» » Nizami rayonundakı 32 saylı tam orta məktəbdə Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günü qeyd edildi

Nizami rayonundakı 32 saylı tam orta məktəbdə Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günü qeyd edildi

Vətən bizim  üzərində doğulub boya-başa çatdığımız, nemətlərindən qidalanıb pərvəriş tapdımız, özümüzü təsdiq etdiyimiz, həyatımızı və evimizi qurduğumuz  torpaqdır. Vətən mənsub olduğumuz  xalqın   məskunlaşdığı torpaq ərazisidir.   Dünyanın harasında olsaq da  heç yerdə özümüzü  öz torpaqlarımızda olduğumuz qədər rahat, məmnun, arxalı, güvənli  hesab edə bilmirik. Dağı da, daşı da,  adi kol-kosu   da ruhumuzu oxşayır ,  bizi özünə bağlayır: "ölərəm, əldən əgər getsə Vətən” deyirik. Və  bu torpaq uğrunda  yerin üstündəki  oğullarımız qədər  vətənpərvər oğlumuz-qızımız da həlak oldular,  öz and-amanlarına  sadiq qaldılar.

Anamız Vətən  müqəddəsliyə qovuşmuş şəhidlərimizin ruhu ilə bir qədər müqəddəsləşib, and yerimizə çevrilib.

Təki Vətən yaşasın, xalq yaşsın deyə. Torpaq sevgisini ölçmək, çəkmək üçün   heç ölçü vahidi yoxdur,  bunu heç düşünmək də olmur.

 Tariximiz mübarizələrlə zəngindir. Əsrlərin keşməkeşlərindən, tarixin sınaqlarından məğrur çıxıb və  bu gün əbədi müstəqilliyinə qovuşaraq inamla üzü daha aydan sabahlara doğru addımlayır.

Fəqət, uzun illərdir xəyanətkar "qonşularımız” tərəfindən torpaqlamızın böyük hissəsi işğal altındadır, bu torpağın milyondan artıq əzəli-əbədi sakini qaçqınlıq-köçkünlük həyatı yaşamaqdadır.

Buna baxmayaraq,  ölkəmiz bütün sahələrdə inkişaf tempi ilə irəliləməkdədir. Keçən dövr ərzində Milli Ordumuz  torpaqlarımızı çox qısa müddətdə işğaldan azad edib  etibarlı sülhü bərqərar edəcək qədər  təkmilləşmiş, müasir silahlarla silahlanmış, əsgərlərimiz  vətənimizi, torpaqlarımızı işğaldan azad etmək və qorumaq naminə  həm fiziki, həm də mənəvi cəhətdən daha yetkinləşmişlər.

Qarabağ uğrunda döyüşləri zamanı canlarından keçən əsgərlərimiz  bu yetkinliyi ucaldıqları Şəhidlik zirvəsindən dünyaya  bəyan etdilər. Aprel döyüşlərində Milli Ordumuz bu  qüdrətini bir daha nümayiş etdirdi. Gəlinən gerçək nəticə budur ki, əsgərlərimiz  torpaqlarımızı işğaldan azad etməyə tam hazır vəziyyətdədirlər. Bizim azadlıq mücadiləmizin  Əlif Hacıyev, Mehdi Abbasov, Nofəl Quliyev, Yuri Kovalyov, Canpolad Rzayev, Ramiz Qənbərov, Tofiq Hüseynov, Kazımağa Kərimov, Yavər Əliyev, Əliyar Əliyev, Allahverdi Bağırov, Məzahir Rüstəmov, Mübariz İbrahimov, Murad Mirzəyev, Samid İmanov, Şükür Həmidov,     Çingiz Qurbanov kimi bahadırları var. Bu gün Milli Ordumuzun hər əsgəri  belə bir bahadır…

Onlar bu gün cismən aramızda olmasalar da,  bütün  uğurlarımızda  onların imzaları var, ayaq izləri var və onlar hər zaman  müqəddəsləşən torpağımızla bərabər müqəddəsləşəcəklər.

Bu torpağın, bu xalqın bütün zəfər günlərində, bayram təntənələrində   erməni təcavüzünün nəticələrini görmüş şahidlər körpələrini bayraq kimi  başları üzərinə qaldırıb nümayişə çıxacaqlar: yaşadığımız   aydın sabahlar, sübh və sülh şəfəqli günlər üçün şəhidlərimizə minnətdarlıq duyğuları ilə.  Onların çərəfinə səssizcə nəğmə oxuyacaqlar:

Biz Sizdən öyrəndik qəhrəmanlığı…

Bəli, biz bu qəhrəmanlığı öyrəndik və bizim də borcumuzdur ki, bu hünər tarixini yaşadaq və gələcək nəsillərə etibar edək.

Ümummilli liderimiz Heydər Əliyev çıxışların birində bu barədə demişdir:

"Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.

 Hər bir şəhid millətin mənəvi ucalığıdır."

Bu vəzifəni uşaqlarımıza kiçik yaşlarından - bağça və məktəb yaşlarından  öyrətmək lazımdır. İstər təlim-tərbiyə prosesində, istərdsə də, sinifdənxaric və məktəbdənkənar tədbirlər vasitəsi ilə bu onu  həyata keçirmək üçün geniş imkanlar var.

Nizami rayonundakı   32 saylı tam orta məktəbdə Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günü qeyd  edildi

Bu gün  Nizami Rayonundakı   32 saylı tam orta məktəbdə   Milli Qəhrəman Məzahir Rüstəmovun  doğum günü münasibəti ilə keçirilən tədbir   məhz  uşaq və yeniyetmələrimizin    tarixə qədirşünaslıq duyğularının  formalaşmasında  böyük rol oynayacaq.

 Məzahir Rüstəmov  1977-ci ildə bu məktəbi bitirmişdir. İndi məktəb öz məğrur, şərəfli oğlunun adını daşıyır. Bu məktəb Bak şəhərinin ən böyük və qabaqcıl məktəblərindən biridir.  Məktəb 1963-cü ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 1132 şagird təhsil alır, 49 sinif komplekti var.  Bir vaxt Məzahir də bu şagirdlərdən biri idi. Amma bu gün məktəb odunu daşıyır, məktəbin girəcəyində çox romantik və məğrur heykəli var.

Hər  gün  bu məktəbin müəllim və şagird kollektivi  onun abidəsi önündən keçib sinif otaqlarına daxil olurlar.

Hər il  mart ayının 2-də qəhrəmanın doğum günündə  məktəbdə böyük tədbir keçirilir. Qəhrəmanın valideynləri,  müəlllimləri, məktəb və tələbəlik yoldaşları, səngər yoldaşları  buraya toplaşır, Məzahir Rüstəmovu ehtiramla yad edirlər.

Bu günkü  tədbirdə Milli Qəhrəmaanın valideynləri, ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri, qonaqlar və  jurnalistlər iştirak edirdilər.

Əvvəlcə,  qonaqlar  şəhidin abisdəsi  önünə  tər qərənfillər qoydular. Daha sonra tədbir məktəbin akt zalında davam etdirildi.

Milli Himn səsləndirildikdən sonra  qəhrəmanın keçdiyi döyüş yolu, göstərdiyi şücaətlərdən  bəhs edən  sənədli film nümayiş etdirildi. Daha sonra qəhrəmanın adını daşıyan məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirildi: vətənpərvərlik, qəhrəmanlıq, torpaq , şəhidlik haqqında  çox məzmunlu və təsirli şeirlər söylədilər.

Hər kəs  şagirdlərin  qəhrəmana izhar etdikləri ehtiramdan da duyğulandı. Əminliklə  deyim ki, orada elə ifalar  vardı ki, sanki İncəsənət Universitetində oxuyan tələbələrin  mini diplom tamaşası idi.

 Ədəbi-bədii kompozisiya nümayişindən sonra    məktəbin direktoru Sevda Abdullayeva  çıxış etdi.

Sevda xanım  çıxışında Milli  Ordumuzun,  onun qəhrəman döyüşçülərinin  Vətən naminə  göstərdikləri  hünər yoluna  məktəb şagirdlərin  hər zaman  ehtiram bəslədiklərini diqqətini çəkdi.  Direktor qeyd etdi ki,  məktəbimizdə   hər il qəhrəmanın adı ilə bağlı tədbirlər keçiririk,  eləcə də digər mədəni-kütləvi tədbirlərimizdə qəhrəmanlar da xatırlanır, onların  xatirəsi daim əziz tutulur.  Belə  tədbirlər şagirdlərə vətənpərvərlik ruhu  aşılamaqla 

onların şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayır.

32 nömrəli tab orta məktəbdə gənc nəslin  vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyini ifadə edən  direktor Sevda Abdullayeva əminliklə şəhidlərimizin qanının yerdə qalmayacağına və torpaqlarımızın tezliklə azad olunacağına inandığını söylədi.

Nizami rayonundakı   32 saylı tam orta məktəbdə Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günü qeyd  edildi

Məktəbimiz  üçün şərəfdir ki, bu gün biz Məzahir Rüstəmov kimi  igid bir qəhrəmanın adını daşıyan məktəbdə çalışırıq. Siz  uşaqlar xoşbəxtsinız ki, Məzahir Rüstəmov kimi Milli Qəhrəmanın oxuduğu  və onun adını daşıyan məktəbin şagirdlərisiniz. Məktəbimiz   hər zaman istər rayonumuzda, istərsə də Bakıda   qəhrəmanımızın  adına  uyğun ən  nümunəvi tədris ocaqlaından biri  kimi  fəaliyyət göstərməlidir.

Tədbirin aparıcıları  qəhrəmanın atası,  xalqımızın çox yaxından tanıdığı və hörmət etdiyi alim,  professor, fəlsəfə elmləri doktoru İzzət Rüstəmovu  tribunaya dəvət etdilər.

İzzət müəllim  hamını salamladıqdan sonra, bu gözəl tədbiri  belə məzmunlu və təsirli   təşkil edən  məktəb rəhbərliyinə, müəllimlərə və balacalara öz adından, ailəsi adından minətdarlığını ifadə etdi.

İzzət müəllim daha sonra    ermənilərin  Qarabağı işğal niyyətlərinin tarixindən,  xalqımızın başına gətirilən müsibətlərdən qısaca bəhs edərək əminliyini ifadə etdi ki, Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti, cənab Prezidentin  qətiyyətli mövqeyi   dünyada  bu məsələyə  münasibəti  dəyişmişdir.İndi dünya Azərbaycanın  regionda  ən etibarlı sülh təminatçısı olduğunu görür, bilir və dəyərləndirir. Əgər sülh niyyətlərimiz  beynəlxalq  hüquq normalarının tələbləri  çərçivəsində  nəticə verməzsə, onda Milli Ordumuz torpaqlarımızı  erməni təcavüzkarlarından azad edəcəkdir.

    İzzət müəllim  uşaqlara müraciətində isə onlara bilik yarışının qalibləri olmağı və daim elmin dərinliklərinə can atmağı  tövsiyə etdi.

  BMT-nin XXI  əsri  İntellekt əsri  elan etməsi təsadüfi deyil.  Çünki yüksək texnologiyaları yalnız yüksək inteleklər idarə idarə edə biləcək.

 Ona görə də Azərbaycanın  XXI  əsrin inkişaf etmiş ölkələri səviyyəsinə çıxması  üçün  onun ABŞ, Yaponiya kimi inkişaf etmiş ölkələrin  təcrübəsinə müraciət etməsi lazımdır. Bunun üçün  Azərbaycanın  həm maddi sərvətləri, həm də intellektual  insan ehtiyatları var.

 Dövlət başçımız cənab İlham Əliyev   öz çıxışlarında dəfələrlə bəyan edib ki,  biz neft kapitalını insan kapitalına çevirməliyik,  neft kapitalını intellektual gənclərin hazırlanmasına yönəltməliyik.

Nizami rayonundakı   32 saylı tam orta məktəbdə Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günü qeyd  edildi

Nizami rayonundakı   32 saylı tam orta məktəbdə Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günü qeyd  edildi

Biz yalnız intellektual cəhətdən daha inkişaf etməklə, ən yeni texnologiyalara yiyələnməklə və bu texnologiyaları Azərbaycana gətirməklə,  xalqa sədaqətlə xidmət nümunəsi göstərmiş oluruq. Bütün bu vəzifələrin öhdəsindən siz gələcəksiniz.  Sizin dərin bilikli, mənəvi cəhətdən ahəngdar inkişaf etmiş şəxsiyyətlər kimi  yetişməyiniz üçün  hər cürə şərait və imkanlar var. Biz sizin  hər zaman uğur, zəfər soraqlarınızı  eşidək. 

 Daha  sonra   tədbirdə iştirak edən  Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi ölkəmizdə , eləcə də Nizami rayonunda şəhidlərə göstərilən hörmət və ehtiramdan danışdı. Həmin qəhrəmanlardan biri də  Məzahir Rüstəmovdur. Bu gün Məzahir Rüstəmovun  əziz xatirəsini yad etmək  hamımızın vətəndaşlıq borcumuzdur. Biz  belə tədbirlərlə  həm  Milli Qəhrəmanlarımızı yad edirik, həm də onları gənc nəsillərə  - sizə tanıdırıq. Gənc nəsil  öz tarixini  yaxşı  bilməli, bununla  yanaşı,  vətənpərvərlik ruhunda böyüməli,  bizim yaşadığımız bu gözəl  günlər üçün döyüşmüş, can qoymuş qəhrəmanları tanımalı, onları özlərinə örnək seçməldir.

Natiq daha sonra diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanda etibarlı ictimai-siyasi sabitlik təmin olunub.   Azərbaycanda bütün sahələrin inkişafı  dinamik xarakter alıb,  Vətənimizin   iqtisadi inkişafı və  dünyadakı  beynəlxalq nüfuzu daim artmaqdadır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində respublikanın müdafiə qabiliyyəti dövlətimizin ğn birinci prioritetidir. Bu gün Silahlı Qüvvələrin hərbi-texniki potensialının  mövcud vəziyyəti  onun  Cənubi Qafqazda ən güclü ordu  olduğunu dönə-dönə təsdiqləyir.

Bu isə   xalqımızda, Azərbaycanın hər  bir vətəndaşında  işğal olunmuş torpaqlarımızn  tezliklə  azad ediləcəyinə, ərazi bütövlüyümüzün təmin olunacağına inam hissi yaradır.

   Tədbirdən sonra şagirdlər Milli qəhrəmanın abidəsi önündə  xatirə şəkilləri çəkdirdilər.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz