» » Milli Məclisin deputatları Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar

Milli Məclisin deputatları Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar

Müəllif: Dəyanət от 12-02-2017, 10:00
Milli Məclisin deputatları Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar

Fevralın 11-də Milli Məclisin deputatları, Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin bir qrup üzvü Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Qəhrəmanın Qusarın Şəhidlər xiyabanındakı qəbri ziyarət olunub, ruhuna dualar oxunub.
Daha sonra şəhid Çingiz Qurbanovun orta təhsil aldığı Həzrə kənd tam orta məktəbin kollektivi ilə görüş olub. Milli Qəhrəmanın müəllimləri onun haqqında xatirələrini bölüşüb, Çingizin çalışqan və tərbiyəli şagird olduğunu diqqətə çatdırıblar. Deyiblər ki, Ç.Qurbanov hərbi dərslərə marağı ilə seçilirdi, "Şahin” hərbi-idman oyunlarında məktəb komandasının əsas üzvlərindən biri idi.
Məktəbdə keçirilən görüşdən sonra Milli Qəhrəmanın ailə üzvləri ziyarət olunub. Şəhidin atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu gün Azərbaycanın hər yerində Çingizin qəhrəmanlığından, onun Vətən sevgisindən danışılır. "İndi Qusarın Həzrə kəndi haqqında bütün ölkə vətəndaşlarının xəbəri var. Prezident İlham Əliyev Çingizin qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verdi. Çingiz kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq”.
Xatırladaq ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da düşmənlə qeyri-bərabər döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
Milli Məclisin deputatları Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar

Milli Məclisin deputatları Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar

Mənbə: http://azertag.az/xeber/Milli_Meclisin_deputatlari_Milli_Qehreman_CHingiz_Qurbanovun_xatiresini_aniblar-1034470

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz