» » Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir

Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir

 

Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir

Xalqımızın gözəl adətləri olub, bu gün də var. Qədrini bilsək, qoruyub saxlaya bilsək, sabah da olacaq. Bu miraslar ən böyük sərvətimizdir: "taxılımız kimi, neftimiz kimi", hətta mən bu sərvətləri onlardan da dəyərli bilirəm. Götürmək lazım olsa, mən dədə-babalardan qalan sərvətə əl uzadaram.
Bir çən neftlə 1 il yaşamaq olar, amma bir şirin sevgi vüsalına qovuşsan, ta ömrün sonuna kimi qoşa uçsanız belə "yoruldum" deməzsiniz. Dədə-babalarımızdan qalan miras əlaq, adər-ənənələrimiz, mənəviyyatımızla bağlı sərvətlərdir. Göydən başımıza zər-ziba yağır, amma "qalustuklu odun parçalarından" fərqli bir şey deyiliz. Günlərimiz fərqli işıqların sayrışdığı kazinolarda, gecənin bir vaxtı yatacaq məskıninə qayıdacaq halımız olsa, sükutdan, sükunətdən başqa gözləyənimiz yox...Neynirik belə həyatı. Sən evinə yaxınlaşdıqca qapıda bənövşə kimi bitib yolunu gözləyən yoxdusa, nə həyat oldu ey bu... Və yaxud qohumluq münasibətləri, xeyir-şər münasibətləri, xeyirxahlıq addımları və sair, və ilaxır...
Belə miraslardan, zəngin ənənələrdən biri də əsgər yola salmaq, əsgər qarşılamaq, əsgəri gözləməkdir.
Uşaq vaxtı yaxşı xatırlayıram, kəndimizdə əsgər yola salmaq, əsgə qarşılamaq mərasimlərini Hər ikisi günlərlə davam edən bir el tədbiri olardı.İnsanlar bir-birlərinin məclislərində həmrəylik olurdu.Bu, təskinlikdən başqa böyük təsir gücünə malik idi. Əsgər ən çətin məqamda bunları xatırladıca mənən dha qürurlu, ümidli olur. Vətən oğlu ailənin, şəcərənin, el-obanın, ümumilikdə Vətən adlı Anamızın əmanətində olurdu. bu yazımıza mən əsgər balalarımızın bu həyatının daha bir şirin səhifəsinə diqqət yaratmaq istəyirəm.
Gənclərimiz o vaxt xidmətə gedirlər ki, sevgili olurlar, nişanlı olurlar, toya hazırlaşırlar və s.
Allah bütün əsgərlərimizi hifz etsin, sağ-salamat ata ocaqlarına dönsünlər, bu məkanda toy çalınsın, bir ismətli vətən gözəlinin səadətinə qovuşsun əsgərlərimiz, inşallah.

Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir

Mənim üçün əsgər sevgilisi olan qızların vəfası, sədaqəti vətənə xidmətin daha bir formasıdır. Sevən əsgərlərimiz əminliklə, arxayınlıqla xidmət etməlidir.O həmişə duymalıdır ki, Vətəndə onu Əziz Anası ilə bərabər, həm də həsrətli bir qı gözləri gözləyir.
Sevgi əsgəri ac, özü də soyuqda – şaxtada qaldığı bir krituk dözümdə cəsarətli edəcək.
Sytlarda əsgər məktubları, nakam əsgər sevgiləri haqqında yazılara rast gələndə çox pis oluram. Biz hər birimiz əsgərimizə borcluyuq. Onlar ağıllı olsunlar. Onlar sevməyə, sevilməyə də layiqdirlər. Bir çox illər əvvəl rayonlarımızın birində sevgililəri əsgər gedən oğlanları hərbi komissarlıqdan yola salmağa gələn qızlar qınaqla qarşılanmışdılar. Niyə axı..niyə..? Əgər bu sevginiun sonu şrin vüsalsa, niyə valideynlər onu tamamlamasın, nizamlamasın?
İstər əsgərlik, tələbəlih, daha sonrakı mərhələlər olsun, qız, qadın böyük təsir gücünə malikdir. Gözəl və ağıllı qızlarımız ailə qurmağa razılıq verdiyi oğlumuzun adicə bir qəbahət etməsinə imkan verməyəcək:sözüylə, baxışıyla, münasibətiylə..
Bu sevgidə qəbahət olan heş nə yox. Təki dünya salamatçılıq olsun. Təki əsgər balalarımız sağ-salamat evlərinə qayıtsın..İnşallah, qoyub getdikləri sevgiyə sədaqətlə qayıtsınlar, qızlarımız bu sevgiyə sədaqətlə onların yolyunu gözləsin, niyə qapımızda düyün qurmayaq, uşaqların anasını yanımıza alıb bir qol açmayaq. Dədə-babalarımızdan bizə miras qalan budur da...


 

Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir

 

Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir

 

Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir

 

Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir

 

Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir

 

Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir

 

Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir

 

Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir

  

Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir


Əsgər nişanlısı olmaq da Vətənə xidmətdir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz