranı tərk edib geriyə-Bakıya dönməsindən sonra başlayır.
Film "Qanun naminə" adlanmır. Qoy qanunun aliliyi hər zaman, hər yerdə müqəddəs olsun. Qoy hər zaman, hər yerdə ədalət zəfər çalsın. Anaların (Qadınların) haqqında da onlara yaramayan, onların haqqı olmayan fikirlərə düşülməməlidir.

"Böyük sevgilərə layiq olmadın,  Böyük nifrətə də layiq deyilsən…"

Böyük sevgilərə layiq olmadın,
Böyük nifrətə də layiq deyilsən…
M.İsmayıl

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz