» » Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov

Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov

Müəllif: Anaveusaq.az от 2-01-2021, 12:00

Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov

 
Vətənçün yaşayan,Vətənçün ölən,
Səmimi bir insan nə bəxtiyardır.

Mikayıl Müşfiq

2 yanvar Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-mayor Polad İsrayıl oğlu Həşimovun doğum günüdür. Polad Həşimov 1975-ci ildə Qutqaşen rayonunun (indiki Qəbələ) Vəndam kəndində anadan olmuşdur.
Sonra ailəliklə Sumqayıt şəhərinə köçmüşdür.
Polad Həşimov orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Polad Həşimov 2003-cü ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.
6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur.
2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır.
Polad Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhəboyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.
2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur.
General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı oldu.

İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu.
9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adı verildi.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı tərəfindən büstü hazırlanıb.
Rəssam Ülkər Əbülfət tərəfindən zərlə çəkilmiş və rəssam Məcnun Rəfiyev tərəfindən çay daşları ilə işlənmiş portreti hazırlanıb.
2020-ci ilin avqustunda Qanun Nəşriyyatı tərəfindən general haqqında "Polad generalımız" adlı kitab nəşr edilib.
"Hədəf” nəşriyyatı tərəfindən "Polad Həşimov xatirələrdə" adlı kitab nəşr olunub.
2020-ci ildə Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib.
2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi general Polad Həşimovun xatirəsinə "Paşam, hey" adlı mahnı və klip hazırlayıb.
 
 
Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul - mərd igiddir.
Mərd ölsə də, mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür - əsgər ölmür...

M.Araz
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov

Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov

Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov

Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov

Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov

Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov

Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov

Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov

Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov

 

Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Bura reklam saytı deyil, ona görə də şərh iqnor edildi.
  • Нравится
  • 0
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.