» » Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

  

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

 

Ümid sənədir ancaq, Azərbaycan əsgəri! 

 

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!


Azərbaycan Əsgəri, salam.


Ümid sənədir ancaq, Azərbaycan əsgəri!


Bu şəkillərdəki hadisələr sənin Vətənində baş verib. Bu  faciələr  sənin həmvətənlərinə qarşı törədilib, daha böyük anlamda   insanlığa qarşı törədilib: müdafiəsi olmayan çocuqlara, qadınlara, qocalara qarşı törədilib. Hal-hazırda da  davam etməkdədir....

... Biz yaşlılar bir vaxt  belə  dəhşətli səhnələri ancaq kinofilmlərdə görmüşdük.  Amma keçən əsrin sonlarında erməni işğalçıları  həmin dəhşətli səhnələri   Azərbaycanda  törətdilər.  Təkcə Xocalı faciəsində 613 nəfər mülki vətəndaş vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər girov götürülüb. Onların çoxundan indi də xəbər yox.. Bunlar dəhşətli xronikanın az bir  hissəsidir.

...Atanı ailəsinin qarşısında sındırıblar, ləyaqətini tapdalayıblar. Həmin   atalar-ərlər  milyonlarla ölçülən  var-dövlətləri olsaydı, hamısını verib qadınlarını, gəlin köçəcək qızlarını qoruyardılar...Təki qadınlarına toxunmayaydılar, qızlarına  dəyməyədilər…Belə halları, təəssüf ki,  baş vermişdi.  Biz dağıdılmış evlərimiz, qarət edilmiş sərvətimiz,  maddi-mədəniyyət abidələrimiz üçün də çox heyfslənirik. Bunlar hamısını  bərpa edə biləcəyik deyə, adamı yandırmır.  Amma  namus yarasını  bərpa etmək, sağaltmaq olmur.

Ermənilər bizim  başımıza  bu müsibətləri gətirəndə  bir Vəli kişinin papağına toxunmadılar, bu, hamımızın papağı idi toxunurdular. Özünü qayadan atan qızların hər biri  bəlkə bizlərdən  birimizin gəlini olacaqdı... Ana olacaqdı.

Neçə-neçə fidanlar açılmadan torpağa gömüldülər...

Onda bacarmamışdıq, düşmənlərimiz havadarlarına görə güclü çıxmışdı.  Ordumuz, silahımız yox idi. Beynəlxalq aləmdə indiki kimi bizi  dəstəkləyəcək ölkələr yox idi. Sərkərdəmiz yox idi.  Amma indi İlham Əliyev kimi qətiyyətli rəhbərimiz, Ali Baş Komandanımız var.

Artıq Azərbaycan dünya dövlətlərinin   hər sahədə əməkdaşlıq etməyə , tərəfdaş olmağa can atdığı qüdrətli bir ölkədir. Regionun ən qüdrətli ordusu  bizdədir. Türkiyə kimi, Pakistan kimi  qardaş-dost ölkələr bizim  mübarizəmizi dəstəkləməkdədir.

 Bu gün Milli ordumuz  keyfiyyət və peşəkarlıq baxımından  hər birimizi  qürurlandırır.Hər bir əsgərimiz qəhrəmandır. Hər bir əsgərimiz canından belə keçməyə hazırdır, təki  Qarabağ murdar düşmənlərdən təmizlənsin.

 Azərbaycan tərəfi hər zaman münaqişənin sülh yolu ilə    nizamlanmasına ümid edib, öz xarici siyasıtini bu istiqamətdə qurub. Amma onu  da bildirib  ki, əgər sülh danışıqları  nəticəsiz qalacaqsa, Azərbaycan nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü  təmin edəcəkdir.

 Buna baxmayaraq, erməni tərəfi  hər zaman təxribatlar törətməkdə, atəşkəs rejimini pozmaqda  davam edir.  BMT- nin   4 mühüm qətnaməsi  hələ də icra edilməmiş qalır. ATƏT-in Minsk qrupu   30 ildir ki, münaqişənin  siyasi yolla həllini təmin edə bilməyib, buna heç maraqlı da olmayıblar. Son dövrlər  isə beynəlxalq hüquq normalarına etinasızlıq  göstərən  ermənilər daha azğınlaşmışdılar. Ermənistanın səfeh baş naziri   "Qarabağ Ermənistan torpağıdır "nöqtə” deyərək, münaqişənin dinc yolla həllini daha mümkünsüz etdi.  Əvvəlcə Tovuz  rayonu istiqamətindən sərhədimizə hücum etdilər.  Çoxlu sayda əsgər və zabitimiz  həlak oldu. Sentyabrın 27-dən isə artıq həyasızcasına    torpaqlarımıza intensiv olaraq hücumlar edilmədədir. Rusiyanın təşəbbüsü ilə   razılaşdırılmış humanitar atəşkəsi belə, pozaraq 2 dəfə Gəncə şəhərinə, Mingəçevirə, Bərdəyə,  Xızıya, Abşeron rayonuna  raket zərbələri endirmişlər. Ölən və yaralananlarımız var.

Unutmayın, düşmənlər hələ ayaq üstədir...  Dünyanın ayrı-ayrı yerlərində Qarabağımız üçün məkrli planlar düşünülməkdə, bu planları gizli şəkildə icra etməkdədirlər.


Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

 

İndi ümidlər sizə dikilib. Sizin hər biriniz Mübariz İbrahimovsunuz, Fərid Əhmədovsunuz, Ramil Səfərovsunuz...Polad Həşimovsunuz, Hünər Məmmədovsunuz... Siz bu anlarda hardasa keşikdəsiniz, hansısa hərbi tapşırığı yerinə yetirirsiniz. Arxa cəbhədə isə minlərlə gözəl-göyçək körpələrimiz mışıl-mışıl yatır, ya anasının, babasının, nənəsinin qucağında onlara çox şirin duyğular bəxş edir. Hardasa bir ana qızına cehizlik tədarük edir, hardasa bir ata oğluna toy çadırı quraşdırır... Siz olmasanız (dilim-ağzım lal olsun) bunlar olmayacaq. Hamı səksəkədə olacaq...

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!Azərbaycan Əsgəri, Vətən sən ayağını basdığın yerdən başlayır. Yadlar bura ayaq basa bilməz.

Vətən şirin-şirin yatan bir körpənin beşiyindən başlayır. Keşikdə möhkəm dayan, qəfil açılan toplar diksindirməsin onu.

Vətən iki sevgilinin görüş yerindən başlayır. Bu görüşün onlara vəd etdiyi əbədi səadətin zəmanəti sənin ələrindədir, onu hifz edən sənsən....

Dostlarınızla mehriban olun, komandirlərinizin əmr və tapşırıqlarını layiqincı yerinə yetirin.Təlimdə tər tökməsən, döyüşdə düşməninə zərbini göstərə bilməyəcəksən. Sən "Uzaq sahillərdə” filminə baxmısan. Mehdi xain gülləsindən yaralananda, qan vurmaq lazım gəlmişdi: Vasya irəli çıxıb öz qanını təklif etdi. Mehdinin damarlarında Vasyanın qanı axırdı. Vasya son döyüşdə həlak olanda Mehdi də yaralı idi, amma dostunun meyitini düşmənlərin əlində qoyub geri dönmək istəmirdi. Uzun  bir yolu dostunu qolları üstə gətirib düşmən əhatəsindən çıxartdı. Bax, adi günlərdə sizin aranızda belə dostluq və qardaşlıq olmalıdır. Bizim çox hiyləgər düşmənimiz var. Odur ki, biz sarsılmaz birliyə, dostluq və qardaşlığa malik olmalı, bütün səyləri birləşdirib torpağımızın toxunulmazlığını bərpa etməliyik. Biz sənin Qarabağda ucaldacağın Qələbə bayrağın üçün həsrətik. Bu gün naminə möhkəm dayanın.

Unutmayın ki, sizi burada həsrətli ana gözləyir, bir alagöz qız gözləyir. Həyətinizdə toy çadırınız qurulacağı yeri atanız çoxdan niyyətinə gətirib. Amin..Amin...

Bu Vətən torpağında qurulacaq toy çadırlarının sırasında sizin də çadırlarınız var...


Ümid sənədir ancaq, Azərbaycan əsgəri!


Qabil - Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Uzanır danışıqla, imzalanır sənədlər.
Xəritədə aləmə göstərilir sərhədlər.
Səsimizə səs verir dünya başbilənləri;
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Dəyirmi masalarda izi var dirsəklərin,
Ağla sığan söhbəti,sözü var dəstəklərin.
Yardım bağlamasında özü var dəstəklərin,
Lap ləl-cəvahir olsun hər yardımın dəyəri.
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Diplomat cənabların hər biri hörmətlidir.
Bu məqamda ölkəmə təşrifi qiymətlidir.
Səyi təqdirə layiq, rəyi ədalətlidir.
Gözdən-nəzərdən salan kimdir ki, bu işləri?
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

İşğal altında qalır torpağımız-daşımız,
Nələr görmür gözümüz, nələr çəkmir başımız....
Qarışıb bir-birinə baharımız-qışımız.
Çadır göstərmək olub hər çatana peşəmiz.
Sərgi olmasın deyə bu Mil-Muğan düzləri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Ali qonaqlar gəlir dünyanın hər yerindən.
Ürək yanır,göz dolur Şəhid qəbirlərindən.
Düşünüb daşınıram,özlüyümdə dərindən;
İntiqam ala bilməz,məzarları bəzəyən ehtiram çiçəkləri
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Söhbətlər çözələnir, bir şey görünmür hələ,
Heyyətlər təzələnir, bir şey görünmür hələ.
Müddətlər təzələnir, bir şey görünmür hələ.
Açılmır ki, açılmır düyünü bu torpağın.
Qov alışa bilərmi, od saçmasa çaxmağın?
İldırımlardan belə umma bu zərrələri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Sülhə qurban kəsərəm ,mən də qan istəmirəm!
Təzə-tər qərənfilli xiyaban istəmirəm!
Tükənir səbrim fəqət, sazişlər,
Qətnamələ, bəyanatlar kifayət!
Ziyafətlər kifayət!
Ziyafət dumanında nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan biyaban istəmirəm!
Yellənsin sülh bayrağı!
Bu bayrağa kəm baxan,
Həm baxmayan, həm baxan
Bədgüman istəmirəm!
Sevindirsin milləti qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

 

P.S: Azərbaycan əsgərinə ünvanlanan bu məktub  portalımızda  6 il əvvəl dərc olunmuşdu. Aktuallığını nəzərə alaraq,  müəyyən əlavələrlə onu yenidən işlədik.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz