» » 18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür

18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür

18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür

18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin
mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində
Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.
Tarixi haqqımız olan müstəqilliyimizi qazandıqdan, 1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Müstəqil dövlətin əsas dayağı olan silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi. 1991-ci ilin dekabr ayının 9-da Azərbaycan Respublikasının Milli Şurası "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" Qanun qəbul etdi. Həmin ilin dekabr ayının 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı.
Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli sərəncamı ilə hər il avqust ayının 18-i Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur..

Ölkəmizin sərhədçiləri mövcud olduğu dövrdən indiyə kimi çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsinə nail olmuşlar. Bu proseslər zamanı sərhədçilər dəfələrlə silahlı müqavimətlərlə rastlaşmış və həmin müqavimətləri fədakarlıqla dəf etmişlər. Bu cür cinayətkar dəstələrə qarşı keçirilən əməliyyat tədbirləri sırasında uzun müddət axtarışda olan, Azərbaycan Respublikasının şimal-qərb bölgəsində qatı cinayətlər törətmiş Hacı Maqomedovun başçılıq etdiyi silahlı quldur dəstəsinin 2002-ci ilin iyul ayının 13-də Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən zərərsizləşdirilməsi, dəstə başçısının isə məhv edilməsi xüsusi yer tutur. Həmin əməliyyat tədbirində sərhədçilərin rəşadəti Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək dəyərləndirilmişdir. Azərbaycan Respublikasının dövlət sərhədinin toxunulmazlığının təmin edilməsindəki xidmətlərinə, şəxsi igidlik və şücaət göstərdiklərinə görə Dövlət Sərhəd Xidmətinin iki əsgəri - Anar İsmayılov (ölümündən sonra) və Təbriz Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişlər.
 
18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür

2008-ci ilin yanvar ayında silahlı sərhəd pozucuları ilə döyüşə girən və qəhrəmanlıqla həlak olan leytenant Qorxmaz Həşimov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
Ümumilikdə 3 sərhədçi zabit, 1 gizir, 1 kursant və 1 əsgər "Azərbaycanın Milli Qəhrəmanı" adına, onlarla əsgər və zabit isə müxtəlif dövlət təltiflərinə layiq görülmüşlər. Qəhrəmanlıq göstərmiş sərhədçilərin xatirəsini əbədiləşdirmək üçün 7 sərhəd zastavasına onların adları verilmişdir.
Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.
Vətənimizin, xalqımızın, müstəqilliyimizin keşiyində sərvaxt dayanan qəhrman sərhədçilərimizi peşə bayramları münasibəti ilə təbrik edirik.

18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür

18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür

18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür

Mənbə:http://www.dsx.gov.az/1992-ci_ilden_sonra# (İxtisarla)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz