» » Vətən unutmaz səni, Polad

Vətən unutmaz səni, Polad

Vətən unutmaz səni, Polad

 

Rəsul Rza "Duyğularım” adlıb u şeiri 1942-ci ildə yazıb. İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə Sovet ordusunun sıralarında mərdlik, hünər göstərən Bəxtiyar adlı döyüşçünün lirik portretini yaradıb. Rəsul Rza o vaxt Krım cəbhəsində hərbi muxbir idi və bu hadisələrin, bu qəhrəmanlığın canlı şahidi idi.

Külək qarı səpələr, Bəxtiyar!
Ağ geyinib təpələr, Bəxtiyar!
Gecə qara, yol uzaq, qardaşım:
Göylər bulud, çöl-düz ağ, qardaşım;

Kaman çalan kimdir o, Bəxtiyar?
Küləkdir, ya simdir, o, Bəxtiyar?
Hənirtini duydumu kəhərin ?
Tüfənginə yapışdı əllərin.

Düşmən on bir, təkcə sən, nə zərər?
Tənlik idarəsidir güllələr .
Gənclik,həyat şirindir qardaşım
Vətən qat-qat şirindir qardaşım .

Ellərimin balası Bəxtiyar !
Qəlbi vətən qalası Bəxtiyar!
Qurtarırsa əsgərin gülləsi
Silahıdır qəlbinin kin səsi.

Məhv etdin on yağını qəhrəman !
Qan sızırdı sənin də yarandan.
Boğazını zabitin gəmirdin
İradə qüvvətinlə dəmirdin!

Qalib nəğmə səslənir qardaşım!
Qalibiyyət nəğmədir qardaşım!
Kaman çalan kimdir o Bəxtiyar!
Küləkdir ya simdir o, Bəxtiyar!

Adın bu nəğmələrdə nəqarət.
Dostlar gedir cəbhəyə rahat yat!
Bax, qızarır üfüqlər qardaşım
Bizimdir günəş , zəfər qardaşım!

Sən qorudun vətəni, Bəxtiyar!
Vətən unutmaz səni,Bəxtiyar!
Bundan sonra fəxr ilə analar
Körpəsinə ad qoyar: Bəxtiyar!

Doğrudan da bu şeir o dövr üçün də, bu gün üçün də əsl qalibiyyət nəğməsi idi. Rəsul Rza şerində
Təkcə həmvətənimiz Bəxtiyarın deyil, mənsub olduğu xalqın, torpağın qəhrəmanlıq tarixini vəsf edirdi. Bu sətirləri yazarkən son 30 ilin erməni təcavüzünə qarşı mübarizə aparan bu bəxtiyarların hünərvər davamçılarını göz önünə gətirdim: Əlif Haçıyevi, Fred Asifi, Məzahir Rüstəmovu, Çingiz Babayevi, Zakir Məcidovu, Bəylər Ağayevi, Cavanşir Rəhimovu, Şakir Salahovu, Kazımağa Kərimovu, Yuri Kovalyovu, Albert Araqunovu, Mübariz və Riad Əhmədovları, Tofiq Hüseynovu, Şikar Şikarovu, İlqar İsmayılovu, Allah Verdi Bağırovu, İsgəndər Aznaurovu, Gültəkin Əsgərovanı, Mübariz İbrahimovu, Murad Mirzəyevi, Əfqan Hüseynovu və onların yüzlərlə, minlərlə səngər yoldaşlarını surətlərini gözlərim önündə canlandırıram.
Fəxri adlara layiq görülüb-görülməməsindən asılı olaraq bütün əsgərlərimiz qəhrəmandırlar. Aprel döyüşlərində , elə son günlər Tovuzda vuruşan əsgər və zabitlərimizin hər biri qəhrəmandır. Onlardan biri də general-mayor Polad Həşimovdur. Əsgərlərindən seçilməyən, əsgərləri üçün odun doğrayan, ona verilmiş mənzili şəhid ailəsinə bağışlayan, komandanlıq etdiyi əsgərlərlə cəngərdə uzanan Polad Həşimov.
Şeirdə belə nisralar var:
Bundan sonra fəxr ilə analar
Körpəsinə ad qoyar: Bəxtiyar!
İndi social şəbəkələrin bir neçəsində rast gəldim ki, artıq Azərbaycanda yeni doğulan oğlan uşaqlarına Polad adı verilir.  Bəli, əsgər ölmür, hünər ölmür.  Bu,  Aərbaycan torpağının  qəhrəman oğullarına   və qəhrəmanlığa  cavabdehlyin təntənəsidir.
Azərbaycan Əsgəri, sən qalib gələcəksən...
 

Vətən unutmaz səni, Polad

 

Vətən unutmaz səni, Polad

 

Vətən unutmaz səni, Polad

 

Vətən unutmaz səni, Polad

 

Vətən unutmaz səni, Polad

 

Vətən unutmaz səni, Polad

 

Vətən unutmaz səni, Polad

 

Vətən unutmaz səni, Polad

 

Vətən unutmaz səni, Polad

 

Vətən unutmaz səni, Polad

 

Vətən unutmaz səni, Polad

 

Vətən unutmaz səni, Polad

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz