» » Əsgər and içdi : təəssüratlar

Əsgər and içdi : təəssüratlar

 
 Əsgər and içdi : təəssüratlar
"Fevralın 10-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 25031 saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
Tədbirdə Daxili Qoşunlar Komandanının müavini - Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev, Veteranlar Şurasının üzvləri və əsgər valideynləri iştirak ediblər. 
Mərasim Milli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, Dövlət Himni ifa edilib.
Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.
Sonra hərbi hissə komandiri polkovnik Əhliman İlmazov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına sadiq olacaqlarına and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb.
General-mayor V.Əliyev çıxış edərək Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbrikini çatdırıb. Təbrikdə hər bir əsgərin Vətənə şərəflə xidmət edəcəyinə, Azərbaycan Respublikasının qanunlarına, hərbi anda və nizamnamələrin tələblərinə ciddi riayət edəcəyinə, eləcə də yüksək döyüş hazırlığına və möhkəm nizam-intizama malik olacaqlarına əminlik ifadə olunub.
Tədbirdə çıxış edən digər qonaqlar da hərbi andı qəbul edən əsgərləri səmimi qəlbdən təbrik edib, onlara xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Qeyd olunub ki, hər bir hərbi qulluqçu xidmət dövründə Azərbaycan əsgərinə xas olan bütün keyfiyyətləri mənimsəməli, Vətənə, xalqa, dövlət və dövlətçiliyimizə sonsuz sədaqətlə xidmət etməlidir.
Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb”.
 

Əsgər and içdi : təəssüratlar 

Mənbə: http://dq.mia.gov.az/?/az/news/view/286/

Əsgər and içdi : təəssüratlar


Kəssə hər kim tökülən qan izini

Qurtaran dahi odur yer üzünü

 

                                                              H.Cavid.

Yuxarıda haqqında  bəhs etdiyimiz  tədbirdə şəxsən özümdə iştirak etdim: dostumun oğlu and içəcəkdi deyə. Bir də nə fərqi var ki, and içəcək bütün əsgərlər hamımızın əzizidir. Üzərində yaşadığımız Vətən torpağının sərhədləri əsgərlərimizin dayandığı yerdən başlayır. Al üfüqlü, mehriban günəşli səhərlər əsgərlərimizin gözləri ilə açılır. Yatağında köndələninə mışıl-mışıl yatan oğlumuzun, nəvəmizin səksəkəsini  beşikdə anaları,   beşikdən  xaricdə əsgərlərimiz çəkir. Qaynar həyat dolu günlərimiz məhz onların səbəbindən xeyirüzlü sabahlara açılır.

Ordu hər zaman qürur mənbəyi olmuşdur. Amma bu gün Milli Ordumuz təkcə xalq dühası ilə deyil, həm də öz halal haqları ilə qürur mənbəyi olmuşdur.

Bu gün Azərbaycanın Milli Ordusu regionun ən güclü ordusudur. Bu, təkcə ordumuzun malik olduğu hərbi potensialla deyil, həmçinin əsgər və zabitlərimizin daim yenilənən hərbi bilik və bacarıqlarının , döyüş ruhunun yüksək olması ilə də dəyərləndirilir. Daha bir vacib səbəb də bizim ordumuzun təcavüzkarlıq, işğalçılıq niyyətləri ilə deyil, öz torpaqlarını, dövlətini və xalqını qorumaq və müdafiə etmək məqsədi ilə yaradılmasıdır. Belə ordunun tərkibində sıralanan əsgərlərin başları üzərəindəki səma, ayaqları altındakı torpaq da onları cəsarətli və mübariz edir: xalq hər zaman ağzı dualı olur, Yaradan da hifz edir. Tərbiyəsiz ermənilər kimi yox ey: "Yağmalamaq istədiyiniz torpağın əzəli-əbədi sakinlərini qırın-tökün, öz dədə-baba torpaqlarından didərgin salın, "Böyük Ermənistan” ideyaları naminə çörək kəsdiyiniz süfrələri belə, tapdalayın keçin, ”. Allah qatında belə dualar qəbul edilmir. Amma "Bu torpaqlar sənin ata-babalarının əsrlərlə üzərində yaşadıqları, əkib-becərdikləri, qoruyub saxladıqları yurd yeridir! Əsgərim, xalq sənə baxır, sən onu qorumalısan. Düşmənə qarşı amansız ol. Hər zaman zərfər səninlə olsun!” duaları ehtiramla qəbul edilir.

Bu gün Milli Ordumuzdakı vəziyyət, nizam-intizam, ümumiyyətlə, ordumuzla bağlı hər bir qayğı, diqqət şəffafdır, xalq öz ördusunun həyat yolu ilə məlumatlıdır, bu barədə tanış ola bilir.

Əsgərlərin əsgər forması geydikləri üçün keçirdikləri  fəxarət duyğusu, zabit-əsgər münasibətləri son illər aparılan  çox böyük ideya-tərbiyə işlərinin uğuru sayılmalıdır.

Mən bu məlumatı internet mənbələrindən götürmüşəm: 1-5 aprel döyüşlərində Şəhid olan Vətən oğullarından 52 nəfəri əsgər, 10-u müddətdən artıq hərbi xidmət qulluqçusu, 10-u gizir, 21 nəfəri isə zabitdir. Ümumilikdə,

52 əsgər – 41 nəfər zabit Şəhidlik zirvəsinə ucaldılar. Zabitlər əsgərlərinə nümunə oldular.Zabitlər Vətən üçün, torpaq üçün can fəda etməyi öyrətdilər. Təsəvvür edirsizmi, 5-10 il bundan sonra bu ordunun qüdrəti  hansı mərtəbədə olacaq?! Bizdə bu inamı orrdumuzda gedən böyük quruculuq və islahat işləri yaradır.

Ordumuzun ruhunu, kamilliyini, müqəddəsliyini şərtləndirən bir vacib amil də Xalq – Ordu vəhdətindədir, qarşılıqlı etimaddadır. Xüsusilə, müharibə şəraitində bu etimada daha ehtiyac duyulur.

Bu əlaqənin yaranıb formalaşması , daha da inkişaf etdirilməsi təkcə ordunun deyil, hamının işi olmalıdır, hər kəsin işi olmalıdır.

Milli ordumuzla mümkün əlaqə formalarının rəngarəngliyi artırılmalı, hərbi hissələrlə mülki vətəndaşların, ali və orta ixtisas məktəblərinin faydalı əməkdaşlıq formaları tapılmalıdır. Hərbi-vətənpərvərlik mövzusunda inşa yazı, mahnı və rəsm müsabiqələri keçirilməlidir. Bütün şəhid ailələri təhsil müəssisələri tərəfindən diqqətə alınmalıdır. Onları tək qoymaq olmaz.İndi hər uşaq, gənc özünü şəhid ailəsinə o ailənin övladı sevgisində təqdim etməlidir.

Bu andiçmə mərasiminə də məni məhz başımda bu cür fikirlər, həm də evdə ipə-sapa yatmayan şıltaq , bir az da ərkəsöyün balalarımızın ciddi nizam-intizam tələb edən əsgərlik həyatındakı anlarını kənardan izləmək marağı ilə gəlmişdim.

Mən indiyə kimi daha bir neçə belə mərasim izləmişəm.

Birmənalı olaraq ifadə edirəm: ordumuzda bu cür mərasimlərin təşkilində istər təşkilati-texniki, istərsə də mənəvi-ideoloji baxımından ildən –ilə inkişaf müşahidə etmişəm. Eləcə də bu gün izləyicisi olduğum andiçmə mərasimində və sonda əsgərlərə qısa vaxtda valideynləri və yaxınları ilə görüşmək üçün ayrılan vaxtda telefonun yaddaşına köçürdüyüm anlar düşündüklərimin, arzularımın, görmək istədiklərimin mayasını təşkil etdi.

Əsgər and içdi…

Ağlayan, kövrələn görmədim.  Toplaşanları  iki   qismə   ayırsaq ,  hər iki tərəf məmnun  idi.

And içmiş əsgərlərimizə Milli Ordumuzun geyimi necə yaraşırdı.  Əyinlərdəki  geyimin ,  "əsgər " adının yaratdığı assosiativlikdə çəmi bir ay öncə şıltaq uşaq kimi  yola saldığımız bu yeniyetmələrin  ailə qarşısında,  bütövlükdə Vətən qarşısındakı yeri, mövqeyi bir qədər də  ülviləşmişdi.  Cəmi bir ay öncə ərkəsöyünlük edən bir gənc indi əsgər forması  geyinıb, hərbi komandalara uyğın addımlayır, silah, bayraq daşıyır. Valideynlərə  sanki fəxarətini paylaşırdılar ki, baxın, biz  siz deyən kimi uşaq da deyilik _ Vətən bizə silah etibar edir.Biz bayraq daşıyırıq…Əlbəttə ki, çox böyük fəxarətdir. Ailə üçün isə ikiqat fəxarətdir.

Andiçməyə gələn bütün insanlar bu fəxarəti yaşamağa gəlmişdilər, yaşadılar da…

Andiçməyə  gələn insanlar  bu fəxarəti həm də görüb ciyərparalarını təbrik etməyə gəlmişdilər…

 Halalınız olsun, Əsgərlərimiz də, valideynlərimiz də… Əmiin amanlıq olsun təki…

Bütün əsgərlərimiz sağ-salamat evlərinə dönsünlər.. . Hər evimizdə, ailəmizdə bu balalara toy çadırları qurulsun…..

 

Əsgər and içdi : təəssüratlar

Əsgər and içdi : təəssüratlar

Əsgər and içdi : təəssüratlar

Əsgər and içdi : təəssüratlar

Əsgər and içdi : təəssüratlar

Əsgər and içdi : təəssüratlar

Əsgər and içdi : təəssüratlar

 

Əsgər and içdi : təəssüratlar

 

Əsgər and içdi : təəssüratlar

Əsgər and içdi : təəssüratlar

Əsgər and içdi : təəssüratlar

Əsgər and içdi : təəssüratlar

Əsgər and içdi : təəssüratlar


Əsgər and içdi : təəssüratlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz