» » Şəhidlərimizi anırıq..

Şəhidlərimizi anırıq..

Şəhidlərimizi  anırıq..

44 günlük müharibə deyirik. Əslində iki əsrdən artıqdır bu torpaq al üfüqlq, qaynar həyatlı, mehriban günəşli azad, müstəqil, suveren Azərbaycan üçün şəhidlər verir.
Azərbaycan bəlkə də bu qədər müsibətləri görməsəydi, bütün dünyanı bənövşə ətrinə bürüyəcəkdi.Bu torpaq həm laləzardır, həm də adamları əkib-biçməklə, qurub-yaratmaqla məşğul olan nəcib, xeyirxah insanlardır. Azərbaycanın bütün xalqlara ancaq xoş məramla yaxınlaşıb və yaxınlaşacaq. Ermənilər başımıza bu fəlakətləri gətirirdi, gözlərimizdə yaş hələ qurumamışdı. 12 dеkаbr 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdə zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn il-76 təyyаrəsi göndərilmişdi . Еrmənilər Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа təyyarəmizi "Stingеr” rаkеti ilə vurdular. Bir nəfər təsadüf nəticəsində sağ qaldı, köməyə tələsən 76 аzərbаycаnlı şəhid oldu. Üstündən 30 ildən artıq bir vaxt keçir. Ermənilər təcavüzkar, işğalçılıq niyyətlərini anbaan artırırlar...Belə davam etməyəcəkdi, əlbət.
Bu dəfə artıq Azərbaycan Ordusu, Ali Baş komandan dözməyəcəkdi , səbr kəsası arıq aşıb daşırdı. Xalq da dözmürdü. 44 günlük döyüşlər bir Vətən müharibəsi olmaqdan başqa, Azərbaycan əsgərlərinin, xalqın intiqam qəzəbinin pik nöqtəsi idi. Çox qısa müddətdə torpaqlarımız azad olundu, murdar ermənilə torpaqlarımızdan "it kimi qovuldu”.
Azərbaycan əsgərləri tarix yazdılar. Azərbaycan əsgərləri 2 əsrdən artıq davan edən işğala son qoydular. Torpaqlarımızı qan bahasına murdar caynaqlardan hifz edib bundan sonra da bu torpaqda dünyaya göz açacaq körpələrimizə bəxş etdilər. Şəhid qanı da üçüstündə əmanət nişanəsi: Onlar bu torpaqlar üçün yüksəlişlərindən keçdlər, sevgilərindən keçdilər, ata-analarımndan keçdilər, bir özləri qalmışdı, ondan da keçdilər... Təki Vətən yaşasın deyə... Babalarımızın uyuduğu, körpələrimizin göz açacağı bu torpaqda əmin-amanlıq, firavanlıq olsun deyə...
Şuşa şəhərinin alınmasında xüsusilə dünyanı heyrətə gətirdi. Erməni saytlarında oxumuşdum, həkim yazırdı ki, xəstəxanalarda yer yox idi. Yaralananlar, ölənlər hamısı əlbəyaxa döyüşdə şil-küt edilmişdi...
Azərbaycanın Ali Baş Komandanı bütün çıxışlarında bunu xüsusi olaraq diqqətə çatdırır ki, biz torpaqlarımızı düşmənlə döyüşərək azad etdik.Şəhidlərimizin qəhrəmanlığı nəticəsində əldə etdik.
Bütün əsgərlərimiz qəhrəmandır. Bütün zabitlərimiz qəhrəmandırlar. Bu yazını Gəncə şəhər Prokurorluğunun şəhid olan əməkdaşı Yüksəl Əlizadəyə həsr etsək də, bütün şəhidlərimizə səcdə edirik.
Şəhidlərimiz hamısı bizim üçün doğmadır, əzizdir. Biz al üfüqlü,qaynar həyatlı, mehriban günəşli səhərlərimizə, Azərbaycanın bütün zəfərlərinə belə oğullarımızla birgə addımlayacağıq. Bu, çox vacibdir.Biz Şəhidə, Əsgərə ehtiram borcu haqqında çox böyük işlər görməliyik.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Bütün əsgərlərimiz şəfa tapıb tezliklə işə, həyata qayıtsınlar...

Şəhidlərimizi  anırıq..

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz