» » Bu gün şəhid kapitan Nəcəf Şikarovun doğum günüdür

Bu gün şəhid kapitan Nəcəf Şikarovun doğum günüdür

 


24 yanvar Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Nəcəf Şikar oğlu Şikarovun doğum günüdür.
 
 Nəcəf Şikarov 1985-ci il yanvarın 24-də Şamaxı şəhərində anadan olub. 1992-1999-cu illərdə Xətai rayonunda 24 nömrəli tam tam ortam məкtəbində, 1999-2002-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.

Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun kapitanı olan Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcəf Şikarov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.

II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov "Qarabağ" ordeni ilə təltif edildi.

15.12.2020-ci il tarixli Sərəncama əsasən, Nəcəf Şikarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında   şəxsi igidliyinə  görə, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarındakı  rəşadətinə görə isə   25.12.2020-ci il tarixli Sərəncama əsasən,  Nəcəf Şikarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Qəhrəman zabitimiz  Nəcəf Şikarov   daha bir çox təltiflərə də layiq görülmüşdür:

 

 Qəhrəman zabitimiz  Nəcəf Şikar oğlu Şikarovun   təltifləri:

 

1.Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı -   (26.06.2008)  

2.Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı — (26.06.2013)

3.Qüsursuz xidmətə görə III dərəcəli medalı (26.06.2016) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

4. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı — (26.06.2018)

5. "Qarabağ" ordeni (ölümündən sonra) —(09.12.2020)

6. "Vətən uğrunda" medalı (ölümündən sonra) —(15.12.2020)

7. "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) — (25.12.2020)

 

 8. "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) — (25.12.2020)


Çox təəssüf, bu gün  biz Nəcəf  haqqında xatirə kimi danışırıq.
Nə qəribə nizamı var dünyanın. Bu qədər səmimi münasibətlərimiz vardı. Gülüşünün üzündə cızdığı trayektoriyanı belə xatırlayıram. Amma mən onda bilmirdim ki, bu, Milli Ordumuzun hünərvər zabitidir. Bu, gələcəkdə adı tarixə düşəcək bir Şəhidimizdir. Bu həm də bir  dərs oldu ki, insanlar, ətrafımızda çox məşhur adamlar gəzib dolanırlar. Onları vaxtında duyub sevmək, sağlıqlarında ehtiram göstərmək lazımdır.
Ermənilər yerli-dibli olmasaydılar, 2 əsr bundan əvvəl hansısa mənfur niyyətlərlə bizim torpaqlara köçürülməsəydilər, torpağımızın, xalqımızın başına bu müsibət gəlməyəcəkdi. Nəcəf bala da, Nəcəf bala kimi minlərlə əsgərimizin ömür yolu belə vaxtsız-vədəsiz sona çatmayacaqdı. Bir binada yaşayırıq: 1-ci blokda onlar, 4-cü blokda biz. Hər gün rastlaşmışıq. Hara getsəydi, hardan qayıtsaydı, bizim blokun qarşısından keçib görmüşəm. Yuxarıda – balkonda olmuşamsa, mütləq salamlaşmışıq , yerdə olmuşuqsa, mütləq özü mənə doğru gəlib, əl uzadıb, hal-əhval soruşub.
Nəcəf Şikarovun nəsli zabit nəsli kimi tanınır.
Atası Şikar Şikarov 1-ci Qarabağ döyüşlərində iştirak etmiş, 3 dəfə yararlanmasına baxmayaraq , müharibənin sonuna kimi ön cəbhədə döyüşmüşdür. Hal-hazırda ehtiyatda olan polkovnik-leytenantdır.
Qardaşı Ehtiram Şikarov kapitandır, ön cəbhədə xidmət edir. Ləyaqətli  nümayəndəsi olduğu bu nəslin     neçə-neçə  adlı-sanlı zabiti var:  polkovnik Altay Şikarov, polkovnik-leytenant İntiqam Şikarov, polkovnik-leytenant Heybət Şikarov, mayor Elvin Şikarov, kapitan Sənan Şikarovlar Milli Ordunun yüksəkçinli zabitləridir.Bacısı oğlu Sərhəd Qoşunları Xüsusi məktəbinin  11-ci sinif kursantıdır.
Ailəli idi. İki qız övladı var.

Bu gün şəhid  kapitan   Nəcəf  Şikarovun doğum günüdür

Yay aylarında biz blokun qarşısında domino, nərd oynayardıq. Özü gəlib bizimlə oturmazdı, amma domino oynayanda Nəcəf həyətdə olardısa, dəvət edərdim, bi ikimiz olardıq.
Bu qədər mülayim, mehriban, təvazökar bir bala idi Nəcəf.
Heç cəbhəyə nə vaxt getdiyini bilmədim.Bir də vəfatı xəbəri eşidəndəsarsıldım. Qonşu binamızda da bir belə gözəl balamız şəhid olmuşdu. Şəhərimizdə, doğulduğum rayonda, ümumilikdə ölkəmizdə çox belə oğullarımız vaxtsız-vədəsiz dünyadan köçdü.
Bütün xalqımı bu dəqiqələrdə hüznlüdür. Təskinliyimiz budur ki, bu oğullarımız Vətən uğrunda, torpaq uğrunda həyatdan köçüblər. Onların ünvanı əbədiyyətdir.
Görkəmli Türk şairi Məhmət Akif Ərsoy necə gözəl yazmışdır:

Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə aguşunu açmış duruyor Peygəmbər.

Biz qəhrəman şəhidlərimizi heç zaman unutmayacağıq, hər zaman onlara dua edəcəyik.
Səngər yoldaşları onların birlikdə başladıqları işi şərəflə yerinə yetirdilər. Bu gün işğal altında olan torpaqlarımızın hamısında üçrəngli bayrağımız dalğalanır.
Sərhədlərimizi şəhidlərimizin amal qardaşları qoruyur.
Allahdan sənə rəhmət diləyirik. Bütün şəhidlərimizə rəhmət diləyirik. Heç vaxt səni və şəhadət qardaşlarını unutmayacağıq.

Bu gün şəhid  kapitan   Nəcəf  Şikarovun doğum günüdür

 

Bu gün şəhid  kapitan   Nəcəf  Şikarovun doğum günüdür

 

Bu gün şəhid  kapitan   Nəcəf  Şikarovun doğum günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz