» » “GlobalFirepower”: "Azərbaycan ordusu yenə də regionun ən güclüsüdür"

“GlobalFirepower”: "Azərbaycan ordusu yenə də regionun ən güclüsüdür"

“GlobalFirepower”: "Azərbaycan ordusu yenə də regionun ən güclüsüdür"

"GlobalFirepower” dünya ölkələrinin ordularının yeni reytinqini açıqlayıb.

Ordu.az "Globalfirepower”ə istinadən xəbər verir ki, bu il də ölkəmiz irəliləyiş əldə edən ölkələr sırasındadır.

Siyahıda 55 fərdi faktor nəzərə alınmaqla, ölkələrin güc sıralaması tərtib edilib. Siyahı hazırlanarkən silahların təkcə sayı deyil, eyni zamanda silahlanmanın diversifikasıyası da nəzərə alınıb. Əsas indikatorlardan biri olaraq hərbiyə yararlı insan sayı da nəzərə alınıb.

Azərbaycan 136 ölkə sırasında 53-cü yerdə qərarlaşıb. Qeyd olunur ki, ümumi əhali sayı 9,9 mln ölkədə 5 milyondan artıq əmək qabiliyyətli insan qüvvəsi var. Hərbiyə yararlı insan sayı isə 3,75 mln nəfərdir. Azərbaycanda hər il 150 min insan hərbi yaşa çatır və hazırda ümumi hərbi personalın sayı 374500 nəfərdir ki, onların da 67 mini aktiv, 307500 isə ehtiyyatdadır.

Saytda, Azərbaycanın malik olduğu silahlar barədə də statistika öz əksini tapıb. Belə ki, ölkəmiz cəmi 135 təyyarəyə malikdir ki, bunlardan 18-i qırıcı, 29-u hücum, 83-ü nəqliyyat, 19-u isə təlim təyyarəsidir.

Helikopterlərimizin sayı ilə bağlı statistikada isə qeyd olunur ki, ümumilikdə 93 helikopterimiz var ki, bunların da 17-si hücum helikopteridir.

Tankların sayı 520, zirehli döyüş maşınlarının sayı 1590, özüyeriyən artilleriya qurğularının sayı 119, çəkilən artilleriya vasitələrinin sayı 240, YARS-ların sayı 191 ədəd qeyd olunub.

Ümumi dəniz vasitələrinin sayı 31 ədəd qeyd olunub. Onlardan 1-i freqat, 4-ü sualtı qayıq, 13 patrul gəmisi, 7-si isə döyüş gəmisidir.

Bütün bunlar və başqa faktorlar nəzərə alınmaqla Azərbaycan siyahıda 53-cü yerdə qərarlaşıb.

Siyahıya ABŞ liderlik edir. Onu siyahıda Rusiya, Çin, Hindistan və Fransa izləyir. Siyahıda Türkiyə 9-cu, İran 13-cü, Ukrayna 29-cu, Qazaxıstan 50-ci, Gürcüstan 82-ci, Ermənistan isə 84-cü yerdə qərarlaşıb.

İlkin Məmmədov
Ordu.az

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz