» » Topçu Vüsal: “Hamı gəlib mənimlə şəkil çəkdirir” - MÜSAHİBƏ

Topçu Vüsal: “Hamı gəlib mənimlə şəkil çəkdirir” - MÜSAHİBƏ


Topçu Vüsal: “Hamı gəlib mənimlə şəkil çəkdirir” - MÜSAHİBƏ

Vətən müharibəsində "Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov böyüyüb boya-başa çatdığ Xaçmaz rayonunun Qusarçay kəndinə məzuniyyətə gəlib.
Azvision.az-ın əməkdaşı Vüsalla söhbətləşərək döyüşlərlə bağlı onun təəssüratlarını öyrənib.

-Vüsal bəy, necəsiniz? Məzuniyyətiniz necə keçir?


- Yaxşıyam. Başım bir az qarışıqdır. Qohumlar, yaxınlar gəlib mənimlə görüşürlər. 10 günlük məzuniyyətə çıxmışam. Ayın 20-dək buradayam.

- Vətən Müharibəsi tarixinə "Topçu Vüsal” adı ilə düşdünüz. Belə məşhur olacağınızı gözləyirdinizmi?

- Çəkilişdən iki gün sonra zəng edib komandirimlə danışdılar. Sonra videonun ictimaiyyət arasında geniş yayıldığını bildirdilər.

- Kənd əhalisi yəqin ki, sizinlə fəxrlə salamlaşır. Bunu hiss edirsinizmi?

- Hamı gəlib mənimlə şəkil çəkdirir. Ən çox da uşaqlar mənə yaxınlaşır.

- Sizdən nə soruşurlar, nə deyirlər?

- Müharibə haqqında soruşurlar, necə oldu, nətər oldu deyə suallar verirlər. Döyüşlərdə iştirakım insanları maraqlandırır.

- Siz onların qəhrəmansınız.


- Bəli.

- Qanlı-qadalı günlərdən sonra mülki həyata uyğunlaşa bilirsinizmi?

- 22 ay idi ki, mən məzuniyyətə gəlmirdim, xidmət göstərirdim. Hələki mülki həyata öyrəşə bilmirəm. Fikrim orduda qalıb.

- Hansı istiqamətlərdə döyüşdə olmusunuz?

- Füzuli, Cəbrayıl, Qubadlı ərazilərində döyüşlərdə iştirak etdim. İndi isə Şuşada xidmət göstərirəm. Hər əsgərə bu qismət olmur. Döyüş yolumla bağlı fəxarət hiss edirəm.

- İlk dəfə idi ki, müharibədə iştirak edirdiniz. Həyəcan var idimi?

- Müharibə başlamamışdan qabaq bizi məlumatlandırmışdılar. Müharibə başlayanda təbii ki, həyacan var idi. Sonradan öyrəşdik. Hər kəs öz işi ilə məşğul oldu.

- Ömrünüzün sonuna kimi unuda bilmədiyiniz hansı döyüş səhnəsi var?

- Səfərbərliklə çağırılan əsgər yoldaşım yaralanmışdı. Onu itirmək təhlükəsi ilə üzləşmişdik. Bu mənim üçün çox ağır məqam idi.

- Döyüşlərdə düşmənə zərbələr vurduğunuz top sizə həm də uğur qazandırdı.

- Bəli, həmin top hələ də yerindədir. Vaxt olanda onun şəkil çəkdirirəm.

Topçu Vüsal: “Hamı gəlib mənimlə şəkil çəkdirir” - MÜSAHİBƏ

Mənbə: Femida.az

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.