» » “Övladı, həyat yoldaşı, atası şəhid olan insanlarla qarşılaşanda...” - Psixoloqdan vacib TÖVSİYƏLƏR

“Övladı, həyat yoldaşı, atası şəhid olan insanlarla qarşılaşanda...” - Psixoloqdan vacib TÖVSİYƏLƏR

 

“Övladı, həyat yoldaşı, atası şəhid olan insanlarla qarşılaşanda...” - Psixoloqdan vacib TÖVSİYƏLƏR


Ermənistanın təxribatını dəf etdikdən sonra əks-hücuma keçən Azərbaycan ordusu artıq 4 gündür ki, düşmənə qarşı uğurlu hərbi əməliyyatlar aparır.

Maraqlıdır, Azərbaycan cəmiyyəti müharibəyə psixoloji cəhətdən hazırdırmı? Cəmiyyətin ilk 4 gündəki davranışını necə qiymətləndirmək olar?

Psixoloq Vüsalə Rüstəm məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, uzun illər torpaqlarımızın işğal altında qalması, insanların qaçqın və məcburi köçkün həyatı yaşaması, torpaq həsrəti cəmiyyətdə böyük bir enerjinin yığılmasına səbəb olub:

"İnsanlarımız beynəlxalq təşkilatların sülh nağıllarına uzun illər qulaq asdı və onların faydalılıq əmsalının sıfıra bərabər olduğunu anladı. Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra daha aqressiv olan və davranışlarını, sözlərini sırf qisascılığa yönəltmiş Pasinyan öz çıxışlarında nəinki Qarabağı verməyəcəklərini, hətta yeni torpaqlar istədiklərini söylədi. Onun Şuşaya dəfələrlə səfər etməsi, Kəlbəcərə yol çəkməsi, "Yallı" oynaması sanki odun üzərinə benzin tökmək idi. Paşinyanın bütün fəaliyyəti sönməkdə olan ocağı alovlandırmağa yönəlmişdi. Bu davranış danışıqlar prosesini dalana dirədiyi üçün Azərbaycan xalqı öz torpaqlarını azad etmək hüququndan istifadə etməli oldu”.

Vüsalə Rüstəm Azərbaycan cəmiyyətinin müharibə şəraitind xüsusi həsaslıq nümayiş etdirdiyini vurğulayıb:

"Əhali səbrli və ətrafındakı insanlara münasibətdə daha diqqətlidir. Hər gün övladı, həyat yoldaşı, atası şəhid olan insanlarla qarşılaşırıq. Nə qədər ağır olsa da, belə insanların yanında olmalı, onlara dəstək verməliyik. Şəhidlər hər birimizin övladıdır. Onların qanı bahasına torpaqlarımızı işğaldan azad edəcəyik. Bu insanlara və onları dünyaya gətirən qəhraman valideynlərə hər birimiz borcluyuq. Can borcu, vətən borcu var. Nə qədər ki yaşayacağıq, bu mənəvi borc üzərimizdə olacaq.

Müharibə dövrünün qadını, uşağı, atası olmaq çox ağırdır. Hər an itki ilə qarşılaşmaq qorxusu var. Amma vətən sevgisi bu qorxunu yenir və insanlarımızı daha səbrli, igid, bir-birinə qarşı diqqətli olmağa vadar edir. Güc birlikdədir. Gücümüz sel olaraq mənfur düşməni işğalçı və məğlub xalq kimi tarixin zibilliyinə atacaq”.

Sayad HƏSƏNLİ

Mənbə:https://yenisabah.az/ovladi-heyat-yoldasi-atasi-sehid-olan-insanlarla-qarsilasanda-psixoloqdan-vacib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.