» » Azərbaycanda qazilərdən ibarət batalyon yaradıldı

Azərbaycanda qazilərdən ibarət batalyon yaradıldı

Azərbaycanda qazilərdən ibarət batalyon yaradıldı

Qarabağ qazilərindən ibarət batalyon yaradılıb.

"Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev bu barədə mətbuata məlumat verib. Onun sözlərinə görə, hələ döyüşlər başlamamışdan əvvəl cəbhənin müxtəlif istiqamətlərində gərginlik yaşandığı zaman Prezidentə, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət etmişdi ki, biz-Qarabağ Qaziləri ordumuzun, dövlətimizin yanındayıq.

Asəf Əliyev qeyd edib ki, yaxın vaxtlarda qazilərdən ibarət batalyon Qarabağa döyüşməyə yollanacaq.

"Bildiyiniz kimi artıq sentyabrın 27-dən cəbhənin Qarabağ istiqamətində düşmənə layiqli cavablar verilməyə başlayıb. İntensiv döyüşlər gedir. Buna görə də "Qarabağ qaziləri” birliyi baş qazimiz Etimad Əsədov adına Qazilər batalyonu yaradılması təşəbbüsü ilə çıxış edib. Artıq batalyonun Füzuli, Ağdam, Bərdə və Bakının bəzi rayonlarında ilk könüllüləri formalaşıb. Yaxın günlərdə onlar təcrübəli döyüşçülər olaraq, müvafiq Qarabağda döyüş aparan hərbi hissələrə müraciət edəcək, paltarla, silahla təmin edilib ön cəbhəyə gedəcəklər. Təxminən 500 nəfərlik bir batalyon olacaq. Hələlik hər rayondan 60-70 nəfər toplanıb. Ola bilsin ilk batalyonu yaradandan sonra ehtiyac yarandıqda növbəti batalyonlar da formalaşdıracağıq. Batalyonun yaradılması üçün xüsusi yaş kateqoriyası yoxdur. Bütün yaş kateqoriyasında olan qazilər könüllü şəkildə döyüşmək üçün batalyona yazılırlar, inşallah bu təşəbbüs davam edəcək”, - deyə Birlik sədri vurğulayıb.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz