» » Kişilər qadınlardan nə gözlər?

Kişilər qadınlardan nə gözlər?

Kişilər qadınlardan nə gözlər?

İnsan həyatının ən vacib, önəmli hissəsi ailəlik həyatıdır. Bəlkə buna görədir ki, insan ömrünün bütün mərhələlərində ən uzunu da ailəlik həyatıdır. Yəni insanın həyata gəlişinin mənası səadətli, sağlam bir ömür yaşamaq və yaşadığı ömrü necə ki, valideynləri ona bəxş etmişdi, o da dünyaya yeni insanlar bəxş edərək daha uzaq əsrlərə ötürməkdir.
Evlilik həyatının rəsmi hissəsi olduğu kimi bədii hissəsi də var . Amma protokol qaydasında olduğu kimi sıralanmır bu gediş, adətən, əvvəl rəsmi tədbir olur, sonra incəsənət ustaları konset verir, ailə həyatında isə əvvəl bədii hissə olur, sonra rəsmi. Rəsmi hissə öz-özünə də nizamlana bilir, amma bədii hissənin məzmunlu olması üçün tərəflərin hər zaman yenilənməsi, öz həyatlarını cilalaması lazımdır.
Adətən, bütün evlilik həyatları üçün sevgi, xoşbəxtlik ampulası eyni olur. Amma onu kim necə qəbul edir, kim necə yaşayır, bu, artıq fərdlərin özündən, onların dünyagörüşlərindən, evlilik həyatı üçün maddi, mənəvi, psixoloji hazırlıqlarının necə olmasından asılıdır. Şərair, cəmiyyətin özünün hədəfləri və s. bu məsudluğa xidmə etməlidir, onu tamamalamalıdır. Hələliksə ən vacib olanı, lap bunların heç biri olmasa da tərəflərin öz aralarında anlaşması, birlidə səadət gəmisini qranit süxurların arasından qəzasız və təhlükəsiz mənzilbaşına salamat çatdırmaqdır. Müşahidələrə əsasən, idea evlilik yoxdur. Amma sevgidən, ailə həyatından kam almayanların sayı diqqəti cəlb edəcək qədər narahatlıq doğurur.

Kişilər qadınlardan nə gözlər?

Mən həmişə demişəm, yenə təkrar deməyə ehtiyac duyuram: yaxşılar da var, gözəlliklər də var. Balansı pozmamaq şərti ilə bunları təqdir edirik vəə edəcəyik də. Məramımız da, arzumuz da daha çox yaxşı görməkdir. Amma nə dəsən ki, gündən-günə uğursuz sevgilər artmaqdadır. Gündən-günə dağılan ailələr, miling-çiling olan talelər artmaqdadır.
Ailə tərəfləri arasında - ərin qadından, qadının isə ərindən gözlədikləri getdikcə artmaqdadır. Nikah şəhadətnaməsinə qol çəkəndə bu evlilik üzrə bütün təəhhüdləri danışıqsız, şərtsiz üzərlərinə gptürən tərəflər illər keçəndən sonra bir-birlərinə etimadsızlıq və etinasızlıq səpkiləyirlər: o bunu, bu, onu günahlandırır. Bu ondan, o da bundan gözləyir. Daha çox kişilər xüsusilə nə istədiklərini izah edə bilmirlər. Kişinin evlilikdə qadından gözləmələri, ümumiyyətlə, qadının gözləmələrindən daha çoxdur. O, buna arxayın olur, bu, ona. Məsələn, eyni xarakterli, amma başqa-başqa iş yerlərində çalışan ər-arvad hər gün işə eyni vaxtda gedib, eyni vaxtda qayıdırlar. İkisi də yoröun-əzgin dönmüşüdür. Kişi evə girən kimi "çox yoruldum"deyə bir balaca uzanmaq istəyir. Amma qadına olmaz bu. Qadın, əksinə, dərhal künc-bucağa baxmalıdır, evin nizamlı olmasını, paltarlarının təmiz və ütülü olmasını aramalıdır, uşağa baxmalıdır,
proletarın bir belini ovxalasa yeri var, bəs bu qədər xərc çəkib niyə onu alıb? Bəzən bir çöpü götürüb çöp üstünə qoymayan proletar durub özü ala bilsə də, bir stəkan suyu belə yoldaşının gətirməsini gözləyər. Hələ bu da son deyil. Heç nə tapmasa, qadını şifahi sorğularına cəlb edər, telefonunun harada olduğunu, corablarını hara qoyduğunu, nərdin yerini və sair sorğularına cavab istəyər.

Kişilər qadınlardan nə gözlər?

Kişilər ən əhəmiyyətlisi öz ailələrində, qohum-əqrabalarında analarından, xalalarından, əmisi-dayısı arvadlarından öz ərlərinə göstərdikləri qarşılıqsız sevgini, bəli-bəli, qarşılıqsız sevgini, qulluğu, nəyi-nəyi fasiləsiz olaraq yoldaşlarından gözləyər.
Hələ bu harasıdır, kişinin doğum günü xtırlanmalıdır, nəinki xatırlanmalıdır, qeyd edilməlidir, amma fikirləşilməməlidir ki, eyni qaydada niyə qadının doğum günü birlikdə şənlik keçirilməsin? Hələ hər il toy gününü xatırlamaq sevgiyə ehtiram deyimi?

Kişilər qadınlardan nə gözlər?

Bunlar son olaraq qarşılıqlı ittihamlar, gözləmələrə aparır. Yenə kişi hegomonluğu diqqətə gələr. Kişi qarşısında pərvanəyə dönmüş birinə məhəl qoymasa da, özünün mehriban, qayğıkeş, əsl ər və bir ata olduğunu haqqında təriflər eşitmək istər, yəni bunu həmişə gözləyər. Özünə diqqət və qayğı göstərilməsini istər, harasa bir yerə gedəndən onun üçün 1 ayaqqabı, kostyum gətirdiyində sevinər, amma illərdir əsgər sərvaxtlığı ilə onun, bu evin keşiyini çəkən qadınının niyə unudulduğundan tükü də tərpənməz.
Amma hər zaman çox ehtiyacı hiss etdiyi kişilik ehtiyacının təmin edilməsini gözləyər, lap kefsiz, ap xəstə-yorğun olsa da. Bir balaca soyuq olsa , barmağına balaca tikan batsa, Yer kürəsini ayağa qaldırar, istəyər ki, 1 saniyə olsa belə yanını tərk etməsinlər, amma yoldaşının çox ciddi narahatçılığında, xəstəliyində o biri evdə yatar, işə getmək üçün evdən çıxanda, evə qayıdanda heç sormaz 1 kəlmə ki, necəsən, həkim gətirəkmi və s...
İstəmirəm ki, məni nədəsə ittiham etsinlər. Mən gördüklərimi, duyduqlarımı, görmək istədiklərimi olduğu kimi təqdim etmişəm və yenə də belə olacaq. Biz dorunu göstərməsək, diaqnozu düzgün qoya bilməyəcəyik, qarını işləyən adama qulaq müalicəsi üçün resept yazacağıq.

Kişilər qadınlardan nə gözlər?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz