» » Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri keçiriləcək

Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri keçiriləcək


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 18-də müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərə 15 min nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.
Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin digər xarakterik xüsusiyyətlər şəraitində keçiriləcək təlimlərdə qoşunlar müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirəcəklər.
Təlimlərin müvafiq mərhələləri zamanı müxtəlif poliqonlarda yeni silah sistemlərinin də istifadəsi ilə döyüş atışlarının yerinə yetirilməsi nəzərdə tutulur.
Genişmiqyaslı təlimlər sentyabrın 22-dək davam edəcək.

Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri keçiriləcək

Mənbə:https://azertag.az/xeber/Silahli_Quvvelerin_genismiqyasli_telimleri_kechirilecek-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Появился в инете русский кинофильм Крым. суперский, душевный, нужно посмотреть всей семьёй, здесь источник скачать кинокартину КРЫМ ТУТ
  • Нравится
  • 0