» » DİQQƏT! Cəbhə ilə bağlı bu xəbərləri paylaşmaq olmaz!

DİQQƏT! Cəbhə ilə bağlı bu xəbərləri paylaşmaq olmaz!


Ermənistan-Azərbaycan sərhəddində hərbi vəziyyətin kəskinləşməsi ilə əlaqədar Müdafiə Nazirliyi vətəndaşları baş verənlər barədə sosial şəbəkələrdə yazarkən diqqətli olmağa çağırıb.

Müdafiə Nazirliyi sosial şəbəkələrdə vətəndaşlardan aşağıdakı tövsiyələrə riayət olunmasını xahiş edir:

1. Cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir hərbi informasiya paylaşmayın.

2. Azərbaycanın hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsini yazmayın.

3. Azərbaycanın hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmalarını yazmayın.

4. Şəhid və yaralılar barədə dəqiq olmayan informasiyanı yaymayın.

5. Döyüşlər zamanı telefon və digər texnikailə çəkdiyiniz videoları sosial şəbəkələrdə paylaşmayın.

6. Sərhəd bölgəsində olan strateji yerlərdə, texnika və yaxud hərbi hissələrin yanında fotolar çəkib paylaşmayın.

DİQQƏT! Cəbhə ilə bağlı bu xəbərləri paylaşmaq olmaz!

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz