» » “Əridib silahları biz marten sobasında “ (M.Araz)

“Əridib silahları biz marten sobasında “ (M.Araz)

“Əridib silahları biz marten sobasında “ (M.Araz)

Orta məktəbdə oxuyanda "müharibə"( hərb;savaş) deyəndə ağlımıza gələn şey insanların dalaşması, vuruşması olardı. 10-11 yaşlı uşaq bundan o yana heç nə başa düşə bilməzdi. Böyüdükcə, anlayışımız, məlumatlarımız genişləndikcə bildik ki, müharibə ölkələr, bloklar və ya bir ölkə içərisindəki böyük qruplar arasında aparılan silahlı mübarizələrdir. Onun məqsədi dağıtmaq, öldürmək, ərazilər ələ keçirmək, hakimiyyət ehtirasıdır. Qarşı tərəfi qorxutma, maddi və mənəvi zərər vermək üçün həyata keçirilən silahsız fəaliyyətlər də döyüş tiplərinə daxil edilir.
Məsələn, 1990-cı illərdə Şimali Afrikada çıxan daxili döyüşlərdə və qəbilə döyüşlərində 1 milyondan çox insan ölmüşdür. 2003-ci ildə İraq müharibəsində milyonlarla əsgər və vətəndaş həyatını itirmişdir.
Bu gün Yer kürəsinin nə qədər yerində müharibələr gedir, heç bir günahı olmayan dinc insanlar, körpələr müharibə qurbanlarına çevrilirlər. Bu döyüşlər nəticəsində ölkələrə dəyən maddi itkilər hesablana bilər, amma mənəvi itkiləri ölçə biləcək, hesaba ala biləcək nə bir ölçü, nə bir mexanizm vardır. Müharibə istənilən halda fəlakətdir. Müharibə getməyən ölkələr belə fəal sülh tərəfdarları və müdafiəçilərinə çevrilməlidir. Münki bu kbusu dünyanın ümumi səyləri olmadan dayandırmaq mümkün deyil və zaman-zaman bu və ya digər formada onun acılarını bütün dünya yaşayır.
Bəşəriyyət tarixində çoxlu sayda müharibələr olmuşdur. Məsələn, İkinci dünya müharibəsi — XX əsrdə baş vermiş iki Dünya müharibəsindən ikincisi. Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. Lakin müharibədən əvvəlki hadisələr də nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.
İkinci dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdi.Müharibə SSRİ -nin, Hitler Koalisiyasına qarşı müttəfiq olan ölkələrin qələbəsi ilə başa çatmışdısa da, onun dağıntılsrınız, insan ölümlərinin miqyası ağlasığmaz dərəcədə böyük olmuşdur.

“Əridib silahları biz marten sobasında “ (M.Araz)

 

Müharibədə ölkələr üzrə ölənlərin sayı

Ölkələr *** Hərbçilər*** Mülki şəxslər*** Cəmi
Sovet İttifaqı ___ 12 milyon___ 17 milyon___ 29 milyon

Almaniya ___ 3.25 milyon___ 2.44 milyon___ 5.69 milyon

Polşa ___ 597 000___ 5.86 milyon___ 6.27 milyon

Yuqoslaviya___ 305 000___ 1.35 milyon___ 1.66 milyon

Rumıniya ___ 450 000___ 465 000___ 915 000 min

Macarıstan___ 200 000___ 600 000___ 800 000 min

Fransa___ 245 000___ 350 000___ 595 000

İtaliya ___ 380 000___ 153 000___ 533 000

İngiltərə___ 403 000___ 92 700___ 495 000

ABŞ ___ 407 000___ 6 000___ 413 000

Çexoslovakiya ___ 7 000___ 315 000___ 322 000

Hollandiya___ 13 700___ 236 000___ 249 000

Yunanıstan ___ 19 000___ 140 000___ 159 000

Belçika ___ 76 000___ 23 000___ 99 000


Birinci dünya müharibəsi ilə müqayisədə ikinci dünya müharibəsində həlak olanların müqayisəsi

Hərbçilər - Mülki şəxslər 

Birinci Dünya müharibəsi ___ 95% ___ 5%

İkinci Dünya müharibəsi___ 33% ___ 67%

“Əridib silahları biz marten sobasında “ (M.Araz)

 

Müharibənin əsas iştirakçılarının xərclərini müharibə illərindəki pulları ilə göstərir:

İngiltərə – 20 milyard funt sterlinq
ABŞ – 306 milyard dollar
Almaniya – 414 milyard marka
Yaponiya – 174 milyard yen
İtaliya – 278 milyard lirə
Sovet İttifaqı – 582 milyard

Bu məbləğlərin o dövrdəki dəyəri, əlbəttə, indikindən qat-qat çox idi. Məsələn, mütəxəssislər o zaman ABŞ-ın müharibəyə xərclədiyi 306 milyard dolların indiki təxminən bir trilyon dollar gücündə olduğunu deyirlər.
İkinci Dünya müharibəsi beynəlxlq faşizmi darmadağın etdi. Dünyanın siyasi xəritəsi dəyişikliyə uğradı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün dünyada səyləri birləşdirmək təşəbbüsləri ilə BMT yaradıldı. O vaxtdan nə qədər proqramlar qəbul edildi, müqavilələr imzalandı. Amma müharibə kabusu başımız üstündən çəkilmədi.
Saytların birində 2008-ci ildən başlayaraq dünya iqtisadiyyatında hərbi xərclərə ayrılan məbləğin həcmini əks etdirən cədvələ rast gəldim.

İllərə görə xərclər (trilyon dollar):

2008 – 12,4
2009 – 12,4
2010 – 13,4
2011 – 13,7
2012 – 13,7
2013 – 14,2
2014 – 14,3

“Əridib silahları biz marten sobasında “ (M.Araz)

 

Arta-arta gedir bu xərclər. İndiki silahlar orta əsrlərdəki silah deyil ey, istədiyin quşu budağındab vurub salasan. Bu silahlar dağıdıcı silahlardır. Yaponiyaya atılan atom bombasının dəhşətləri üstündən neçə onillər keçib, silinmir. Və o vaxtdan super dövlətlər bir tərəfdən sülhə xidmət edən idman və mədəniyyət bayramları keçirir, o biri tərəfdən heç bir dövlətin malik olmadığı hərbi texnologiyaya malik olmağa can atır. Dünya bu dəhşətləri saxlaya bilmir, nə çiyinlərində bir çiyinlik, nə də dizlərində bir taqət qalıb.
Bu gün bizim ölkəmizin 20 faizi işğal altındadır. Təcavüzkar Ermənistan uzun illərdir dünyanın özünün qəbul etdiyi beynəlxalq normaların əksinə gedir. Dünyaya qucaq-qucaq sülh arzulrı olan bir ölkənin haqq səsini eşitməkdənsə, böyük güclər dolayısı yolla təcavüzkar Ermənistanı müdafiə edir. Siyasətçilər bunu necə izah edirlər-etsinlər, sadə adamların da öz düşündükləri var.
Dünya çox kövrəkdir. Bu silahlar, Iraq-iraq, nəzarətdən çıxsa, bizim ümumi evimiz oln Yer kürəsi fəlakət qarşısında qalar.
Biz Sülh istəyirik. Biz səhərlərimizin əmin-amanlıqla açılmasını istəyirik. İndi hər bir kəs SÜLHƏ öz töhfəsini verməlidir. İndi hər kəs Sülh şərqisi oxumalıdır, hərbi marş yox.
Böyük Ədəbiyyat, Böyük Sənət bütün bunları görmürmü, İSİD dünyanı təşvişə salıb, super güclər birləşə bilmirlər. Böyük yazıçılar, sənət, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları ümumi sülh naminə alyans yaratmalıdırlar. Dünya Sülh üçün həmrəy olmalıdır.
Elə bilirəm ki, Azərbaycanın qüdrətli söz ustadı, sevimli şairimiz Məmməd Araz dünyanın sülh arzularını çox gözəl ifadə edib:
 

“Əridib silahları biz marten sobasında “ (M.Araz)

  

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, --
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alib ayı, ulduzu
Dartıb yerə gətirər, --
Müharibə olmasa!

General gözündə də
Bu hissi duyur adam:
"Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, --
Müharibə olmasa!”

Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, -- 
Müharibə olmasa!

Sevənlər aləmində 
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi -- söz,
Sözü -- məhəbbət olar -- 
Müharibə olmasa!

“Əridib silahları biz marten sobasında “ (M.Araz)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz