» » Şəhid əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi Azərbaycana qaytarıldı

Şəhid əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi Azərbaycana qaytarıldı

Şəhid  əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi  Azərbaycana qaytarıldı

Şəhid  əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi  Azərbaycana qaytarıldı

AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib ki, 2016-cı il dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
Bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmiş humanitar proses insidentsiz başa çatıb.
Şəhidimizin nəşi hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiətilə Bakı şəhərinə yola salınıb.
Şəhidin atası Salman Qurbanov informasiya vasitələrinə açıqlamasında bildirib ki, oğlu Çingiz Qurbanov Qusarda torpağa tapşırılacaq.
Çingiz 1994-cü ildə Qusada anadan olmuşdu.

Şəhid  əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi  Azərbaycana qaytarıldı

Şəhid  əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi  Azərbaycana qaytarıldı

Şəhid  əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi  Azərbaycana qaytarıldı

Şəhid  əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi  Azərbaycana qaytarıldı

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz