Hərb mövzusu kütləvi informasiya vasitələrində
Müəllif: Anaveusaq.az от 13-01-2021, 11:53
Kütləvi informasiya vasitələrində cəmiyyətimiz üçün aktual olan məsələlərə həm statuslu şəxslər, həm də sadə insanlar tərəfindən dərhal münasibət bildirilir. Bu, çox yaxşıdır. Əgər belə münasibətlər sağlam niyyətə xidmət edərsə, həmin məsələyə faydası dəyə bilər. Ona görə də istər xalq və dövlət adından danışmaq mandatı olan şəxslər, istərsə də sadə adamlar kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə elə danışmalıdırlar ki, dedikləri cəmiyyətdə təfriqə salmasın, narazılıq yaratmasın, qaş düzəldən yerdə gözün də birini vurub məyub etməsin, insanları əsəbiləşdirməsin. Bu baxımdan sosial şəbəkələrdə gedən bəzi yazılar bir vətəndaş olaraq hamımızı narahat edir.
Ona görə də bizim əsgər və zabitlərin vətənpərvərliyini heç vaxt kiçiltmək olmaz.
Bizim əsgər zabitlərimiz nəyə qadir olduqları ilə dünyanı, hərb tarixini elə heyrətdə qoydular ki, bu tarix hər zaman həsəd mövzusu olacaqdır.Bu fəxarətdə onların hər birinin əməyi var, qanı var.
İnternetdə hərbi çağırış yaşına çatmış erməni gənclərinin müharibədən əvvəl də öz ölkələrini tərk etmələri haqqında məlumatlar var. Hərbi hissədən qaçanlar haqqında da həmçinin. Çünki ermənilər döyüşdən əvvəl qorxmuşdular. Kimdən, əlbəttə, bizim əsgərlərdən. Bir erməni cani yazmışdı ki, onlara güllə dəyirdi, amma ölmürdülər, terminator kimi qalxıb yenidən üstümüzə gəlirdilər.
Polad Həşimov general idi, səngərdə əsgələri ilə çiyin-çiyinə şəkilləri var. Bizim əsgər və zabitlərimiz bütün çətinlikləri bilib, qarşılaşmazdan öncə onu yenəcəklərinə tam əmin olub döyüşə atılıblar və heyrət yaradıblar. Əgər 1-2-3 nəfər hansısa söz-söhbəti edibsə, bunu ümumi şəkildə ifadə etmək doğru deyil . Belə söhbətləri arxa cəbhədə böyüdüb əsgər və zabitlərimizlə ordumuz arasında etimadsızlıq yaratmaq istəyənlər varsa, günahı bu istəkdə olanların öz boyunlarına .
Amma yazıda deyilən məqam əsgər və zabitlərimizə qətiyyən aid edilə bilməz.
Çəbhənin çətinlikləri , ümumiyyətlə, kütləvi informasiya vasitələrində paylaşılmamalıdır. Müharibənin nə demək olduğunu onsuz da kitablardan, filmlərdən hamı bilir. Əsgər və zabitlərimiz də çox gözəl bilir. Sosial şəbəkələrdə dağ döşündə, meşədə yaş torpağın üstündə açıq havada gecələyən əsgər və zabitlərimizin şəkilləri paylşılıb. Bunu paylaşanın pis niyyəti yoxdur, onlar da hamımız kimi bu torpağı sevir. Onlar istəyib ki, təsəvvürlərdə qəhrəman oğullarımızın bu torpaq üçün can qoyduqlarını, ayaqüstə yatdıqlarını , bizim mübarizəmizin, qələbəmizin nə qədər halal olduğunu nümayiş etdirsinlər.
O dövrdə türk əsgələri elə vaxtlar olurmuş ki, gündə bir dəfə çörək yeyə bilirlərmiş. Bu gün Türk MEHMETÇİKini məşhur edən də belə bacarıqlara malik olmasıdır. Ona görə də biz məsələnin ümumi ideallarımız üçün, əsgərlərimiz üçün faydalı olan tərəfinə tapınmalıyıq. Allah bizm əsgər və zabitlərimizlə olsun, xalqımızın duaları əsgər və zabitlərimizlə olsun. Tezliklə mübaizəmiz tam qələbəmizlə başa çatsın, hər bir əsgər və zabitimiz sağ-salamat evinə dönsün. Siz bunun fəxarətini mütləq yaşayacaqsınız.
Siz bizim sovet dövründən bildiyimiz qəhrəman obrazlarından da mükəmməlini və gerçəyini ortaya qoydunuz bu müharibədə.Hamımız bilirik ki, müharibə təhlükəsi hələ var. Düşmən və əleyhdarlarımız öz içimizdəki səbatsızlardan istifadə etməklə təfriqə salmağa, əsgər və zabitlərimizlə cəmiyyət arasında olan etimadını sarsıtmağa çalışacaqlar və çalışırlar da. Onda biz də ideoloji cəbhədə daha möhkəm olmalıyıq. Ali Baş Komandan və Ordu; Ordu və Xalq; Ali Baş Komandan, Ordu və Xalq – etimadına daha çox can atmalıyıq. Buna hər kəs töhfə verməlidir, xidmət etməlidir.
İnşallah, Zəfər xalqımızla olacaq...
Qeyd: Manşetin deviz yazılan hissəsi kirpiinfo-ya məxsusdur.
Oxşar postlar:
- DİQQƏT! Cəbhə ilə bağlı bu xəbərləri paylaşmaq olmaz!
- Efirdə uşaq hüquqlarının pozulması ilə bağlı müraciət
- "Ən böyük dərd isə biganəlikdir…" və yaxud Turan İbrahimovun fikrlərinə cavab
- Bəzi kütləvi informasiya vasitələrində təqdim edilən iki hadisə ilə bağlı münasibət
- Bu xəbərlər kimə və nəyə lazımdır?
- Oxunub: 303
- Şərhlər: 0
- Bölmə: Ordumuz
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
Qadındır müqəddəs,qadındır yüksək...
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Əhməd bəy Ağaoğludan çox canıyanan bir dəyərləndirmə
Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
Sayın Ərdoğana TƏBRİK
Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - I yazı
Yazarlar