Lələtəpə uğrunda həlak olmuş 22 şəhidin adına 22 çinar ağacı əkilib - FOTOLAR
Müəllif: Akif Əhmədov от 1-04-2019, 17:00
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Müdafiə Nazirliyinin Beyleqanda yerləşən birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə martın 30-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində Aprel zəfərinin 3-cü ildönümünə və həmin döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə həsr edilmiş agacəkmə kampaniyası keçirilib.
Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, kampaniyada Lələtəpə yüksəkliyi istiqamətində düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun apardığı uğurlu əks-həmlə əməliyyatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, həmin ərazilərdə hərbi xidmət keçən gənc əsgərlər, Cocuq Mərcanlı qəsəbəsinin sakinləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Füzuli rayonu ərazisində Aprel şəhidlərinin xatirə abidəsini ziyarət edib, abidənin qarşısında gül düzüblər. Şəhidlərin ruhuna dua oxunub.
Sonra tədbir iştirakçıları Cocuq Mərcanlı kəndinin girişində yolun kənarında Lələtəpə uğrunda döyüşlərdə həlak olmuş 22 şəhidin hər birinin adına 22 çinar ağacı əkilib, onların yanında hər bir şəhid haqqında məlumatın əks olunduğu lövhə yerləşdirilib və üzərinə Azərbaycan bayrağı bərkidilib.
Tədbirdə Qaçqınlaın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elmir Allahyarov, Cocuq Mərcanlı kənd sakini, "Əmək” ordenli Oqtay Həziyev, hərbi hissə komandiri Eldəniz İmameliyev və birliyin zabiti Anar Rzayev çıxış edib, Aprel zəfərinin əhəmiyyətindən danışıb, ordumuzun düşmən üzərində üstünlüyü, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hər hazır olduğunu bildiriblər.
Cocuq Mərcanlı kənd məktəbinin şagirdləri vətənpərvər ruhlu şeirlər səsləndiriblər.
Sonda ağacəkmə aksiyasının iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdiriblər.
Mənbə:https://ordu.az/az/news/148362/leletepe-ugrunda-helak-olmus-22-sehidin-adina-22-cinar-agaci-ekilib
Oxşar postlar:
- Cocuq Mərcanlı sakinləri Novruzu 24 ildən sonra doğma kəndlərində qarşılayıblar
- İşğaldan azad olunmuş Cocuq Mərcanlıda ilk dərs günü
- Cəsur zabitimiz yad edildi
- Cocuq mərcanlıların 24 illik yurd həsrətinə son qoyulur
- Səfirlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq
- Oxunub: 601
- Şərhlər: 0
- Bölmə: Ordumuz
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – IV yazı
" Yenə də çiçəkdi, güldü bu dünya "
Bu dadlı nemətləri qoyub, insanlar spirtli içkilər niyə içsin?
Eşqimiz bir şirin sevda
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı
Gövhər də üzülüb çatlayar tamam, Sərrafdan almasa düz qiymətini
Sülhməramlı missiya tərəflər arasında tərəf olmamalıdır
Yazarlar