» » Yaşadığımız əmin-amanlığın hər anı üçün Mübariz kimi oğullara borcluyuq

Yaşadığımız əmin-amanlığın hər anı üçün Mübariz kimi oğullara borcluyuq

 
Yaşadığımız əmin-amanlığın hər anı üçün Mübariz kimi oğullara borcluyuq

Vətən uğrunda döyüşlərdə canlarını qurban verən əsgərlər bizim and yerimizdir. Yaşadığımız əmin-amanlığın hər anı üçün biz onlara borcluyuq. Onların həyat yolu, Vətən sevgisi hər brimiz üçün nümunədir. Onlar təkcə yubiley günlərində, ildönümlərində deyil, hər zaman bizimlə olmalıdır. Biz dinc günlərimizi yaşayarkən bu anlarda Vətənin keşiyini çəkən əsgərlərə minnətdar olmalıyıq. Bu, ordumuzun qüdrəti üçün zəruridir. Ordumuz xalq sevgisini, ona bəslənilən ehtiramı hər zaman görməli, hiss etməli və duymalıdır.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının qəhrəmancasına həlak olmasından 4 il keçir. Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə çoxlu sayda düşmən məhv edərək şəhid olub. Bir neçə erməni hərbçisini öldürən və yaralayan hərbçimizin meyitini Ermənistan tərəfi uzun müddət qaytarmaqdan boyun qaçırırdı. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan Mübariz İbrahimov, eləcə də şəhid zabit Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verdi.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də gizir Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə sərəncam imzalayıb.
Mübariz və Fərid kimi oğullar dünyaya gətirən ata-analara eşq olsun. Biz onların qarşısında baş əyirik.

Allah bütün şəhidlərimizə rəhmət etsin.


Yaşadığımız əmin-amanlığın hər anı üçün Mübariz kimi oğullara borcluyuq

Yaşadığımız əmin-amanlığın hər anı üçün Mübariz kimi oğullara borcluyuq

 

Yaşadığımız əmin-amanlığın hər anı üçün Mübariz kimi oğullara borcluyuq

 

Yaşadığımız əmin-amanlığın hər anı üçün Mübariz kimi oğullara borcluyuq 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz