» » Qarabağ sevgisi bu torpağın gələcək sahiblərində yeni bir duyğu yaratdı: qədirşünaslıq duyğusu

Qarabağ sevgisi bu torpağın gələcək sahiblərində yeni bir duyğu yaratdı: qədirşünaslıq duyğusu

Qarabağ sevgisi bu torpağın gələcək sahiblərində yeni bir duyğu yaratdı: qədirşünaslıq duyğusu

Bizim nəslin uşaqlığından uzun zaman keçib: 5-6 onillik. Onda biz əsgər sözünün mənasını bilmirdik; heç öz adımızın mənasını da bilmirdik.Bir qədər böyüdükdən sonra Böyük Vətən Müharibəsi illərindn qayıtmayan babalar, əmilər, dayılar haqqında hər zaman qara geyinmiş gördüyümüz nənələrdən, ixtiyar qocalardan bildik. Bildik k i, babalarımız, əmilərimiz, dayılarımız müharibəyə gedib qayıtmayıb. "Nemes”lər nənələrin qarğışını eşidərdik, amma mahiyyətinə vara bilməzdik.Sən demə, "milyonlarla gedib qaytmayan insanlara ünvnsız əbədi ünvan imiş bu 1941-45 arası” Və bu nənələrdən birini şıxmaq şərti ilə, hamısını son günədək qarageyimli gördük.
Bu, nə "Qara geyimli qızın hekayəti" idi, nə "Kəniz satan padşahın hekayəs" idi, bə "bişrin hekayəsi" idi, nə "Rus qızının hekayəsi" idi, nə"Mahanın hekayəsi"idi, nə "Xeyir və Şər" hekayəsi idi, nə də ki, 7-ci iqlim padşahının qızı söyləyən nağıl. Bunlar qalmışdı uzaq əsrlərin o tayında. Bu nağıl XX əsrin ortalarında baş vermişdi. Və biz dünyaya gələndə üstündən hələ cəmi 10 il keçirdi: havadan barıt qohusu çələ çəkilməmişdi, başsız/dul qalanların göz yaşları hələ qurumamışdı.Qarageyimli nənələr hələ də ümid edirdilər ki, təkqol, təkqıç qayıtsın, barı, sağ qayıtsın, dönsün. Yazıq İsfəndiyar kişi də bir əsgər xəbəri eşidən kimi xalçnın üsündə asdığı sazı götürüb verirdi özünü tut ağacının altına...
Beləcə, müharibə anlayışı dünyamıza daxil olmuşdu.
Sonra evlərimizdə əsgər yaşı çatan qardaşlarımız, əmimiz, dayımız oldu, gördük ki, onları yola salanda el-oba axışıb gəlir, eynilə əsgərlikdən qayıdanda da, bir qədər valideyn narahatçılıqlarını başa düşmək olardı. Fəqət sübh şəfəqli sabahlar üçün Vətəni də qorumaq lazımdır. Əsgərlərimiz də Vətəni, torpaqları qoruyanlar anlayışını ehtiva edirdi. Hardasa 18 yaşına kimi keçmiş sovetlər ordusunda xidmət edən qardaşlarımız oldu, dost-tanış oldu. Onların yolasalma, qarşılanma mərasimlərində iştirak etdik. Filmlərdən bildik, televiziyada gördük. Gördük ki, əsgərlər indi müharibə yoxdur, sərhəddə dayanır, hərbi təlimlərlə məşğul olurlar. Xüsusi fövqəladə vəziyyətlərdə əsgərlər iştirak edir, insanları xilas edirlər. Tək-tək hsllarda da gördük ki, əsgər öz həyatını risk qarşısında qoyub təhlükəli vəziyyətlərdə qoyub dar vəziyyətə düşmüş adanmları xilas edir .
Təxminən 80-ci illərə kimi "Əsgər”, " Ordu” XİLASKARLIQ simvolu idilər. 80-ci illərdən sonra ordunu xilaskarlıqla yanaşı ədalətsiz, heç bir sağlam məntiqə, beynəlxalq hüquqa əsaslanmayan əməllərə qoşdular. Onlardan bir nümunə də Qarabağa olan təcavüz. 1941-45-ci illərdə başının üstünü təhlükə alanda canlı qüvvəsi ilə döyüşlərə atılan, texnikasını cana gətirən neftlə, mazutla təmin edən bir xalqı bu ordunun varisləri gülləbaran etdilər, Xocalı və s faciələri törətdilər.
Böyük Vətən Müharibəsindəki xidmətlərə görə doğma Bakımız qısqanclıqdan, ədalətsizlikdən Qəhrəman şəhər haqqına layıq görülmədi. Amma bu torpağın, bu xalqın suçu da deyildi ki, 30 ilə yaxındır ki, bizə bu acıları yaşamağa məhkum etdilər.

Qarabağ sevgisi bu torpağın gələcək sahiblərində yeni bir duyğu yaratdı: qədirşünaslıq duyğusu

20 Yanvar hadisələrində Bakının küçələrində qaçaq-quldura oxşayan saqqallı əsgərləri özüm görmüşəm.. xocalı şəhərini yerlə-yeksan edılməsində 366-cı motoatıcı alayın iştirakı da bütün təfsilatı ilə məlumdur.
Bu gün Rusiya bu yerlərə sülhməramlı orduyla girmək istəyir. Axı siz bu inamı artıq itirmisiniz. 1941-45-ci illərdə xilaskar sovet əsgərinin hərbi geyimini geyən erməni qulduru necə əsgər sayıla bilər, onların bizim torpaqlarda nə işi var? siz bunları ədalətlə etsə idiniz, əlbəttə ki, keçmiş sovet xalqları ciddi məqamlarda yenə sizə üz tutardılar.
Sovet əsgərinin müharibə dövründə, istərsə də dinc dövrlərdəki rolu və yeri ilə bağlı orta yaşlı nəsil müəyyən qədər bilirdi, görmüşdü və inam var idi. Amma bu inam artıq itib və orta nəsil də tükənmək üzrədir. Yeni nəsil isə daha heç zaman quldurbaşı Şaumyanın heykəlinin qarşısında fəxri keşikdə dayanmayacaq, pioner salamı verməyəcək, əklil qoymayacaq, göz yaşları tökməyəcək...

.. Kür, Araz, Ararat. Nə gözəldi həyat.
Qardaş olub Hayastan,. Azərbaycan...
oxumayacaq...
Biz artıq müstəqil ölkəyik, bunun fərqindəyik. Biz yaxşı dərk edirik ki, ən yaxşı, etibarlı Sülh üçün öz qüdrətli ordun olmalıdır. Bu ölkənin vətəndaşları xalqını, torpağlnı sevməli, tarixinu, bayrağını, dilini, mədəniyyətini sevməli, Üçrəngli bayraq ətrafında dövlətçilik naminə sıx birləşməlidir.
Ölkənin intellektusl potensialı həmçinin onun müqəddərtıdır. Gənclərimiz elmi biliklərə yiyələnməli, ən müasir texnologiyakları mənimsəməlidir. Bununl yanaşı etibarlı sülhümüzü təmin edən Milli Ordumuz olmalıdır.
Şükür Allaha, bunlar artıq gerçəyə çevrilməkdədir. Biz ümidli sabahlarımıza çox inanırıq.
Və Azərbaycan torpağını qoruyacaq hünərvər oğul və qızlarımız da özümüzdən olacaq.Bu gün onlar bağçalarda, məktəblərdə təhsil alırlar. Bizim Əsgərlərimiz onlar olacaq..Əmin-amanlıq üçün, elmin zirvələrini kəşf etmək üçün.
Qarabağ sevgisi bu torpağın gələcək sahiblərində yeni bir duyğu yaratdı, qədirşünaslıq duyğusu yaratdı. Mən bunu insanların əhvli-ruhiyyəsində görürəm.
Milli Ordumuza böyük sevgi formalaşdı.

Qarabağ sevgisi bu torpağın gələcək sahiblərində yeni bir duyğu yaratdı: qədirşünaslıq duyğusu

 

Qarabağ sevgisi bu torpağın gələcək sahiblərində yeni bir duyğu yaratdı: qədirşünaslıq duyğusu

Zabit heyətimiz keyfiyyətcə çox yeniləndi. Sərkırdəmiz əsgərlərlə üz-üzə əyləşib çörək yeyir, hal-əhval bilir. Əsgərliyə bir qədər fərqli olan münasibət bu gün tamam başqa mahiyyət kəsb edir. Ordu artıq xalqın ürəyinə yol tapa bilmişdir. Xalqda ordumuza elə inam yaranıb ki, bu inam həm də Azərbaycanın sipəridir, müdafiəsidir, xilasıdır, sübh şəfəqləri ilə açılan sabahlarıdır.
Azərbaycan xalqı dünyanın ən şəfqətli, ən qonaqpərvər xalqlarından biridir. Biz həmişə Sülh nəğmələri oxumuşuq və oxuyacağıq. Biz həmişə bütün dünyaya Sülh arzulamışıq və bu gündən sonra da arzulayacağıq. Amma əbədi sülhün təminatı müstəqil, mübariz ordudan və bir də bu orduda xidmət edən oğulların , hər birimizin milli hiss və qürurundan asılıdır.

Qarabağ sevgisi bu torpağın gələcək sahiblərində yeni bir duyğu yaratdı: qədirşünaslıq duyğusu

Qarabağ sevgisi bu torpağın gələcək sahiblərində yeni bir duyğu yaratdı: qədirşünaslıq duyğusu

                                                           Qarabağ sevgisi bu torpağın gələcək sahiblərində yeni bir duyğu yaratdı: qədirşünaslıq duyğusu

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz