» » "...daha çox yanaşmalar, metodologiyalar, modellər və s. bu kimi yeni baxışlarla tanış olduq..." – Müsahibə

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s. bu kimi yeni baxışlarla tanış olduq..." – Müsahibə

 

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə Bu gün Azərbaycan iqtisadi, siyasi və mədəni sahələrdə öz uğurlu   inkişafı ilə  dünya  nizamına qovuşmuşdur.  Diqqəti cəlb edən bir mühüm  cəhət də budur ki, aparılan iqtisadi islahatlar, böyük quruculuq işləri  inkişaf etmiş   dövlətlərin ölkəmizlə   bütün  sahələrdə geniş əlaqələr yaratmaq   səyləri ilə müşayiət olunur.   Belə qarşılıqlı əlaqələr dünya təcrübəsi ilə tanışlıq, qabaqcıl texnologiyaları, idarəetmə mexanızmlərini Azərbaycana gətirmək baxımından bizim üçün də çox əhəmiyyətlidir.  Məsələn,  artıq bir neçə ildir ki, Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin Drezden şəhərində Azərbaycanla birgə həyata keçirəcəyi "İqtisadi kooperasiya" üzrə   ixtisasartırma kursları təşkil edilir.  

Xatırlayırsınızsa, jurnalımızın  19 oktyabr tarixli sayında     Menecer Təlim Proqramları çərçivəsində  Almaniyan –Azərbaycan birgə təlimi haqqında  xəbər vermişdik.

16 oktyabr-10 noyabr 2017-ci il tarixlərində   Almaniyanın Drezden  şəhərində  keçirilən birgə təlimlərdə Azərbaycan şirkətlərinin 16 nümayəndəsi də iştirak etmişdir.

Artıq  ixtisasartırma kursu  başa çatmış,  azərbaycanlı  mütəxəssislər  vətənə qayıtmışlar.

"Ana və Uşaq” bu məqsədlə     Almaniyadan yenicə qayıtmış 16 dinləyicidən biri -   insan resursları üzrə    mütəxəssis    Dəyanət Əhmədovdan müsahibə almışdır. 

Aşağıda həmin müsahibəni  sizə təqdim edirik.

"Ana və Uşaq”

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə 

İlk olaraq Almanıya səfərininizn məram və məqsədi haqqında danışaq.

Bu proqram Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Almaniya İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyi arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumuna uyğun olaraq 2009-cu ildən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti(GiZ) tərəfindən keçirilməkdədir.
Sirr deyil ki, Azərbaycan bu gün öz uğurlu inkişafı ilə təkcə regionda deyil, eləcə də dünyada nüfuz sahibi olan ölkələrdən biridir. Mətbuatda, televiziyada fikir vermisinizsə, ölkəmizə gələn hər bir tərəfdaş və dost saydıqlarını dönə-dönə dilə gətirirlər.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab sentyabr ayının 16-da AZƏRTAC-a verdiyi müsahibədə verdiyi açıqlama bunu bir daha təsdiqləyir. Cənab Səfir öz müsahibəsində demişdir: "Almaniya-Azərbaycan münasibətləri intensiv inkişaf edir. Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş spektrli iqtisadi əlaqələr qurmayıb. Bu özünü, məsələn, onda göstərir ki, Almaniyanın MDB məkanında Rusiyadan sonra ikinci Xarici Ticarət Palatası yalnız Azərbaycanda təsis olunub.”
Bu iki ölkə arasında davam edən əlaqələrin tarixi 25 ildir. Bəlkə də rəqəm baxımından 25 böyük rəqəm də deyil. Amma bu qısa müddət ərzində Azərbaycan gənc bir müstəqil ölkə olaraq inamla öz iqtisadiyyatını qurur. Strateji yol xəritəsində göstərildiyi kimi, Azərbaycanda sahibkarlığın inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi Azərbaycan dövlətinin prioritetidir. Bu strategiyanın əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi-siyasi kurs dayanır.

Bu proqramın məqsədi nədir?

İldə əsasən bir dəfə keçirilən proqram, 2017-ci il 2 dəfə keçirildi. Azərbaycanın müxtəlif qurumlarından təmsil olunan 16 menecer qrupu ilə proqramın oktyabr sessiyasında biz də iştirak etdik. 16 oktyabr-10 noyabr tarixləri arasında Almaniyanın Drezden şəhərindəki NBL təlim mərkəzində keçirilən kursun əsas məqsəsdi idarəetmə və iqtisadi kooperasiya üzrə vacib olan 14 bacarığın inkişaf etdirilməsidir. Bu məqsədlə biz müxtəlif fərdi və ümumi biznes görüşləri keçirdik, bu istiqamətdə müxtəlif praktiki təlimlərə qatıldıq, bir sıra tədbir və sərgilərdə iştirak etdik.
 

 "...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

Bu proqramda nə öyrəndiniz?

Proqram Almaniya-Azərbaycan biznes əlaqələrinin inkişaf etdirilməsinə xidmət edir. Belə ki, Təlim Proqramının məqsədi Almaniyanın tərəfdaş ölkələrlə ikitərəfli əlaqələrinin yaradılması və onlara inkişaf istiqamətində yardım etməkdir. Bunun üçün ölkəmizdəki xarici müəssisələrdə fəaliyyət götərən əməkdaşların Almaniyada iqtisadi təhsil alması, biznes əlaqələrinin yaradılması ilə yeni bazarların inkişafı, Azərbaycan biznesinin rəqabətqabiliyyətliliyini idarəetmə bacarığı vasitəsilə yüksəltmək əsas vasitələrdir.
Bu proqramda ən əsası Almaniya və onun kontektstində digər Avropa ölkələrinin biznes anlayışına baxış tərzini öyrəndim. Almaniya və digər Avropa ölkələri ilə əməkdaşlıq etmək üçün əslində hansı mövqedən və nə cür çıxış etmək yanaşmasını öyrəndim.

Azərbaycan dövləti üçün öyrəndiyiniz hansı nəzəri və praktiki bilikləri tətbiq edəcəksiniz?

Bu bizim ilk əməkdaşlığımız idi, odur ki, daha çox yanaşmalar, metodologiyalar, modellər və s. bu kimi yeni baxışlarla tanış olduq. Hal-hazırda inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrdən geri qalmasının səbəbi biliklər yox, onun modelləşdirilməsi və sadə konsepsiya halına salaraq daha az zamanda daha çox işlər görə bilmək strategiyasının olmamasıdır. Avropa və Qərb sistemi bizi bu yanaşma tərzi ilə bir əsr qabaqlamaqdadır.
Ancaq mən idealist və pozitiv insan kimi, Avropa və Qərb sistemi arasındakı məsafənin daima bu şəkildə fərqli qalacağına inanmıram, informasiya əsrində bu modellər,yanaşmalar, metodologiyalar sürətlə digər ölkələrə də yayılmaqdadır. Bizim bu proqramda iştirak etməyimiz də, məncə, məhz həmin strategiyanı öyrənmək və öz ölkəmizdə tətbiq etməkdədir.

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə


Almaniya ilə Azərbaycan arasında əsas hansı iqtisadi, mədəni-ictimai fərqləri gördünüz?

Əslində, qloballaşan dünyada ölkələrarası, dövlətlərarası fərqliliklər itmək üzrə davam etməkdədir. Ancaq buna baxmayaraq, mədəniyyətləri formalaşdıran mənbələr fərqli olduğuna görə, istər-istəməz, Azərbaycan ilə Almaniya arasında bənzərliklər və fərqliliklər mövcuddur.
İqtisadi baxımdan çox dayanıqlı, davamlı sürət tempinə malik olan Almaniyanın iqtisadi gücü və sənaye klasterləri (Klasterlər - eyni və ya bənzər sektorda fəaliyyət göstərən, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı ticarət əlaqələrinin qurulması, kommunikasiya və qarşılıqlı dialoq imkanlarına malik olan sahibkarlıq subyektlərindən ibarət sistemlərdir.
Eyni zamanda, klasterlərdə kiçik və orta sahibkarlıq subyektləri arasında həm rəqabət, həm də əməkdaşlığın eyni anda təmin edilməsi nəzərdə tutulur.) haqqında internetdə və tədqiqatlarda kifayət qədər məlumat var. Ancaq mənim ən çox diqqətimi çəkən hissə Almaniya Federativ Respublikasında kiçik və orta biznes sahibkarlığının iqtisadiyyatın ana sütununu təşkil etməsi oldu. Hətta, onların iqtisadiyyatlarında "gizlənmiş çempionlar” adlı şirkətləri mövcuddur ki, bu şirkətlər dünyada çox spesifik bir məhsul istehsal edirlər və ya xidmət göstərirlər, kiçik şirkətlərdir, ancaq dünyada birinci, ən pis halda isə heç olmasa ilk 3 yerdədirlər.
Məsələn, Almaniyada azərbaycanlı bir ixtiraçının Fraunhofer Elmi-Tədqiqat İnstitutundakı şirkətində oldum. Həmyerlimiz Xudaverdi Kərimovun IXUN şirkəti müxtəlif çətin bucaqlar altında lazer üsulu ilə örtük çəkə bilən çox nadir şirkətlərdən biridir. Daxili optik başlıq ilə lazer üsullu örtükçəkmə patentini alaraq dünyada bu başlığı istehsal edən yeganə şirkətdir.

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə


Səfərinizin məqsədi, seminarlarınız, ziyarət etdiyiniz şirkətlər , belə demək mümkünsə, ancaq iqtisadiyyatla, sənaye ilə bağlı oldu. Proqramınızın mədəni-kütləvi yönümü yox idimi, bu barədə danışmadınız.


Əlbəttə, var idi. Ölkələrimiz arasındakı mədəni fərqlər barəsində isə xüsusi şərh etmək istətməzdim. Hər bir mədəniyyətə tolerant olan bir azərbaycanlı kimi onların da mədəni irsinə hörmətlə yanaşdım . Drezdeni əbəs yerə Avropanın "yaşıl şəhəri” adlandırmırlar. Qış gəlib çatsa da, hər yan yaşıllıqdır. Küçələr, park və həyətlər tərtəmizdir. Bir yaşlı alman dedi ki, təmizliyi qorumasaq, davam etdirməsək, çox qısa müddətdə hər yer solar.
Drezden məşhur muzeyləri ilə də Avropanın mədəniyyət mərkəzlərindən biri hesab edilir. Bir səfər proqramı çərçivəsində Kral Kitabxanasında saxlanan "Kitabi-Dədə Qorqud” dastanının Drezden nüsxəsinin saxlandığı yerdə olduq. Abidə daxili xidmət tədbiri olaraq hansısa məqsədləsə götürülmüşdü. Məlumat verdilər ki, fevral ayında öz yerində olacaqdır. Amma bununla da təskinlik tapdıq. Qədirşünaslıq duyğularımız iti imiş. Elə bilirdik ki, dastanın əlyazması ilə deyil, Dədə Qorqudun özünün hüzuruna getmişdik.
Daha sonra məşhur "Baharın 17 anı” bədi filminin 7-ci seriyasının Drezdendə çəkilən hissəsində - "Blumenstraße " küçəsi 3 nömrəli binanın qarşısından professor Pleyşnerin arxasınca keçmək şərəfinə nail olduq.
Bununla belə, səfərimizin ilk günündən başlayaraq Azərbaycan mədəniyyətini onlara tanıda bilmək üçün müxtəlif tədbirlər həyata keçirtdik. İlk getdiyimiz günlərdə Azərbaycan gecəsi keçirtdik, daha sonra isə hər getdiyimiz şirkətə və proqrami koordinasiya edən şəxslərə Azərbaycanla bağlı müxtəlif informativ və suvenir xarakterli hədiyyələr apararaq Azərbaycan haqqında məlumat verməyə çalışdıq. Proqramın yekun gecəsində isə şam yeməyindən sonra Azərbaycan musiqisi və mədəniyyətimizi bizimlə 1 ay işləyən koordinatorlara canlı şəkildə nümayiş etdirdik. Bundan əlavə, Azərbaycan üçün əhəmiyyətli olan Qarabağ mövzusunda söhbətlər etdik. İlk dəfə Çempionlar Liqasında iştirak edən Qarabağ komandasının oyunlarına Almaniya vətəndaşlarının diqqətini cəlb etməya çalışdıq və onlara mədəniyyətimizi nümayiş etdirdik. Qəriblikdə də olsa Azərbaycanı unutmadığmızı göstərməyə çalışdıq.
Qərib diyarda olsaq da, ruhumuz, hissimiz hər saniyə Azərbaycanla bağlı idi.

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

 

Səni qarşılayanda uzaqdan çəkini, rəngini təyin edə bilməsəm də, boyun bir qədər də uzun gəldi.. Uşaqlar sın sarı baxmaqdan, yoxsa Vətən sarı baxmaqdan?

Əlbəttə, ilk növbədə Vətən sarı boylanmaqdan. Vətəndə əmin-amanlıqdırsa, Vətəndə axşamlar dinc düşüb, Günəş sübh tezdən al şəfəqlə açılırsa, əmin olursan ki, övladlar da yaxşıdır, ata-ana da. Onu da deyim ki, Qürbət acısı ilə üz-üzə qalanlarla Vətəndə yaşayan həmvətənlərin Vətən anlayışı hökmən fərqli olacaqdır.

Almaniyada sadə adamlar Azərbaycanı tanıyırlarmı, onların bizə münasibəti necədir?

Əminliklə bildirirəm ki, ölkəmizin nüfuz və şöhrəti ildən-ilə artmaqdadır. Özü də hər sonrakı dəfə getdiyimdə bu məlumatların əhatə dairəsinin genişləndiyinin fərqində olmuşam. Əlbəttə,
olduğum ölkə adamlarının dilindən Vətənimiz haqqında, xalqımız haqqında xoş fikirlər eşitmək çox qürurludur, səfərimizin maraqlılığını və keyfiyyətini qat-qat artırır. Almaniyada da bunun şahidi oldum. Həmsöhbət olduğumuz alman gəncləri 2012-ci ilin noyabrında Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin və "Baku international" jurnalının birgə təşkilatçılığı ilə Berlinin məşhur "Collectors room" sərgi mərkəzində "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti”sərgisini, xatırladaq ki, bu sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib, 09.12.2014-cü ildə Drezdenin məşhur "Albertinum” muzeyindəsəsləndirilən Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək dəyərləndirirlər. Bu gün istər siyası sahədə, istər mədəniyyət sahəsində tək Almaniyada deyil, dünyanın əksər ölkələrində uğurlu bir Azərbaycanı tanıtım missiyası həyata keşirilir . Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəni irsimizn ölkəmizdə və xaricdə qorunub saxlanması, mədəniyyət münasibətlərinin təşviq olunması sahəsindəki xidmətləri Azərbaycanın uğurlarıdır. Artıq təkcə hakim dairələrdə deyil, sadə insanlar arasında da Azərbaycan haqqında müəyyən fikirlərə malikdirlər. Cənab İlham Əliyevi, Xoşməramlı səfir imici ilə neçə illərdir diqqət mərkəzində olan Mehriban xanımı tanıyırlar.

"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

 

Almaniyada insan kapitalının idarə edilməsi ilə Azərbaycanda insan resurslarının udarə edilməsi vəziyyəti hansı səviyyədədir?

 

Kompleks hesablama tələb etməyən statistika paylaşmaq yerinə düşərdi. Azərbaycan Respublikasının Ümumi Daxili Məhsulunu(ÜDM) məşğul əhali sayına bölək, yəni, işləyən əhalinin yaratdığı dəyəri hesablayaq. 2016-cı il Dünya Bankı statistikasına görə 1 işləyən nəfərə əmək məhsuldarlığı Azərbaycanda 31928 $-dırsa, Almaniyada bu, 84142 $ təşkil etməkdədir. Bu, o deməkdir ki, Almaniyada işləyən bir nəfər işçi  Azərbaycanda işləyən bir nəfər işçidən təxminən 2,6 dəfə çox dəyər yaradır.

Bununla yanaşı, biz Drezdendə təlimdə olarkən, GIZ təşkilatı tərəfindən layihə rəhbərimiz bizə belə bir məlumat verdi ki, o,  bu il Almaniya Federativ Respublikasının İqtisadiyyat Nazirliyinə tövsiyə və təkliflərində  yaxın 3 il ərzində  dövlət səviyyəsində  böyük layihələrə  qoşulmağa  ehtiyac  olmadığını diqqətə çatdırmışdır. Çünki  ölkənin əmək ehtiyatları insan potensialı olaraq tam məşğuldurlar, sadə dillə desək, "doludurlar". Düşünürsünüz ki, daha çox layihə daha çox inkişaf və kapital deməkdir. Amma  Almaniyada yetərli insan resursları olmadığına görə bu məsələ müzakirə edilməkdədir. Almaniyadan fərqli olaraq Azərbaycanda isə ÜDM və ya məhsuldarlığı artırmaq üçün  yetərincə potensial mövcuddur.


"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə


"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə 

Konkret bir təklifiniz varmı?

 

Bəli, var. Qeyd etdiyiniz kimi, doktorantura mövzum da bu barədədir və tamamlanmaq üzrədir. Bu sahədə atılacaq ən konkret addımlar

digər ölkələrin təcrübəsindən istifadə etmək olmalıdır. Bütün aparıcı iqtisadiyyatların təcrübəsinə müvafiq olaraq, ilk əvvəl əmək qüvvəsi ilə bağlı sistemli analiz aparılmalı, daha sonra isə çıxan nəticələrə müvafiq olaraq insan kapitalı investisiya planı və strateji işçi qüvvəsi siyasəti hazırlanmalıdır. Daha da konkretləşdirsək, müasir innovasiya iqtisadiyyatında ən strateji kadr sayılan Elm,Texnika, Mühəndislik və Riyaziyyat sözlərinin ingilis dilində abbreviaturalaşdırılmış beynəlxalq forması olan STEM kadrlarına daha böyük əhəmiyyət və investisiya edilməsidir. Köhnə sovet məkanı olan Azərbaycan Respublikasında, əslində, potensial mövcduddur, bilik yüksəkdir, ancaq praktiki tərəfdən əksiklik mövcduddur. Buna sübut kimi, sovet məkanının irsi olan Rusiya Federasiyasının TIMSS dərəcələndirməsində yüksək nəticələr, yəni ilk 10-cu yerdə qərar tutması, PISA nəticələrində isə orta həddin aşağısında nəticə göstərməsidir. Azərbayca Respublikası üçün bu statistik göstəricilər olmasa da, eyni elmi metodologiya ilə inkişaf prosesi seçən dövlətimizin göstəriciləri bundan çox fərqli olmayacaqdır. Qeyd edilən məsələnin həlli üçün düşünülmüş STEM siyasətləri təcrübədən keçmiş həll yolu olaraq təklif edilməkdədir.


Müsahibə üçün  jurnalımızın oxucuları adından, öz adımdan  sizə təşəkkür edirəm: çox sağ olun…

Azərbaycanın  işıqlı sabahları naminə atılan hər bir  addım , ürəyə, başa  gətirilən  hər bir niyyət  dəyərlidir və  kim  bu  yola  xidmət edirsə, onlara uğurlar arzulayırıq.


"...daha çox yanaşmalar, metodologiyalar, modellər və s.  bu kimi yeni baxışlarla  tanış olduq..." – Müsahibə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz