Bu gün şəhid kapitan Nəcəf Şikarovun doğum günüdür
Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun kapitanı olan Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcəf Şikarov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.
II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov "Qarabağ" ordeni ilə təltif edildi.
15.12.2020-ci il tarixli Sərəncama əsasən, Nəcəf Şikarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidliyinə görə, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarındakı rəşadətinə görə isə 25.12.2020-ci il tarixli Sərəncama əsasən, Nəcəf Şikarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qəhrəman zabitimiz Nəcəf Şikarov daha bir çox təltiflərə də layiq görülmüşdür:
1.Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı - lent.png (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
2.Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı - lent.png (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
3.Qüsursuz xidmətə görə III dərəcəli medalı - lent.png (26.06.2016) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
4. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı((26.06.2018)
5. "Vətən uğrunda" medalı (ölümündən sonra)
6. "Qarabağ" ordeni (ölümündən sonra)
Ermənilər yerli-dibli olmasaydılar, 2 əsr bundan əvvəl hansısa mənfur niyyətlərlə bizim torpaqlara köçürülməsəydilər, torpağımızın, xalqımızın başına bu müsibət gəlməyəcəkdi. Nəcəf bala da, Nəcəf bala kimi minlərlə əsgərimizin ömür yolu belə vaxtsız-vədəsiz sona çatmayacaqdı. Bir binada yaşayırıq: 1-ci blokda onlar, 4-cü blokda biz. Hər gün rastlaşmışıq. Hara getsəydi, hardan qayıtsaydı, bizim blokun qarşısından keçib görmüşəm. Yuxarıda – balkonda olmuşamsa, mütləq salamlaşmışıq , yerdə olmuşuqsa, mütləq özü mənə doğru gəlib, əl uzadıb, hal-əhval soruşub.
Nəcəf Şikarovun nəsli zabit nəsli kimi tanınır.
Heç cəbhəyə nə vaxt getdiyini bilmədim.Bir də vəfatı xəbəri eşidəndəsarsıldım. Qonşu binamızda da bir belə gözəl balamız şəhid olmuşdu. Şəhərimizdə, doğulduğum rayonda, ümumilikdə ölkəmizdə çox belə oğullarımız vaxtsız-vədəsiz dünyadan köçdü.
Bütün xalqımı bu dəqiqələrdə hüznlüdür. Təskinliyimiz budur ki, bu oğullarımız Vətən uğrunda, torpaq uğrunda həyatdan köçüblər. Onların ünvanı əbədiyyətdir.
Səngər yoldaşları onların birlikdə başladıqları işi şərəflə yerinə yetirdilər. Bu gün işğal altında olan torpaqlarımızın hamısında üçrəngli bayrağımız dalğalanır.
Sərhədlərimizi şəhidlərimizin amal qardaşları qoruyur.
Oxşar postlar:
- Oxunub: 162
- Şərhlər: 0
- Bölmə: Ordumuz
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
Qadındır müqəddəs,qadındır yüksək...
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Əhməd bəy Ağaoğludan çox canıyanan bir dəyərləndirmə
Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
Sayın Ərdoğana TƏBRİK
Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - I yazı
Yazarlar