» » Ənvər Paşanın Bakıdakı çıxışı: “Azərbaycan azərbaycanlılarındır”

Ənvər Paşanın Bakıdakı çıxışı: “Azərbaycan azərbaycanlılarındır”

Müəllif: Anaveusaq.az от 4-08-2020, 22:00

Mühacir azərbaycanlı siyasətçi Əziz Alpoud Türkiyədə qələmə aldığı xatirələrində 1920-ci ildə Bakıda keçirilən Şərq Xalqlarının Qurultayında iştirak etmək üçün gələn Ənvər Paşa haqqında yazırdı: "Hörmətlə əlini sıxdım, təşəkkür edərək ayrıldım. Arxamda xeyli həmyerlilərimiz yığışmışdı. Mən maşından aralanarkən ağ saqqallı, yaşlı bir qoca iki əli ilə sağ əlimə yapışdı və mən onun nə istədiyini anlayıncaya qədər əlimdən öpdü... Çünki bu əlim Ənvər Paşanın əlinə toxunmuşdu...”

Həmin gün Ənvər Paşa xalqla görüşür, görüş o qədər gurultulu keçir ki, Əziz Alpoud yazır ki, o anda Ənvər paşa "Ruslara hücum edin! Qovun bu düşmənləri!” əmrini vermiş olsaydı, millətimiz tərəddüdsüz, kişili-qadınlı həmin an hücuma keçərdi...”

Türkiyədə milli mücadilənin getdiyi bir vaxtda Sovet Rusiyasının Ənvər Paşanı himayə etməsinin səbəbi bəlli idi: Ruslar bir tərəfdən Ənvər Paşanı Mustafa Kamal Paşaya alternativ olaraq görürdülər (əgər Mustafa Kamal ruslarla anlaşmanı pozsa, Rusiya Ənvər Paşanı önə sürəcəkdi), digər tərəfdən ələ keçirdikləri Türküstan, Orta Asiya, Krım və s. müsəlman və türklərin yaşadıqları bölgələrdə onun nüfuzundan istifadə etmək istəyirdilər. Bakıdakı qurultaya gətirilməsi də bununla bağlı idi. Məhəmmədəmin Rəsulzadə "Stalinlə ixtilal xatirələri” adlı kitabında yazırdı: "Qurultaya Rusiya idarəsində olan türk-müsəlman millətlərdən başqa Rusiya sərhədi xaricindəki inqilabçı ünsürlərin nümayəndələri də gəlmişdilər. Günün ən sensasiyalı hadisəsi Ənvər Paşanın da bu münasibətlə Bakıya gəlməsi idi. Paşanın müsəlman əhali tərəfindən qarşılandığına dair dastan və rəvayətlər saxlanıldığımız həbsxananın səskeçməz divarlarından nüfuz edərək bizə qədər gəlirdi. Paşanın minmiş olduğu avtomobilin ətrafını bürümüş qələbəlikdən hərəkət etməz bir hala gəldiyi, əlini, ətəyini, maşınını öpənlər olduğunu hər kəsin "aman paşam, nə zaman qurtulacağıq?” deyə ona xitab edildiyi kameradan-kameraya danışılırdı”.

Rəsulzadənin və Alpoudun yazdıqlarını türküstanlı mühacir siyasətçi Mustafa Çokayoğlu da təsdiqləyir. Çokayoğlu 1923-cü ildə Parisdə "Orient et Occident” (Şərq-Qərb) jurnalında dərc etdirdiyi "Orta Asiya və Sovet Rusiyasında Ənvər Paşa” adlı məqaləsində yazırdı: "Müsəlman xalq teleqram vasitəsilə paşanın gəlişindən xəbərdar olmuş, Bakı qatar vağzalını xınchaxınc doldurmuşdu. Paşa bu məhşəri tünlük tərəfindən qarşılanıb törənlə şəhərə aparıldı. Bu əsnada bir azəri ixtiyar həyəcandan titrəyən səsi ilə Ənvər Paşaya səsləndi: "Paşam, paşam, sənin ordun, 1918-ci ilin sentyabrında Bakıya girdi, bizi qurtardı. Amma ondan sonra biz bir daha səni görə bilmədik. 1920-nin sentyabrında Bakı təkrar Moskva əsarətinə düşdü, indi isə sən bizim düşmənimizlə zəfərimi qeyd edirsən, bunun izahı nədir?” dedi. Ənvər Paşa suala "Azərbaycan azərilərin olmalıdır” deyə cavab verdi. Bu cümlə bütün tünlükdə bir anda ağızdan-ağıza yayıldı. Vəziyyətdən narahat olan bolşeviklər belə "yersiz” hadisələrin qarşısını almaq üçün danışmasına fürsət vermədən paşanı tünlükdən qaçırdılar. Qurultayda da paşanın çıxışı katibi tərəfindən oxundu”.

Çokayoğlunun yazdığı düzdür. Bolşeviklər əvvəlcə mətni Ənvər Paşanın özünün oxumasına icazə verdikləri halda, sonra fikirlərini dəyişiblər.

Ənvər Paşanın çıxışı

Ənvər Paşanın çıxış mətni tamamilə imperializmə və kapitalizmə tənqidlə doludur: "… Yoldaşlar, bu gün imperializmə qarşı qəhrəmanlıqla mücadilə aparan və gücünü kəndlilərdən alan Türkiyə ordusu, yuxarıda söylədiyim kimi, yenilməmişdi. Yalnız bir müddət üçün silahını yerə qoymuşdu… İndi də iki ildir böyük yoxluqlar içində savaşı davam etdirir. Bugünkü mücadiləni öncəkinə bənzətmək olmaz. Şərq dünyasını artıq öz haqlı mübarizəsini dəstəkləyən Üçüncü İnternasionalın müttəfiq olması baxımından nəzər yetirildiyində zəfərə doğru dəqiq ümidlə yol almaqdadır”.

Paşa çıxışında Azərbaycan haqqında maraqlı fikir də işlədir: "Yoldaşlar, bizi sakit Berlin həyatından alıb Trablusqərbin qızğın çöllərinə və bədəvilərin yoxsul çadırlarına ataraq onlarla birlikdə həyatımızın ən çətin anlarını keçirməyə məcbur edən duyğu imperializm duyğusu deyildi. Trablisi trablislilər üçün qurtarmağa çalışdıq və doqquz illik mücadilədən sonra italyan imperialistlərini qovduqları üçün xoşbəxtik. Azərbaycan ilə bağlı da başqa bir məqsədimiz yoxdur. Azərbaycanın azərbaycanlılara aid olduğu inancındayıq”.
Paşa çıxışının sonunu da bolşeviklərin ifadə tərzi ilə bitirib: "Yaşasın əzilənlərin birliyi! Qəhr olsun bu birliyin qarşısında qorxudan titrəyən zalımlar!”.

Ənvər Paşa 1-8 sentyabr 1920-ci ildə baş tutan bu qurultayda Liviya, Tunis, Əlcəzair və Mərakeşi təmsil edib. Tədbirə Ankara hökuməti adından İbrahim Tali qatılıb. Bu qurultay Ənvər Paşaya önəmli bir dividend qazandırmadı. Paşa oktyabrın əvvəlində Berlinə qayıtdı. Daha sonra yenidən Moskvaya gəlsə də, ruslarla yollarını ayırmaq məcburiyyətində qaldı. 4 avqust 1922-ci ildə Qurban bayramı zamanı Tacikistandakı Belçivan yaxınlığında bolşevik ordusuna qarşı olan döyüşdə şəhid oldu, Çeğen kəndində dəfn edildi.
1996-cı ildə nəşi Tacikistandan İstanbula gətirildi.

4 Avqust 21:41 774

Mühacir azərbaycanlı siyasətçi Əziz Alpoud Türkiyədə qələmə aldığı xatirələrində 1920-ci ildə Bakıda keçirilən Şərq Ənvər Paşanın Bakıdakı çıxışı: “Azərbaycan azərbaycanlılarındır”Xalqlarının Qurultayında iştirak etmək üçün gələn Ənvər Paşa haqqında yazırdı: "Hörmətlə əlini sıxdım, təşəkkür edərək ayrıldım. Arxamda xeyli həmyerlilərimiz yığışmışdı. Mən maşından aralanarkən ağ saqqallı, yaşlı bir qoca iki əli ilə sağ əlimə yapışdı və mən onun nə istədiyini anlayıncaya qədər əlimdən öpdü... Çünki bu əlim Ənvər Paşanın əlinə toxunmuşdu...”

Həmin gün Ənvər Paşa xalqla görüşür, görüş o qədər gurultulu keçir ki, Əziz Alpoud yazır ki, o anda Ənvər paşa "Ruslara hücum edin! Qovun bu düşmənləri!” əmrini vermiş olsaydı, millətimiz tərəddüdsüz, kişili-qadınlı həmin an hücuma keçərdi...”

Türkiyədə milli mücadilənin getdiyi bir vaxtda Sovet Rusiyasının Ənvər Paşanı himayə etməsinin səbəbi bəlli idi: Ruslar bir tərəfdən Ənvər Paşanı Mustafa Kamal Paşaya alternativ olaraq görürdülər (əgər Mustafa Kamal ruslarla anlaşmanı pozsa, Rusiya Ənvər Paşanı önə sürəcəkdi), digər tərəfdən ələ keçirdikləri Türküstan, Orta Asiya, Krım və s. müsəlman və türklərin yaşadıqları bölgələrdə onun nüfuzundan istifadə etmək istəyirdilər. Bakıdakı qurultaya gətirilməsi də bununla bağlı idi. Məhəmmədəmin Rəsulzadə "Stalinlə ixtilal xatirələri” adlı kitabında yazırdı: "Qurultaya Rusiya idarəsində olan türk-müsəlman millətlərdən başqa Rusiya sərhədi xaricindəki inqilabçı ünsürlərin nümayəndələri də gəlmişdilər. Günün ən sensasiyalı hadisəsi Ənvər Paşanın da bu münasibətlə Bakıya gəlməsi idi. Paşanın müsəlman əhali tərəfindən qarşılandığına dair dastan və rəvayətlər saxlanıldığımız həbsxananın səskeçməz divarlarından nüfuz edərək bizə qədər gəlirdi. Paşanın minmiş olduğu avtomobilin ətrafını bürümüş qələbəlikdən hərəkət etməz bir hala gəldiyi, əlini, ətəyini, maşınını öpənlər olduğunu hər kəsin "aman paşam, nə zaman qurtulacağıq?” deyə ona xitab edildiyi kameradan-kameraya danışılırdı”.

Rəsulzadənin və Alpoudun yazdıqlarını türküstanlı mühacir siyasətçi Mustafa Çokayoğlu da təsdiqləyir. Çokayoğlu 1923-cü ildə Parisdə "Orient et Occident” (Şərq-Qərb) jurnalında dərc etdirdiyi "Orta Asiya və Sovet Rusiyasında Ənvər Paşa” adlı məqaləsində yazırdı: "Müsəlman xalq teleqram vasitəsilə paşanın gəlişindən xəbərdar olmuş, Bakı qatar vağzalını xınchaxınc doldurmuşdu. Paşa bu məhşəri tünlük tərəfindən qarşılanıb törənlə şəhərə aparıldı. Bu əsnada bir azəri ixtiyar həyəcandan titrəyən səsi ilə Ənvər Paşaya səsləndi: "Paşam, paşam, sənin ordun, 1918-ci ilin sentyabrında Bakıya girdi, bizi qurtardı. Amma ondan sonra biz bir daha səni görə bilmədik. 1920-nin sentyabrında Bakı təkrar Moskva əsarətinə düşdü, indi isə sən bizim düşmənimizlə zəfərimi qeyd edirsən, bunun izahı nədir?” dedi. Ənvər Paşa suala "Azərbaycan azərilərin olmalıdır” deyə cavab verdi. Bu cümlə bütün tünlükdə bir anda ağızdan-ağıza yayıldı. Vəziyyətdən narahat olan bolşeviklər belə "yersiz” hadisələrin qarşısını almaq üçün danışmasına fürsət vermədən paşanı tünlükdən qaçırdılar. Qurultayda da paşanın çıxışı katibi tərəfindən oxundu”.

Çokayoğlunun yazdığı düzdür. Bolşeviklər əvvəlcə mətni Ənvər Paşanın özünün oxumasına icazə verdikləri halda, sonra fikirlərini dəyişiblər.

Ənvər Paşanın çıxışı

Ənvər Paşanın çıxış mətni tamamilə imperializmə və kapitalizmə tənqidlə doludur: "… Yoldaşlar, bu gün imperializmə qarşı qəhrəmanlıqla mücadilə aparan və gücünü kəndlilərdən alan Türkiyə ordusu, yuxarıda söylədiyim kimi, yenilməmişdi. Yalnız bir müddət üçün silahını yerə qoymuşdu… İndi də iki ildir böyük yoxluqlar içində savaşı davam etdirir. Bugünkü mücadiləni öncəkinə bənzətmək olmaz. Şərq dünyasını artıq öz haqlı mübarizəsini dəstəkləyən Üçüncü İnternasionalın müttəfiq olması baxımından nəzər yetirildiyində zəfərə doğru dəqiq ümidlə yol almaqdadır”.

Paşa çıxışında Azərbaycan haqqında maraqlı fikir də işlədir: "Yoldaşlar, bizi sakit Berlin həyatından alıb Trablusqərbin qızğın çöllərinə və bədəvilərin yoxsul çadırlarına ataraq onlarla birlikdə həyatımızın ən çətin anlarını keçirməyə məcbur edən duyğu imperializm duyğusu deyildi. Trablisi trablislilər üçün qurtarmağa çalışdıq və doqquz illik mücadilədən sonra italyan imperialistlərini qovduqları üçün xoşbəxtik. Azərbaycan ilə bağlı da başqa bir məqsədimiz yoxdur. Azərbaycanın azərbaycanlılara aid olduğu inancındayıq”.
Paşa çıxışının sonunu da bolşeviklərin ifadə tərzi ilə bitirib: "Yaşasın əzilənlərin birliyi! Qəhr olsun bu birliyin qarşısında qorxudan titrəyən zalımlar!”.

Ənvər Paşa 1-8 sentyabr 1920-ci ildə baş tutan bu qurultayda Liviya, Tunis, Əlcəzair və Mərakeşi təmsil edib. Tədbirə Ankara hökuməti adından İbrahim Tali qatılıb. Bu qurultay Ənvər Paşaya önəmli bir dividend qazandırmadı. Paşa oktyabrın əvvəlində Berlinə qayıtdı. Daha sonra yenidən Moskvaya gəlsə də, ruslarla yollarını ayırmaq məcburiyyətində qaldı. 4 avqust 1922-ci ildə Qurban bayramı zamanı Tacikistandakı Belçivan yaxınlığında bolşevik ordusuna qarşı olan döyüşdə şəhid oldu, Çeğen kəndində dəfn edildi.
1996-cı ildə nəşi Tacikistandan İstanbula gətirildi.

Müəllif: Dilqəm Əhməd
Mənbə: Teleqraf.com

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz