» » Şəhid əsgər Çingiz Qurbanovun cənazəsi Qusar rayonuna yola salınıb

Şəhid əsgər Çingiz Qurbanovun cənazəsi Qusar rayonuna yola salınıb

Müəllif: Anaveusaq.az от 6-02-2017, 12:18
Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanov ilə fevralın 6-da vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhid əsgərlə vida mərasimi Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində keçirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına başsağlığı verib.
Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev bildirib ki, ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun cəsədi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
İdarə rəisi şəhidin həyat və döyüş yolu barədə məlumat verib.
Şəhidin atası Salman Qurbanov oğlunun cəsədinin qaytarılmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda şəhid Çingiz Qurbanovun cənazəsi dəfn edilməsi üçün Qusar rayonuna yola salınıb.

Şəhid əsgər Çingiz Qurbanovun cənazəsi Qusar rayonuna yola salınıb
Şəhid əsgər Çingiz Qurbanovun cənazəsi Qusar rayonuna yola salınıb
Şəhid əsgər Çingiz Qurbanovun cənazəsi Qusar rayonuna yola salınıb
Şəhid əsgər Çingiz Qurbanovun cənazəsi Qusar rayonuna yola salınıb
Şəhid əsgər Çingiz Qurbanovun cənazəsi Qusar rayonuna yola salınıb

Mənbə:http://azertag.az/xeber/Sehid_esger_CHingiz_Qurbanovun_cenazesi_Qusar_rayonuna_yola_salinib-1032593

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz