» » Ailə insanları gözəl düşünməyə, gözəl işlər görməyə səfərbər edir

Ailə insanları gözəl düşünməyə, gözəl işlər görməyə səfərbər edir

Ailə insanları gözəl düşünməyə, gözəl işlər görməyə səfərbər edir

(Tərcümə ixtisarla verilir)

Ailə oxşar məqsədlər üzərində eyni fikrə gələn və birlikdə çalışan kəslərin bütünlüyüdür. Əvvəl özləri iki olub özlərindən əvvəlki ailənin tərəfləri olaraq, sonra bu birlikdən dünyaya gələn övladla yeni bir ailə birliyi. Əvvəlki ailə birliyi isə bir az da ululaşır, şəcərə, nəsil xəttinin özündən əvvəlki bir qoluna çevrilir.
Ailə müqəddəslikdir. Ailə insanları gözəl düşünməyə, gözəl işlər görməyə səfərbər edir. Ailə diqqət, qayğı, məsuliyyət tələb edir: sevgi içrə davam etdikcə daha müqəddəsləşir, amma araya çiylik düşübsə, get-gedə ictimai-sosial mahiyyətini itirməyə başlayır.

Ailə insanları gözəl düşünməyə, gözəl işlər görməyə səfərbər edir

Ailədəki normal ünsiyyət və qarşılıqlı maneə törədən amillər aşağıdakılardır:

- Ailəni və fərdləri maraqlandıran mövzular barəsində səthi danışmaq, belə mövzulara əhəmiyyət verməmək,
-Həddindən artıq sual soruşmaq, yersiz şübhə və tərəddüdlər,
-Süni maraq göstərmək,
-Keçmişdəki kədərli və dadsız hadisələrin tez-tez gündəmə gətirilməsi,
- Soruşulan sualları cavabsız buraxmaq,
- Qarşısındakına sözlə təzyiq, hədə nümayişi,
- Şişirdilmiş bir şəkildə razılıq etmək və ya rədd etmək,
- Öz mövqeyini tez-tez irəli sürmək və qəbul etəyə məcbur etmək,
- Günahlandırmalar, tənqid, mənfi qiymətləndirmələr etmək,
- Əmr etmək, təhdid etmək,
- Səmimiyyətdən uzaq danışmaq, yalan söyləmək,
- Qarşı tərəfə əhəmiyyət verməmək, fikirlərə dəyər verməmək,
- Hadisələrin ancaq mənfi cəhətlərini qurdalayıb üzə çıxarmaq,
- Kiçik səhvləri çox şişirtmək,
- Fədakarlığı davamlı olaraq qarşı tərəfdən gözləmək,
- Ortaq fəaliyyətlərə lazım olan əhəmiyyəti verməmək,
- Qarşıdakını ifadə etmə imkanı tanımamaq və s.

Ailə insanları gözəl düşünməyə, gözəl işlər görməyə səfərbər edir

Bu amillər arzu olunan olmasa da, fərdi xüsusiyyət daşıya bildiyinə, eləcə də şəraitlə bağlı olaraq müxtəlif ola bilər.
Belə ünsiyyət və qarşılıqlı intriqalar içində olan ailə quruluşunda fərdlər arası ünsiyyətdə qarşıdakı adamı narahat etmək, üz qızartmaq, sərt baxmaq,danışmamaq, yalan danışmaq və s. bu kimi vəziyyətlərin rast gəlinməsi adidir.
Unudulmamalı ki, yaşayan hər fərd özünə xas anlayışı, şəxsiyyəti, dəyər quruluşu, intellektual səviyyəsi, duyğu və düşüncələri, şəxsiyyət quruluşu, yetişmə tərzi, social statusu ilə yaşayan, hiss edən, təsirlənən biopsixososial bir bütündür. Bu vəziyyətdə danışılan hər sözün, verilən hər mesajın, hər jest və mimiğin yaxşı və ya pis mənada qarşıdakı adamda bir təsir etdiyi mütləqdir.
Ailə üzvləri bir-birlərinə qarşı qənaətləri ilə özlərini qiymətli və ya dəyərsiz, etibarlı və ya etibarsız hiss edər. Bu vəziyyət onların psixoloji və sosial-mədəni mövqelərinə, funksionallıqları və ruhi vəziyyətlərinə təsir edər. Nəticə olaraq, sağlam təməllər üzərində qurulmayan, nə özləri , nə də cəmiyyət qarşısında məsiliyyətini qəbul etməyən fərdlər problemli ailə yaradacaq, məsuliyyətli və sağlam fərdlər isə özlərini təsdiq edən funksional ailəni meydana gətirəcək, başqa sözlə, sağlam ailə - sağlam cəmiyyət yaradacaqlar.

Ailə insanları gözəl düşünməyə, gözəl işlər görməyə səfərbər edir

Ailə növləri

İdeal ailə: İstər yalnız ata çalışsın, istər ana- ata birlikdə çalışsın, evdə rol bölgüsü və səlahiyyətlərin ortaq olduğu, qaydalara sona qədər bağlı, ortaq qərarlarda ortaq söz sahibi olan, bir-birinin haqq və hüququna hörmət, uşaqları və evdəki digər fərdlərlə hər istiqamətdən eyni mövqedən münasibət, qarşılıqlı anlayış və mehribançılıq içərisində mövcud olab divan edən ailə quruluşudur.

Problemli ailə: Atanın çalışdığı, ev haqqında daha çox  ananın söz və qaydalarının etibarlı olduğu, uşaqlara cavabdehliyin tamamilə ana üzərində olduğu, atanın çoxu zaman uşaqları ilə məsafəli olduğu ailə ittifaqıdır.
Bu cür ailələr, adətən, ana-ataların özlərinin problemli olması, gənc yaşda evlənmələri, istəməyərək uşaq sahibi olmaları, uşaq mövzusunda anlaşamamaları və müxtəlif səbəblər ilə davamlı anlaşılmazlıq göstərmələri ilə özünü göstərən ailə tipidir.
Belə ailələrdə uşaqlar ən yaxşı halda, birtəfli qaydada bağçanın-məktəbin öhdəsinə buraxılır.
Bu cür ailələr bəzən daha çox atanın və yaxud əksinə, ananın öhdəsinə buraxlan, eləcə də kənd bölgələrdən şəhərə köç edən, ictimai, iqtisadi və uyğunlaşma baxımından bəzi problemlər ilə qarşılaşan ailə quruluşudur.

Ana və atanın ailə mühitindəki yeri

Ana- atanın və ailə mühitinin uşağa onun ilk doğulduğu andan etibarən təsiri böyük olur. Ana- atanın şəxsiyyət mövqeləri, təhsil vəziyyətləri, peşələri, zəka səviyyələri, fiziki və ruhi xəstəlikləri, psixoloji vəziyyətləri, sosia-mədənil statusları, yetişmə tərzləri və öz ana- atalarından gördükləri rəftar, uşağa yanaşma tərzləri, uşaq üçün ayırdıqları vaxt və s. vəziyyətlər uşağı birinci planda təsir edir.
Ailənin sosial-iqtisadi vəziyyəti, ailənin texnologiyadan istifadə səviyyəsi, ev mühitinin kafiliyi, ev mühitindəki dinclik və anlaşma vəziyyəti, yaşanılan şəhər, evin olduğu sosal-mədəni ətraf, ictimai imkanlar, dövlətin təqdim etdiyi imkanlar, məktəb və müəllim- ailə qarşılıqlı əlaqələrinin kafiliyi, qohumların vəziyyəti və mövqeyi, səhiyyə xidmətlərindən istifadə, rabitə və media vasitələrinin vəziyyəti və buna bənzər sayılmayacaq qədər digər faktorlar dab u sıradadır. Uşağın psixoloji, sosyial-mədəni inkişaf və formalaşması bütün bu faktorların qarşılıqlı münasibət və əlaqələri ilə təmin edilər.

Ailə insanları gözəl düşünməyə, gözəl işlər görməyə səfərbər edir

Unudulmamalı ki, psixoloji bir varlıq olan uşaq danışılan hər sözdən, hər jest və mimikadan, hər rəftar və vəziyyətdən, yaxşı və ya pis olaraq təsirlənəcək və bu təsirlənmə ilə uşağın şəxsiyyət, şəxsiyyət və psixoloji quruluşu şəkillənəcəkdir.
İdeal davranış və ideal ailə mühiti uşağın sağlam fiziki və ruhi inkişafını təmin edəcək. Əks təqdirdə, uşaqlarda və ailə üzvlərinin münasibətlərində bir çox psixiatrik narahatlıqlar özünü göstərəcək. Uşaqların ümumi vəziyyəti ailədən, ətraf və cəmiyyətdən qətiliklə təsirlənəcək. Sağlam fərdlər yetişməsi üçün funksional ailələrə ehtiyac vardır. Bucağın qollarını bu vəziyyətə nümunə verə bilərik. Bucağın meydana gəlmə yerindəki açıqlıq ilə sonundakı açıqlıq arasında böyük fərq vardır. Yəni, uşaqlıqdakı hər səhv və ya doğru təsir irəlidə özünü bir davranış, bir söz, bir reaksiya ilə bir bütün içərisində özünü göstərəcək. Həyatın təməl qaydalarından bir dənəsi də təsir reaksiya prinsipidir. Yaxşı və ya pis hər təsir o növdən bir reaksiya və ya əlamət olaraq ortaya çıxacaq.

Mənbə: http://www.diyadinnet.com/YararliBilgiler-1315&Bilgi=aile

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz