» » M.Müslimov: " Çox sadə, zəhmətli, qayğılı tələbəçiliyim olub"

M.Müslimov: " Çox sadə, zəhmətli, qayğılı tələbəçiliyim olub"

 


M.Müslimov: " Çox sadə, zəhmətli, qayğılı   tələbəçiliyim olub" 

Proloq

Musiqi qəlbin, eşqin və Tanrının dilidir..

Brasid 

Musiqi kədəri insan üçün ən gözəl təsəllidir. 

M.Lüter 

Musiqi ən gözəl möcüzələrlə dolu ilahi bir nemətdir. 

M.Lüter

 

Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti, Azərbaycan Dövlət Televiziyasının Ə.Bakıxanov adına Xalq çalğı alətləri ansamblının bədii rəhbəri tarzən Möhlət Müslümov müasir müsiqi məədəniyyətimizin ən sevilən, rəğbətlə qarşılanan nümayəndələrindən biridir. Ustad sənətkarımz nəinki Azərbaycanda, eləcə də Türkiyədə, Fransada, ABŞ-da, Kanadada, İngiltərədə, İtaliyada, Şotlandiyada, Belçikada, Macarıstanda, Taylandda, İsraildə, Hindistanda, Tunisdə, Mərakeşdə, Polşada, Rumıniyada, keçmiş SSRİ-nin bütün respublikalarında və böyük şəhərlərində ölkəmizi, musiqi mədəniyyətimizi uğurla təmsil etmiş, tarımıza, muğamlarəmıza heyrət yaratmışdır. 

Bir neçə gün öncə hörmətli tazənizlə saytımız üçün müsahibə aldıq. Həmin müsahibəni sizə də təqdim edirik.

 

 Tara ilk bağlılığınız necə başlayıb?


Onu deyim ki, mən musiqiçi ailəsində doğulmamışam, valideynlərim sadə insan olublar, başları həmişə işə-gücə qarışıb ki, evimiz ruzili olsun. Buna baxmayaraq, evimizdə musiqiyə, qəzələ maraq olub.

- Atam deyirdi ki, tara böyük həvəsim vardı, amma kasıb olduğumuza görə tar ala bilməyiblər. Məndə tara sevgini də elə atam yaradıb. İlk dəfə isə tar əlimə bir qohumumuzgildə toxunub. Onda mənim 5 yaşım vardı. Bir şeyi də deyim ki, sənətə ilk gəlişim nağara çalmaqdan başlayıb, amma tar sevgim məni gündən-günə özünə çəkirdi və sonda da özünə ram etdi.

 

M.Müslimov: " Çox sadə, zəhmətli, qayğılı   tələbəçiliyim olub"

 

Bəs sonra?

 

Sonra da bu olub ki, valideynlərim kasıb olmasına baxmayaraq, boğazlarından kəsib məni oxutdular, əvvəlcə Asəf Zeynallıda.

Çox sadə, zəhmətli, qayğılı tələbəçiliyim olub. Evdən aldığım pul təkcə yol pulu olurdu. Qışı-yazı eyni pencəklə yola verdim. Bunları söyləməkdən heç çəkimirəm. Bu, mənim taleyimdir və mən onu yaşamışam. Heç vaxt da həvəsdən düşmədim, əksinə, öz üzərimdə bir qədər də çox işlədim. Bir də gördüm ki, tar artıq məni özünə ram etmişdir.

…Ram etmişdisə, ona necə qulluq göstərdiyimi fikirləşmək də məlumdur… Bəzən gecədən keçmişədək..Bəzən sübhəcən…Bəzən günlərlə evimdən-ailəmdən aralı düşdüm… Bir də gördüm ki, bütün bunları Azərbaycanımız üçün etmişəm, xalqımız üçün etmişəm, musiqimiz üçün etmişəm.

 

Uşaqlığınızdan yadınızda nələr qalıb?

 

Nələr qalmayıb ki, elə bil hamısı dünən olub.Biz dədə-baba tərəkəməyik. Babam da, babamın atası da tərəkəmə olub. Deməli, soy-kökümüz tərəkəmədir. Tərəkəmələr türkdilli tayfalardır. Oğuz türkləri olub, müasir dövrün azərbaycanlıların etnoqrafik qrupudur.

Onlar XI əsrdən başlayaraq, İran, Zaqafqaziya, Kiçik Asiya və Mesopotamiyaya yayılıblar. Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (ərəbcə "tərakimə" - türkmənlər) deyiblər. Zəhmətkeş insanlar olub, ömrü boyu zəhmətlə olublar.

Bakının 40 kilometrliyində - Şamaxı yolunun üstündə bir kənd var: Çay kənd O, bizim dədə-baba yurdumuzdur. Məlumatlara əsaslansaq, deyilənə görə kəndin əhalisi Cənubi Azərbaycandan Xalxaldan gəlmədilər . Sonradan biz Biləcəri kəndinə köçmüşük və mənim uşaqlığım burada qoyun-quzu otarmaqla keçib. Atam qəssablıq edirdi, mən də atama kömək edirdim. Yəni deməyim odur ki, əsl kənd adamıyam, əlimdən hər iş gəlir. Maraqlı uşaqlığım olsa da, hamısı nizamlı olub, valideynlərimizin nizamına həmişə hörmət etmişik.

3 övladım var, böyüyü qızdır. 6 nəvəm var. Böyük oğlum tamam başqa sahədə işləyir. Rüstəm isə bu yolu seçdi.

Amma, şəxsən, uşaqlarımın musiqiçi olmasını arzu etməmişəm. Rüstəmin seçiminə qarşı da çıxmadım. Bilirsiniz, insanın tale payı var, qismətinə nə yazılıbsa, onu yaşamalısan. Əsası odur ki, insan kimi yaşayasan. Heç kimə pisliyin dəyməyə. Xalqına, torpağına nəsə bir fayda verə biləsən.

Artıq hiss edirəm ki, Rüstəm mənim yolumu davam etdrməyə layiqdir və onun seçiminə indi daha hörmətlə yanaşıram. Tar bu xalqın, bu torpağın bir tanınma nişanıdır, hamımız üçün bir simvoldur. Ona xidmət etməyə dəyər. İndi Rüstəmi özümlə yan-yana gördükcə ona həm də ideal dostum, qardaşım kimi baxıram.


M.Müslimov: " Çox sadə, zəhmətli, qayğılı   tələbəçiliyim olub"

 

Mən də gül bitirəm güllər içində,

Bu süsənlər, bu sünbüllər içində,

Ucalda başımı ellər içində,

Övladlar gözümə çilcıraq ola.

 

Siz dünyanın bir çox ölkələrində olmusunuz. Özü də bu səfərlər rəsmi səfərlərdən fərqli olur: böyük səhnələr, müxtəlif dindən olan insanlar. O ölkələrdə Azərbaycanı necə gördünüz?

 

Mən dünyanın çox ölkəsində olmuşam, əlimdə tar, içimdə Azərbaycan sevgisi dünyanın çox böyük şəhərlərinin konsert salonlarında, açıq havada ifa etmişəm. Elə yerlər olub ki, "Azərbaycan”, "Bakı” desəydilər, bəlkə də ömürlərində birinci dəfə eşidəcəkdiıər, amma bizim musiqimizi : muğamımızı, tarımızı, kamanınımızı dinləyəndən sonra artıq yəqin etmişdilər ki, belə musiqisi, musiqi alətləri olan xalq elə-belə xalq deyilmiş. Mahnıda deyildiyi kimi, çox eldə-obada olmuşam. Azərbaycanın eçazkar musiqisini hər yerdə sevgilərlə qaşılayıblar. Onu da deyim ki, dünyada musiqi, idman qədər insanları, xalqları 1-1-nə yaxınlaşdıran heç nə yoxdur.

Nə gördük xarici səfərlərdə? Artıq biz neçə illərdir ki, dünyanın müxtəlif ölkələrində oluruq. İldən-ilə Azərbaycan dünyada getdikcə daha şox tanınır, daha çox sevilir…

Adamlarına gəldikdə isə, bizim xalq dünyanın ən səmimi, qonaqpərvər, xeyirxah xalqıdır. Ən sərt adam bizim ölkəyə qonaq gəlsə, qayıdarkən səhv fikirləşdiyini etiraf edəcəkdir.

 

Möhlət müəllim, bizim milli musiqi alətlərimizin hər birinin musiqidə, ansamblda öz yeri var. Bəs adi adamlar tərəfindən müsiqi alətlərinə münasibət necədir?

 

Hesab edin ki, uzaq Sibirdə sizə bir evə qonaq dəvət ediblər. İçəri daxil olan kimi divarda saz görmüsünüz, tar görmüsünüz, qürurlanmazmısınız, heç musiqiçi olmayn. Əlbəttə, olacaqsınız. Onlar musiqi alətləri olmaqla yanaşı, Azərbaycan deməkdir, azərbaycançılıq deməkdir. İkincisi, onu da deyim ki, mən sazı tardan ayırmıram, hətta onu tardan da uca sayıram. Peşəkar səviyyədə olmasa da özüm üçün saz da çalıram. Bizdə, Arazdan o tayda da elə evlər var ki, çala bildilər-bilmədilər, evində saz var, tar var. Hətta İranda elə evlər var ki, 3 tar var. onlar bununla ifadə edirlər ki, biz azərbaycanlıyıq, Azərbaycan türküyük. Dünyada bizim tarımızın tembrindən yoxdur. O tayda yaşayanlar tarın səsi gələndə ağlayırlar. Bunlar elə-belə şeylər deyil.

Hamısı bir xatirədir, unudulmazdır. Amma İranda olduğum bir səfər mənə çox təsir etdi. Oğlum Rüstəm, nəvəm Səbuhi də mənimlə idi. Bizi dağa apardılar, oradan erməni işğalında olan kəndlərimiz aydınca görünür. Kəndlərimizi o vəziyyətdə gördükcə, çox pis oldum. Zəngilanın kəndlərini ermənilər virana qoyublar. Uzaqdan Şuşanın dağlarını göstərdilər. Orada 35 milyon həmvətənimiz yaşayır. Onlar mənə təskinlik verirdilər ki, biz də qanımızdan keçməyə hazırıq, ermənilərin işğalı altındakı o torpaqları hökmən alacağıq. Çox təsirli səhnələr idi.

 

M.Müslimov: " Çox sadə, zəhmətli, qayğılı   tələbəçiliyim olub"

 

- Siz Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblının bədii rəhbərisiniz, müəllimlik edirsiniz, rəsmi tədbirlərdə, el şənliklərində olursunuz. Bunlar sizi müəyyən qədər evdən, şəxsi qayğılarınızdan uzaqlaşdırır. Bunlar sizə digər qayğılar  yaratmır ki?

 

Sizin soruşduqlarınız, həqiqətən, belədir. Mən indiyə kimi 40-dan çox ölkədə Azərbaycan musiqisini təmsil etmişəm. Elə ölkə olub ki, təkrar-təkrar getmişəm. Bu səfərlər hamısı Azərbaycandan, evdən uzaq düşməkdir. 34 illik ailə həyatımda bəlkə də cəmi 2-3 dəfə olub ki, ailəmlə bir yerə istirahətə getmişəm. Fəqət bu problemlər bizim ailəyə əl uzada bilməyib. Mən ata-anamın məsləhəti ilə ailə qurmuşdum. Bu, çox vacib məsələdir. Belə də həm ailə quranlar, həm də ailə quranların vaildeynləri, əsil-nəcabətləri arasında qarşılıqlı etimada və hörmətə əsaslanan mənəvi bir bağlılıq yaranır. 34 ildən artıqdır ki, evliyəm. Heç zaman problemlə qarşılaşmadım. Həyat yoldaşım da, ata-anam və övladlarım da hər zaman mənim inkişafım üçün dəstək oldular. Onu da deyim, təvazökarlıqdan uzaq olsa da, bütün sahələrdə, hansı işdə olursa-olsun, ailə səadəti olmayan kimsə yaxşı sənətkar, alim, həkim ola bilməz…ailə nəinki bizim həyatımızın nəinki təkcə əsası, həm də ilhamverici qüvvəsidir. Bu mənada da mən xoşbəxtəm.

 

Möhlət müəllim, çoxlu səfrlərdə olmusunuz, səfər yoldaşlığı belə yerdə nə mahiyyət kəsb edir, kimlərlə yoldaşlığınız ürəyinizcə olub?

 

Təbii ki, səfərin birinci gözəlliyi də elə burasındadır, gərək yaxşı yol yoldaşın olsun, səmimi, ziyalı, müdrik olmaqla bərabər zarafatcıl olsun və s. biz uzaq ölkələrə səfərlərə həmişə nümayəndə heyəti kimi getmişik, şükür, heç vaxt darıxmamışıq, daralmamışıq. Neçə illərdir ki, məşhur muğam ustamız Mələkxanım Əyyubova, kaman ustası Fəxrəddin Dadaşov və mənim də daxil olduğum müğam üçlüyü sənət dostluğu edirik, müxtəlif ölkələrdə oluruq. Böyük sənətkarlarla da çox yoldaşlıq etmişəm. Məsələn, dahi sənətkarımız Arif Məlikovla Tailandda bir yerdə oldum və bu səfərdən məmnun qaldım. Ümummilli liderimiz Heydər Əliyevin qayıdışından 2-3 il keçirdi. Nə Tailandda Azərbaycanın səfirliyi vardı, nə də Azərbaycanda Tailandın nümayəndəliyi. Tailandda lent yazısı ilə bizim ifamızı dinləmiş, bizi, bir də Arif Məlikovu ora dəvət etmişdilər. Arif Məlikovun Altıncı simfoniyası ifa ediləcəkdi. O vaxt belə şeyləri həyata keçirmək ümkün deyildi. Amma Arif Məlikov rəhmətlik Heydər Əliyevə müraciət etmişdi. Heydər Əliyev dərhal aidiyyəti qurumlara tapşırıq vermiş və səfər reallaşmışdı. Arif Məlikovla o səfərdən çox böyük zövq aldım, məktəb keçdim. Adam istəyir ki, həmişə belə insanlarla yoldaşlıq etsin, onlardan nə isə öyrənsin.

Böyük sənətkarların əksəriyyətilə yoldaşlığım olub.

Bilin ki, böyük sənətkar heç vaxt pis yoldaş ola bilməz, olmaz. Axı böyük sənətkar bu səviyyəyə böyüklükləri ilə gəlib çatır, onlar necə pis ola bilər?

 

Möhlət müəllim, siz həm də Milli Konservatoriyanın muğam kafedrasının professoru kimi pedaqoji fəaliyyətlə məşğulsunuz. Bizim gəncliyimiz musiqimizə sahib dura biləcəklərmi?

 

M.Müslimov: " Çox sadə, zəhmətli, qayğılı   tələbəçiliyim olub"

 

Dünyaca məşhur olan Oksford Universitetinin professoruna bir jurnalist sual verir ki, fəaliyyət göstərdiyiniz universitet tələbələrə nə verir? Professor da cavab vermişdir ki, Oksford tələbələrə ingilis centlmeni olmağı öyrədir. Bu gün Azərbaycanın bütün təhsil müəssisələri uşaqlara, yeniyetmə və gənclərə əsl Azərbaycan vətəndaşı olmağı öyrətməlidir. Son illər Azərbaycan uğurla inkişaf etdirilir. Mədəniyyət, incəsənət, idman və təhsil sahələrində sevindirici nailiyyətlərimiz var. Amma gənclərimiz daim öyrənməlidirlər. Dünya ədəbiyyatına, mədəniyyətinə bələd olmalıdırlar, öz ədəbiyyatımız və mədəniyyətimizi isə 1-ci növbədə.

Bizim zəngin folklorumuz var. Mən dünyanın bir çox ölkələrində festivallarda olmuşam. Bizim folklor nümunələri möhtəşəm salonları ayağa qaldırıb. Gənclərimiz öz sərvətlərimizə, öz mədəni irsimizə yiyələnsinlər. Amma bir də görürsən ki, bəzi gənc ifaçılar musiqini elə ifa edirlər ki, bu ifadan Azərbaycan ətri gəlmir, bilmirsən ki, fars, ərəb, yaxud yunan musiqisidir.

Bu gün özbək sənətçisi estrada ifa edəndə, pop, caz çalanda onların sintezindən özbək ruhu duyulur. Bizim gənclərimizi də belə görməyi arzulayıram. Qoy gənclərimizlə ünsiyyətdə olan , musiqimizi dinləyən hər əcnəbi hiss etsin ki, bu, azərbaycanlıdır. …dinlədiyi isə Azərbaycan musiqisidir.

Gənclərimiz kimliyimizi, hansı millətə mənsub olduğumuzu unutmasınlar, mentalitetimizi qoruyub saxlasınlar, ağsaqqalların tövsiyəsinə qulaq assınlar.

Bu gün Azərbaycanda digər sahələrdə olduğu kimi mədəniyyətin, onun zəngin bir sahəsi olan musiqimizin inkişafına böyük diqqət verilir, istedadlı gənclərin üzə çıxarılması və inkişaf etdirilməsi üçün dövlət tərəfindən, Heydər Əliyev Fondu tərəfindən, şəxsən Mehriban Xanım tərəfindən xüsusi diqqət və qayğı var. Muğam evi, mədəniyyət və istirahət parkları, musiqi məktəbləri, milli kinomuz üçün ayrıln vəsait, neçə illərdir keçirilən muğam müsabiqələri bu diqqət və qayğının nümunəsidir.

Son illər keçirilən muğam musabiqələrində Təyyar Bayramov, Vəfa Orucova, Güllü Muradova, Abgül Mirzəliyev, Babək Niftəliyev, Qoçaq Əsgərov, Elməddin İbrahimov, Arzu Əliyeva , Səbuhi İbayev , Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Nigar Şabanova, Mirələm Mirələmov, Məmməd Nəcəfov, Ariz Hüseynov və hələ adlarını çəkə biləcəyimiz neçə istedadlı gənclər tapıb üzə çıxarıldı, onların inkişafı aidiyyəti qurumlara həvalə olundu. Mən gəncliyə və muğamlarəmızın sabahına ümidlə baxıram. Ümidim isə bu sabahlara bəslədiyim inamdan doğub.

 

Siz uzun müddətdir ki, böyük sənətdəsiniz. Xalq artistisiniz, yetirmələriniz var, sizin sənətinizi daha uzaq illərə aparacaq Rüstəminiz var, Bəlkə Səbuhiniz də dayısının çiyninə dəstək verəcək. Daha nə arzunuz var?


M.Müslimov: " Çox sadə, zəhmətli, qayğılı   tələbəçiliyim olub"


Bir qədər razı deyiləm sizinlə …Sənət heç vaxt nə iləsə hüdudlanmır, bir yerdə statik vəziyyətdə qalmır, adi bir notdan simfoniyaya qədər yol keçir..amma yenə bitmir….bitməyəcək də…

Qurban Primov tarda 80 yaşında da gəncliyində olduğu kimi eyni şövqlə ifa edirdi. Mənim isə 58 yaşım var. Bəs nəyə görə tara "ulu” deyirlər?! Bizi yaradanın izni ilə hələ 22 il də əlim mizrab tuta bilər. Hələ xalqa çox borcum var, hələ tara çox borcum var.

Şəxsi həyatımda, Allaha şükür, hər arzuma çatmışam, babayam, nəvələrim var. İstəyərdim ki, heç olmasa böyük nəvələrimin toyunu görüm.

Ən böyük arzum isə tarımı doğma Qarabağımızda dilləndirməkdir. Tarımın da bir böyük "Qarabağ borcu” var.

Mən bir sənətkar kimi Qarabağ toylarında püxtələşmişəm. Allah rəhmət eləsin, rəhmətlik Səxavət Məmmədovla Qarabağda çox toylar apardıq. 1980-ci illər çətin bir dövr idi . Biz o dövrlərdə neçə toy apardıq, neçə-neçə insanların məclisində olduq, mən onların çörəklərini yemişəm. Allahdan ən böyük arzum budur ki, torpaqlarımız alınsın. Mən yenə də Qarabağimizin mağar toylarında iştirak edəcəyəm, özü də təmənnasız.

 


M.Müslimov: " Çox sadə, zəhmətli, qayğılı   tələbəçiliyim olub"


Epiloq


Tar Azərbaycan musiqisinin timsalında milli mədəniyyətimizin rəmzidir, Azərbaycanın rəmzidir. Bu mənada ən müqəddəs musiqi alətlərimizdən biri olan tarı sinənə basıb, ürəyinin üstünə basıb xalqımızla, torpağımızla bağlı duyğularımızı bəyan eləmək haqqın var sənin.

Sənin Tar sevgin, Tar sədaqətin artıq Platonik eşqdir, qardaşım…Özün də bir az ruhlaşmısan.. Bir fərqi var ki, ruhlar gözəgörünməz olsalar da, biz səni görürük..eşidirik.. Özün belə istəmisən. Bizi düşünüb bunu istəmisən…

Dostum, qardaşım, çal.. insanlıq ölməsin. Bu qədər anomaliyaların içində yaşamaq çətindir…dözmək çətindir. İntiharmı edək? Çal, qardaşım, bizi ölməkdən çəkindir, həyata bağla…Mizrabınla düş ruhumuzun qabağına ..Apar bizi hər tərəf gözəl olan yerə...Ancaq sevgi, arzu olan yerə…özümüz olan yerə, ata-anamız olan yerə, babamız olan yerə…Apar bizi olduğumuz yerə qoy, qardaşım...

 

Oxu, tar, oxu, tar!…

Səsindən ən lətif şeirlər dinləyim,

Oxu tar, bir qadar,

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unudar?

Ey geniş kütlənin acısı, şərbəti,

Alovlu sənəti!

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz