» » Vətən məni ƏSGƏR kimi qəbul edir

Vətən məni ƏSGƏR kimi qəbul edir

 

Saleh Elxan oğlu Sadıqov.
Cəmi 23 yaşı var. Uşaqlıq illərini çıxsaq, bu ömrün 16 ilini oxumağa həsr edib.
1997 ci il avqust ayinda Qəbələ rayonunun Tüntül əndində dünyaya gəlib. 2003-2014-cü illərdə Tüntül kənd tam orta məktəbində oxumuşdur. Məktəbi bitirən il də Azərbaycan Dövlət Tibb Universitetinin hərbi tibb fakültəsinə qəbul olunub.
2020- cil ildə ali təhsilini başa vuraraq tibb xidməti leytenantı kimi fəaliyyətə başlayıb. Bərdə şəhərindəki "N” saylı hərbi hissənin tibb xidməti rəisi təyin olunmuşdur.
Mənim dayım nəvəsidir. Tələbəlik dövründə bir dəfə də olsun Bakıda görüşməmişik. Nə görüşümüz, söhbətimiz olubsa, rayona gedəndəı olub. Yaxşı oxuyurdu. Əvvəlcədən hərbi həkim olacağını qət etmişdi. Mən də elə gənclərimizin bir nümayəndəsi kimi gəncliyin ideallarına baş vurmaq, hədəfləri ilə tanışlıq üçün soruşmuşdum ki, niyə hərbi həkim, hərbi həkim gələcəkdə fəaliyyət sahəsi nisbətən məhdud olur, hərbi nizam-intizam var və s.
Saleh demişdi ki, elə bunun üçün hərbi həkimliyi seçmişəm. Həkimlər həyatın davam etməsi üçün insanların sağlam və gümrah olması üçün fəaliyyət göstərrilər. Hərbi həkimlər əsgər və zabitlərin sağlamlığı üçün məsul olacaqlar ki, artıq onların vəzifəsi mülki həkimlərin vəzifəsindən bir qədər də şöhrətli olur.Onlar bir tərəfdən sağlamlığa xidmət edir, digər tərəfdən isə əmin-amanlığımız üçün, etibarlı sülhümüz üçün sipər olan əsgər və zabitləri qoruyacaqlar.
Lap Saleh kimi orta məktəb illərində oxuduğum illərə qayıdırdım. O vaxt mən də vəkil olmaq istəyirdim: prokuror yox, milis rəisi yox, cinayət axtarışı üzrə müfəttiş yox, vəkil. Filmlərdən gələn təsir idi. Prokuroru, hakimi milis rəisini insanı həbs edən kimi qəbul edirdik, vəkili adamları qurtaran, həbs olunmaqdan xilas edən kimi.
İndi Elxan balanın seçdiyi yola da kimsə irad tuta bilməz. Əgər hərbi həkim olmağı seçibsə, bu, həm də onun ciddi, tələbkar olmağından qaynaqlanır. Müəyyən rejimə salınmış həyata tabe olmaq və əməl etmək.
Döyüşlərə getməsindən heç xəbərim olmayıb.
Yeni bilmişəm və bilən kimi də maraqlanmışam. Barəsində xoş sözlər eşitmişəm, kəndimizin ayrı-ayrı şəxslərindən.
Mənə deyiblər ki, ermənilər atəşkəsi pozaraq vəhşicəsinə torpaqlarımıza hücum edəndə Saleh Ağdam şəhərinə ezam olunub. Ezam olunduğu hərbi hissənin qəhrəman əsgərləri ilə - idea qardaşları ilə müharibənin ilk günüdən sonuna kimi Tərtər, Agdərə ətrafındakı döyüşlərdə iştirak edib. Tək özü
40- a yaxın yaralı əsgərimizin qaynar nöqtədən çıxarmış, onların sağ qalması üçün bütün biliyini, qüvvəsini sərf etmişdir.
Bu gün əlaqə saxlamaq imkanım oldu.Yarım saatlıq söhbətimdə ancaq mən soruşdum. Saylmızda yazacağımız yazılar üçün hər fakt məmim üçün çox lazımdır. Saleh deyir ki,
bəzən elə məqamlar olurdu ki, qismən yaralanmış əsgərlərimiz qətiyyətlə xahiş edirdilər ki, sarğı və ağrıkəsicilərlə döyüşü davam etdirməyimə mane olmayın. Biz ölsək də, geri çəkilməməliyik. Bu dəfə düşmənə həddini və yerini göstərməliyik. Göstərirdilər də. Heç inana bilmirdim ki, bu əsgərimiz 5 dəqiqə öncə sarğı qoyduğum əsgərdir.
Əsgərlərimizin döyüş ruhu çox güclüdür. Hər biri bir erməni bölüyünün qarşısını kəsməyə gücü və andı olan oğullardır. Onlar bunu döyüş səngərlərində sübut etdilər. Belə oğulları olan xalqın ordusu məğlubedilməzdir.
Salehdən ayrılmazdan öncə soruşdum ki, bala, sən bir medala, təltifə layiq görülməmisənmi.
Dedi ki, mənim hələ nə yaşım var ki, cəmi 23 .Vətənə xidmət etməyə hələ indi başlayıram.Bu müharibə ilk imtahanım oldu:
İkinci Qarabag döyüşlərinin iştirakçısı və "Döyüşdə fəal iştirakına görə” medallarına layiq görüldümsə, demək, Vətən məni ƏSGƏR kimi qəbul edir.

Vətən məni ƏSGƏR   kimi qəbul edir

Vətən məni ƏSGƏR   kimi qəbul edir

Vətən məni ƏSGƏR   kimi qəbul edir

Vətən məni ƏSGƏR   kimi qəbul edir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz