» » İlham Əhmədov: "Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir"

İlham Əhmədov: "Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir"


Əhmədov İlham Səmid oğlu –

Tibb elmləri doktoru, ATU-nun urologiya kafedrasının müəllimi,İlham Əhmədov: "Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir"
Azərbaycan Andrologiyavə Reproduktiv Təbabət Assosiasiyasının sədri, Avrasiya Androloji Konseynin İdarə Heyətinin üzvü,  Avropa Uroloji Cəmiyyətinin həqiqi üzvü, Amerika Seksual Tibb Cəmiyyətinin üzvü

•1981- ildə Nohurqışlaq orta məktəbini əla qiymətlərlə bitirib.
• 1986-1992-ci illərdə Azərbaycan Tibb İnstitutu II müalicə-profilaktika fakültəsini
("Lenin” təqaüdü ilə) bitirmişdir.
• 1992-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin urologiya kafedrası – baş laborant
• 1999-cu [ildə Azərbaycan Tibb Universitetinin urologiya kafedrası 
• 2003-2004-cü illərdə bir illik androloji kurs (İstanbul ÇAPA)
• 2007-ci ildə mikroskopik androloji əməliyyatlar kursu (İngiltərə)
• 2008-ci ildə rekonstruktiv androloji əməliyyatlar kursu (Ankara)
• 2010-cu ildə endouroloji kursu (Konya)
• 2011-ci ildə perkutan nefrolitotomiya kursu (Konya)
• Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının sədri
• 2000-ci ildə "Prostat vəzi xərçənginin diaqnostikası üsullarının müqayisəli xarakteristikası” mövzusunda dissertasiya müdafiə etmişdir.
• 2010-cu ildə "Erektil Disfunksiyanın diaqnostikası və müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Çap olunmuş elmi məqalələrinin sayı: 42


Bildiyimiz kimi saytımız maarıifləndirmə məramı ilə fəaliyyət göstərir. Məqsədimiz ana, qadın, ailə və uşaqlarla bağlı pedaqoji, tibbi, sosial mövzularda maarifləndirmə işləri aparmaqdır. Ona görə də saytımıza yeri gəldikcə tibbi, pedaqoji, psixoloji sahələr üzrə tanınmış alim və mütəxəssisləriun fikirlərini və müsahibələr təqdim edəcəyik. Bugünkü qonağımız tibb elmləri doktoru, ATU-nun urologiya kafedrasının müəllimi, Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının sədri, professor İlham Əhmədovdur. Aşağıda onunla apardığımız müsahibənin mətnini təqdim edirik. İlham Həkim həm də bizim saytımızla əməkdaşlıq edir.

 
Cinsi zəiflik problemi, sadəcə, bir fiziki zəiflikdirmi?


Cinsi zəiflik artıq sosial bəlaya çevrilib və bu gün cəmiyyətimizdə çox ciddi sosial-psixoloji faktordur. Rastgəlinmə tezliyinə görə ürəyin işemik xəstəliyindən 2 dəfə çoxdur. Əvvəllər cinsi zəiflik digər xəstəliklərin simptomu kimi qəbul edilirdi. İndi artıq o ayrıca bir xəstəlik - nazaloji vahiddir. 
Son illərə qədər bu vəziyyət cinsi zəiflik və ya "impotensiya” adlanırdı. 1992-ci ildən ÜST-nin razılığı ilə bu ifadə tibbi dillə "erektil disfunksiya” adlandırıldı . Bu termin bütövlükdə ereksiyanı, orqazmı, eyakulyasiyanı və sair problemləri də " impotensiya” terminindən daha tam ifadə etdiyi kimi, həm də psixoloji baxımdan da daha məqsədəuyğun idi. Çünki impotensiya problemi olan şəxs həmişə kompleksdə olubr, ona görə də rişxənd, qınaq , gülüş hədəfi ola biləcəyindən əksər hallarda öz problemini içində saxlayır, kimsəyə bildirmirdi. Nəticədə müxtəlif ictimai bəlalara yol açılırdı. Onun müalicəsi çox vacibdir. Çünki qeyd etdiyim kimi, bu xəstəlik təkcə şəxsin özünün problemi deyil. Bu həyatın mövcud olması üçün zəruri olan insan nəslinin davam etməsi baxımından əsas şərtlərdən biridir. 
Böyük sərkərdə Napoleon deyirdi ki, mənə sağlam qadın verin, mən sizə sağlam cəmiyyət verim. Təbii ki, insan sağlamlığı, xüsusən, qadın sağlamlığı olmadan bu etibarlılıq və keyfiyyəti yaratmaq olmaz. Ona görə də dövlət, tibb elmi bu problemin həllinə böyük əhəmiyyət verir.
 
Cinsi zəifliyin diaqnostikası necə aparılır? 

Diaqnostikada düzgün toplanan anamnez, əslində, doğru diaqnozun 70 faizi deməkdir. Əgər diaqnoz doğru qoyulubsa, müraciət edənlərin şıkayət və fərziyyələrinə doğru yanaşılıbsa, obyektiv müayinələr patologiyanın effektiv müalıcəsini şərtləndirəcəkdir. İlk növbədə uro-androloji orqanların müayinəsi aparılmalı, prostat vəzi və xaya nahiyəsində ultrasəs müayinəsi (USM) edilməlidir. Urogenital sistemdə müxtəlif infeksiyaları yoxlanmalı, hormonlar müayinə edilməlidir. Başqa sözlə, kişilərdə testesteronun səviyyəsi, qadınlarda prolaktin, esterogenlər yoxlanılmalıdır. Həmçinin istənilən erektil disfunksiyada qanda şəkərin miqdarı yoxlanılır. Əgər bu müayinələrdə orqanik faktor müşahidə edilsə, müalicə həmin istiqamətdə aparılmalıdır. Təbii ki, pasientin öz çikayətləri də mühümdür. Məsələn, psixoloji faktoru orqanik faktordan fərqləndirmək üçün əvvəlcə mütləq xəstənin şikayətlərini dinlənilməli, məsələnin damar, miogen, neyrogen və ya psixogen, orqanik olması müəyyən edilməlidir.

İlham Əhmədov: "Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir"

  Cinsi zəifliyin müalicəsi tam mümkündürmü? 


İstənilən patologiyalar xəstəliyin ilkin mərhələsində üstünə düşülərsə, onun müalicəsi mümkündür. Bir də bu, bu müalicə o halda səmərəli olur ki, xəstə tibbi göstərişlərə düzgün əməl etsin, sağlam həyat tərzi yaşasın, zərərli olanlardan uzaqlaşmağı bacarsın. Ola bilər ki, səbəb 
psixogen faktorla əlaqədar olsun. Belə olduqda psixoterapiya lazımdır. Urogenital infeksiya varsa, bu infeksiyar götürülməlidir.Yaxud hormonal problem varsa, əvvəlcə hormonları müalicə etmək, onları qaydasına salmaq, yalnız bundan sonra sırf erektil disfunksiyanın müalicəsinə başlanmalıdır. Ümumiyyətlə, kişilər, hətta özünü sağlan hesab edənlər ildə 2 dəfə uro-androloji chek-up müayinəsindən keçməlidirlər. Cinsi fəaliyyəti tənzimləmək üçün eyni zamanda qidalanmaya və gigiyenaya da mütləq fikir verilməlidir.

  Erektil disfunksiyanı meydana çıxaran səbəblər hansılardır? Belə patologiyalar anadangəlmə ola bilərmi?

-Təsnifata görə bir sıra faktorlar mövcuddur: Psixogen faktor, damar faktoru, miogen faktor, neyrogen faktor və qarışıq faktor. Sadaladığım təsnifata yatrogen faktorunu əlavə olaraq qeyd etmək olar. Yatrogen faktoru bir növ həkimdən, dərmandan asılılıq formasından yaranan səbədir. Məsələn, antidepressantlar, H 2 blokatorlar, təzyiqi aşağı salan dərmanlar və s. erektil disfunksiya yaradırlar. 

  Sonsuzluğun etiologiyası barədə daha nələri demək istərdiniz? 

30-35% hallarda sonsuzluğun yaranmasında xaya venalarının genişlənməsi rol oynayır. Bu xəstəlik vaxtında müalicəyə cəlb edilərsə, 3 aydan sonrakı dövrdən başlayaraq həmin xəstələr övlad sahibi ola bilirlər.
Mən bu arada kişilərdə spermanın əmələ gəlməsi barədə də bilgi vermək istərdim. Ona görə ki, toxunduğumuz mövzu bununla sıx əlaqədardır. Xayanın kanalcıq epitelisində 2 cür hüceyrə var. Spermatozoid əmələ gəlməsi üçün onlar 4 mərhələdən keçir. Əgər xayada hər hansı bir patoloji dəyişiklik yoxdursa, sperma xaya çıxıntısının başına toplanır, ordansa hərəkətə başlıyır. Xayaya gələn venalar normal şəraitdə ora gələn zəhərli maddələri xaric etməlidir. Lakin xaya venalarında genəlmə olduqda bu maddələr xaric oluna bilmir və toksik maddələr əmələ gəlir. Bu kimi toksik maddələr xaya içərisində temperaturu artırır. Temperaturun qalxması isə toxum hüceyrələrinin həm əmələ gəlməsini, həm də əmələ gələn hüceyrənin aktivliyini pozur. Əslində 1 dəqiqədə 80 mm sürətlə hərəkət edən spermatozoidlər artıq çox zəif hərəkət edir.Və onda yumurta hüceyrələrini mayalandırmaq imkanına malik olmur. Sperma ölməsə də, hərəkət qabiliyyətinə malik olmur. Spermatozoidin gedib qadının yumurta hüceyrəsini mayalandırması üçün digər spermatozoidlərlə mübarizədə qalib gəlməli və aktivliyi olmalıdır.Yaranmış patoloji halda isə spermatozoidlərin yumurta hüceyrəsi ilə qarşılaşması baş vermir. Varikoseledə spermatozoidlərin marfologiyasının və miqdarının azaldığından 
sonsuzluq əmələ gəlir.

 

İlham Əhmədov: "Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir"


  Bəzən müalicəni yanlış aparırlar, bu da bir səbəbdir, deyilmi ?! 

Həm də köklü səbəblərin biri. əlbəttə ki, yanlış müalicələr də sonsuzluğa gətirib çıxara bilər. Müşahidələr göstərir ki, Azərbaycanda belə xəstəliklərin müalicəsində böyük çatışmazlıqlar var. Bəzən xəstələr peşəkar mütəxəssislərə müraciət etməyib, həyat yoldaşları vasitəsi ilə onların ginekoloquna müraciət edir, onların göstəriçləri ilə müalicə alırlar, terapevtlərə, endokrinoloqlara və digər qeyri-ixtisas sahiblərinə müraciət edirlər. Uzun-uzadı müayinələr apararaq xəstələrə lazımsız dərman maddələri təyin edirlər. Bu dərman maddələri orqanizmin funksional fəaliyyətini pozur, müalicə müddətinin əsassız olaraq uzadılmasına, gərginliyə və əlavə xərclərə səbəb olur , nəticədə xəstənin inamının itməsinə səbəb olur. Belə xəstələr sonradan ixtisaslı həkimin yanına gəldikdə onların müalicəsi bir qədər çətin olur. Lakin bütün bunlara baxmayaraq, biz çalışırıq ki, bütün bu mənfi halları aradan qaldıraq.
Bu kimi amilləri nəzərə alaraq biz ictimaiyyət arasında təbliğatı genişləndiririk. Bizim Androloji Cəmiyyətin xəttiylə hər ay dəyirmi masalar və ildə bir-neçə dəfə simpoziumlar təşkil edirik. Bu simpozium və görüşlərdə dünyada mövcud olan tibbi tenologiyalar, qabaqcıl müayinə və müalicə üsulları barədə təcrübə mübadiləsi edilir , ən yeni müalicə metodlarının təbliğinə əsas yer verilir. 
Belə tədbirlər getdikgə öz bəhrəsini verir. Məqsədyönlü müalicələrimiz nəticəsində ciddi keyfiyyət dəyişikliyinə nail oluruq. Sonsuzluqdan, varikoseledən müalicə alan xəstələrimiz bizə zəng edib övlad gözlədiklərini xəbər verəndə bu bizə böyük bir xöşbəxtlik və fərəh hissi gətirir. 
Bəzən də müalicə kömək etməyəndə süni mayalandırma üsullarından da istifadə edirik. 

  Kişi sönsuzluğu şikayəti ilə müraçət edənlərin böyük hissəsi varikoseldən əzab çəkirlər, varikosel nədir? 

Kişi sonsuzluğunun ən ciddi səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-da, ümumi populyasiyada 15-20 % arasında varikoselə rast gəlinir. Azərbaycanda hərbi xidmətdə olanların 20%-də varikosel müşahidə olunur. Varikosel xayalardan çirklənmiş qanı geri daşıyan damarların hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən varikosel olan xaya və xaya ətrafı nahiyədə ağrı olur. Uşaqlarda və yeniyetmələrdə varikoselin olması xayaların inkişafını ləngidir, nəticədə spermatogenezi dayandırır. Varikosel nə qədər uzun müddət davam edərsə, fəsadları da bir o qədər böyük olur, bunu nəzərə alaraq varikosel diaqnozu qoyulan zaman, mikroskopik əməliyyata göstəriş olan pasientlərin qısa zaman içərisində müalicə olunmaları tövsiyə olunur. Varikosel, kişilərdə ən çox qarşılaşdığımız və mikroskopik cərrahiyyə ilə müvəffəqiyyətli nəticələr aldığımız sonsuzluq səbəbidir, onun medikament müalicəsi yoxdur. Hətta iseminasiya (aşılama) planlanan cütlükdə varikoselin olması mayalanma qabiliyyətini azaldır. 
Məlumdur ki, ailələrin əksəriyyəti insanların daha gənc yaşlarında qurulduğundan onların varikosel təsirinə məruz qalma halları xarakterik deyildir, lakin uzun illər 2-ci uşaq sahibi ola bilməyən kişilərin 70%-də varikoselə rast gəlinir.
Varikosel əsasən xayalarda şişkinlik,ağrı və sonsuzluq şikayəti ilə müraciət edən pasientlərdə müayinə zamanı aşkar edilir. Varikosel olan xayanın atrofiyasına (həcminin azalmasına), qasıqda, aralıqda və xayalarda ağrıya səbəb olur, uzun müddət ayaq üstdə durduqda, ağır işlər gördükdə ağrılar arta bilər.

  Varikoselin diaqnozu necə qoyulur?

Varikosel fizik müayinə zamanı gözlə görülə, əllə hiss edilə bilir və ehtiyac olan hallarda doppler ultrasəs müayinə (reflüksün olması) ilə müəyyən olunur. Əsasən sol tərəfli, bəzən sağ tərəfli, az hallarda iki tərəfli olur.

İlham Əhmədov: "Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir"

 

  Bəs varikosel nə vaxt müalicə edilməlidir?

Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermaqrammada olan dəyişikliklər (sperma sayının, hərəkətliliyinin azalması və morfologiyasının pozulması) qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T (testosteron) – nun miqdarının dəyişməsinə fikir verilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Əllə müayinə edilən bütün varikosellər müalicə edilməlidir. Söylənilən halların kompleks halda görüldüyü zaman varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicəyə göstərişdir.

  Hansı üsulla müalicə olunur? 

Əvvəldə qeyd etdiyim kimi, varikoselin medikal (dərman) müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsulladır. Bu günə qədər bir neçə cərrahi üsullardan istifadə edilmişdir, lakin son illərdə dünyanın qəbul etidiyi yol yalnız mikroskopik cərrahiyədir, belə əməliyyatların 90%-i müvəffəqiyyətlə nəticələnir. Varikosel mikrocərrahiyə peşəkar uroloq-androloqlar tərəfindən aparılmalıdır. Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma məsləhət görülür. Əməliyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 aydan sonra olur.

 Bəs kriptorxizm nədir? Kriptorxizmdə xərçəng ehtimalı varmı?

Əslində sonsuzluğun xərçənglə elə bir bağlılığı yoxdur. Sadəcə , olaraq orqanizmdə elə patoloji dəyişikliklər ola bilər ki, bu dəyişikliklər sonradan xərçəng hüceyrələrinin yaranmasına gətirib çıxara bilər. Məsələn, bəzən uşaq anadan olandan sonra körpədə kriptorxizm olur. Kriptorxizm bir anomaliyadır, xayanın xayalıqda deyil, qarın boşluğunda qalmasıdır. Amma rüşeym dövründə olan patoloji dəyişikliklər nəticəsində xaya xayalıqda olmur, qarın boşluğunda və ya başqa nahiyədə qalır. Xayalığın temperaturu aşağı olur. Xaya xayalığa düşməyib başqa nahiyədə, qarın boşluğunda qaldıqda isə temperaturun təsirindən xoşagəlməz dəyişiklər əmələ gələ bilər. Uzun müddət yerinə düşmədikdə xayanın həmin qaldığı yerdə xərçəng əmələ gəlməsi ehtimalı var. Xoşbəxtlikdən son illərdə insanlar vaxtında həkimə müraciət edirlər. Kriptorxizm xəstəliyi cərrahi müalicə edilir. Xaya xayalığa salınır.

İlham Əhmədov: "Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir"

 

 Sünü mayalandırma ailələrə övlad bəxş edə bilərmi?

Biz xüsusi cihaz və texnologiyalar vasitəsi ilə xayadan sağlam hüceyrələri tapıb götürürük və bunu eyni dərəcədə həssaslıqla qadının yumurta hüceyrəsi ilə birləşdiririk. 
Hər dəfə sonsuzluğu müalicə edəndə ümid edirik ki, dünyaya gəlməsində kömək etdiyimiz körpələr gələcəkdə Azərbaycan Respublikasının layiqli vətəndaşı olacaqlar......

  Qadınlarda seksual disfunksiyaların müalicəsi haqqında oxucularımıza nə deyərdiniz?

Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir. Onun yaranması və dünyaya sağlam körpə gətirilməsi, ananın özünün sağlamlığı, sadəcə, iki şəxsin, iki ailənin, iki nəslin qayğısı deyil. Bu, həm də dövlətimizin diqqətində olan çox ciddi bir strateji məsələdir. Çünki insan həyatının davamlılığı və etibarlılığı bu siyasətin necə həyata keçirilməsindən çox asılıdır. Azərbaycan dövləti bununla bağlı çox ciddi proqramlar həyata keçirir, tibbi sahədə köklü kəmi yyət ə keyfiyyət dəyişiklikləri edilir ki, səhiyyəmiz dövlətimizin iqtisadi qüdrətinə uyğun olsun.
Azərbaycan reallığı üçün xüsusi olaraq vacib hesab olunur.Çünki qadınlarda seksual funksiyanın pozulması əksər vaxtlarda dilə gətirilmir. Kişilərə nisbətən qadınların daha utanc olması bir analıqdan məhrum olma acısını üstələyir. Bu , təbii ki, bizim qadınların həm də ləyaqət ölçüsü olduğunu təsdiqləsə də, utancına səbəb olan halın gizlədilməsinə əsas vermir. 
Bunların hamısını bilmək və soruşmaq lazımdır. 
Bəzən də cinsi əlaqə zamanı ağrıdıqlarına görə bir çox qadınlar seksual əlaqədən çəkinir, nəticədə qarşı tərəfin də seksual keyfiyyətini aşağı salırlar. Bu, bir tərəfdən seksual təcrübəsizlik sayılsa da, Əlbəttə ki, milli xüsusiyyətlərimiz, bir az da mühafizəkarlıq bu istəksizlikdə az rol oynamır. 
Digər səbəblər də var. 
Bütün bunlar səbirlə araşdırılmalı, cütlüklər müəyyən vərdişlər, qıcıqlandırma, erogen zonaları haqqında tibbi maarifləndirilməyə cəlb olunmalıdırlar. 

İlham Əhmədov: "Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir"

 

 Kişi sonsuzluğundan, dölsüzlüyündən qorunmaq üçün gənclərə tövsiyələrimiz:

Mən bütün kişilərə sağlam həyat arzulayıram. Fikrimcə, bütün gənclər evlənməzdən əvvəl uşaq və yeniyetmə dövründə valideynləri tərəfindən müayinələrə aparılmalıdır. Evlənmə yaşına çatanlarsa, check up müayinəsindən keçməlidirlər. Hər hansı bir patologiya aşkar olunarsa, həkimə vaxtında müraciət etmək lazımdır ki, sonradan sonsuzluqla, digər cinsi pozuntularla qarşılaşmasınlar. Zərərli vərdişlərdən kənar olmaq lazımdır. Narkotik vasitələrdən, spirtli içkilərdən , siqaretdən, bütün zərərli vərdişlərdən uzaq durmalıdırlar. Bunun həm də bir həyati tərəfi də var. Səbrlə öz problemlərinin üstünə düşsələr, fikrimcə, yaxşı nəticələr əldə edəcəklər. 
Son olaraq vurğulamaq istərdim ki, ilk növbədə qadınla kişi arasında sevgi olmalıdır. Əgər qadın qapını ərinin üzünə gülər üzlə açırsa və onu xoş qarşılayırsa, belə ailələrdə xoşbəxtlik olacaq. Həm də dünyaya sağlam övladlar gələcək. İnsanların şəxsi əhlavi- ruhiyyəsi onların cinsi qabiliyyətinə də təsir edir.Yəni sperma bu qədər həssasdır. Belə ki, yağışda, soyuqda, stress və əsəbilik hallarında spermatozoidlərin qadının yumurta hüceyrələrini mayalandırmaq imkanları aşağı düşür. İnsanda nə qədər sağlam ruh olarsa, mayalandırmaq ehtimalı daha çoxdur.

  Qadının sonsuz olması qərarı rəyi necə və nə vaxt verilir? 

Sonsuzluq (" İnfertilite ") Qorunma üsulları gözlənilmədən 1 il müddətində nizamlı cinsi əlaqədən sonra "uşağa qalmama” halı kimi başa düşülür.
Bir çox hallarda hamiləlik ilk altı ayın əlaqə dövründə meydana gələr. Qorunma vasitələrindən istifadə etmədən bir il müddətində nizamlı olaraq ailə həyatını yaşayan cütlüklərdən 85 faizinin izdivacından dünyaya uşaq gəlir. Geri qalan cütlüklərin 50% i isə nizamlı əlaqəylə uşaq sahibi olacaqlar. Əgər bu müddətdə də ananın hamilə qalma xüsusiyyəti üzə çıxmazsa, onda narahat olmağa dəyər. Amma bu da hələ son deyildir, yəni hamiləlik meydana gətirə bilmə qabiliyyəti nisbətən daha aşağı, başqa sözlə, çətin hamilə qalan kateqoriyasındadırsa da, onlar nizamlı olaraq əlaqədə olsalar, 2-3 % qadının hər aybaşına hamilə qalma ehtimalı olur. Əgər onlar vaxtında ixtisaslı müalicə almazlarsa, hamiləliyin meydana gəlmə müddəti 4-5 ilə qədər uzana bilər. Elə cütlüklər də var ki, onların hamilə qalma ehtimalı yəni "hamiləlik meydana gətirə bilmə qabiliyyəti nisbətən daha aşağıdır.
Elə qrup cütlük də var ki, onların hamilə qalma ehtimalı 0 % -dir. Çünki onlarda hamiləliyə mane olan faktorlar müalicə edilmədiyindən bu gütlüklərdə hamiləlik meydana gətirmə ehtimalı yoxdur.
Bu cür müayinə və müalicələr isə kompleks bir əməliyyatlar serialıdır.

İlham Əhmədov: "Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir"

 

  Hamilə qalıb-qalmama məsələsində tərəflərin yeri və rolu haqqında fikirləriniz də maraqlı olardı. Çünki belə ailələr haqqında , adətən, deyirlər: "arvaddandır”, "kişidəndir”.

Hamiləlik əmələ gətirmə potensialı kişidən və ya qadından asılıdır deyə, konkret bir hökm yoxdur. Bu, qadından da, kişidən də eyni dərəcədə asılı olan bir prosesdir, cinsi aktdır. Məsələn , təzə nikaha girmiş cütlüklərdə nikahın ilk ilində kafi sayda əlaqədə olması vəziyyətində qadının hamilə qalma şansı təxminən 20 -25 %-dir. Bu, o demək deyil ki, qala bilməyənlər sonsuzdurlar. Təbii ki, hər qadında cinsi əlaqə müddətində hamiləlik meydana gəlməz. Belə bir vəziyyətdə səbəb ola biləcək əsas faktor bu cütlüyün hamiləliliyə qala bilmə şanssızlıqlarıdır. Cütlük ola bilsin ki, əlaqə müddətini artırmaq ehtimalı ilə onlarda gələcəkdə hamiləlik meydana gələcəkdir. Belə deyək, "qeyri-münbit" cütlərdə isə ola biləcək səbəblər qadında hər iki fallop tüpünün tıxalı olması, qadında döllənəcək yumurtanın meydana gəlməməsi, kişinin sperma sayının çox aşağı olması ya da heç sperması olmaması, ya da bütün bunların bir birləşməsidir. 

  Sonsuzluqda qadın yaşının yeri necədir? 

Təbii ki, sonsuzluğun ən əhəmiyyətli səbəblərindən biri də qadının yaşıdır.
Qadın yaşı artdıqca yumurtanın sayı azalmaqda, yumurtlaması pozulmaqda, yumurtanın keyfiyyəti itməkdə və hamiləlik olsa belə, ilk günlərdə düşməkdə və daha sonrakı aylarda daha çox itməsindədir.
"Yumurta yaşlanması” deyə bir hal vardır, bu hadisə ananın menopoz yaşıyla da əlaqədardır və hər adətin üçüncü günü baxılan xüsusi testlərlə də yumurtalıq yaşıyla əlaqədar təxminlər etmək mümkündür.
İndiki vaxtda qadının daha gec evlənməsi, uşaq sahibi olma yaşını keçməsi və ya nisbətən gecikdirilməsi yumurtalığın yaşlanması və bununla bağlı sonsuzluğa səbəb ola bilər və inkişaf etmiş texnologiya və müalicə üsullarınnın olmasına baxmayarq, onun müalicəsi hələlik tapılmamışdır.
Buna görə də hər gənc qızın anasının menopoz yaşının soruşulması və erkən menopoza girən ailələrdə yaşayırsa, belə qadınların evlilik və uşaq sahibi olma dövrlərinə əməl etməsi tövsiyə olunur.

 Qadında sonsuzluğu cinsi funksiyaların keyfiyyətinə təsir edərmi?

Hər bir ailənin xoş bir ülfətin, ünsiyyətin axarında hiss etikləri, ehtiyac duyduqları izdivacda, bu gözəl əlaqədə xəyallarındakı ailə sahibi olmaq duyğuları və bu duyğuları bir körpəylə taçlandırmaq arzusu olur. Bütün qadınlar, əlbəttə ki, dünyaya analıq instinkti ilə gəlirlər. Və bir qadını möhtəşəm və pak edən onun qadınlıq və analıq duyğusudur. 2 yaşında bir qızçığaz oyuncaqlarına özünü "ana” kimi təqdim edir. İstər-istəməz biz qadınların sinəsində məskən salmış "ana ürəyi"nin həzinliyini yşayırıq, görürük. Amma nə edəsən ki, bəzən həyat heç də həmiçə güllük, gülüstanlıq olmur. Bəzi vəziyyətlər var ki, körpə sahibi olmaq istəyən, amma ola bilməyən, istəyini, cəhdini on dəfələrlə sınayan və buna görə psixologiyaları pozulan qadınlar vardır.
Mən hər bir Azərbaycan ailəsinə sağlam övladlar arzulayıram..Mən hər bir gəncimizə: oğlumuza-qızımıza ATA olmaq, ANA olmaq səadəti arzulayıram. Biz həkimlərin bundan ali məramı yoxdur...

İlham Əhmədov: "Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir"

 

 Azərbaycanda pozulan nikahların bəziləri dünyaya uşaq gətirə bilməməkdir və ya oğlan doğmamaqdır. Bu, ailənin dağılması üçün əsas ola bilərmi? Axı tibb elmi artıq çoxdan sübut edib ki, dünyaya gələcək körpənin hansı cinsdən olması anadan yox, atanın xromosomlarından asılıdır.

-Xeyr,bu ailənin dağılmasına səbəb olmamalıdır.Əgər ailə bu səbəbdən dağılırsa,demək, təməli möhkəm deyilmiş.Ailə qurulubsa,onun bir arada olması, daha möhkəm olması üçün çalışmaq lazımdır, nəinki dağılması üçün bəhanlər axtarmaq. Əgər uşaq olmursa,bunun da çarələri var, süni mayalanma üsullarından faydalana bilərlər və s. Yalnız uşağın olmaması buna səbəb olmamalıdır.
Çox vaxt başqa səbələr də olur,ancaq dilə gətirəndə yalnız sonsuzluq problemini ortaya qoyurlar. Cinsiyyət məsələsinə gəlincə isə, təbii ki,uşağın cinsiyyətini atanın xromosomları müəyyənləşdirir,oğlan uşağı dünyaya gətirə bilmədiyi üçün ananı günahlandıranlar yəqin ki, bundan xəbərsizdirlər. Bütün bunlar tibbi maariflənmənin olmamasından irəli gəlir.

  Məşhur cərrah Suşrut demişdir ki, ölümlə həyat arasında çapalayan bir xəstəyə təcili yardım lazım olanda həkim şəxsi evinin qəflətən alova büründüyünü görərkən etdiyi kimi hərəkət etməlidir. Sirr deyil ki, bunula bağlı ciddi problemlərimiz var. Təcili yardıma ehtiyac duyulan yerə təcili yardım maşınının, eləcə də həkimlərin geç getməsi barədə fikirlər var. Bəs Hippokrat andı, bəs tibbi deontologiya?

- Bu hallar var. Hər hansı təcili yardım çağırışı üçün həkim və ya həkimlər göndərilir, sadəcə onlar hadisə yerinə geç gedib çatırlar. Bunlar bəziləri həkimdən asılı olmayan səbəblərdir: yollarda tıxac problemi, sirenası işləməsinə baxmayaraq, təcili yardım maşınına yol verilməməsi, dar küçələrdə maşınların keçidinə mane olacaq tərzdə maşın saxlayanlar və s. Bəzən də təcili yardım maşını hadisə yerinə müəyyən vaxtda çatsa da "gecikmiş” ola bilər.
Odur ki, hər bir şəxs ilkin tibbi yardım qaydalarını bilməlidir. Bu sahədə,təhsil ocaqlarında, hətta iş yerlərində maarifləndirici kursların təşkilinə həqiqətən də ehtiyac var.Bütün bunlarla yanaşı, həkim öz peşəsini sevməlidir. Böyük rus yazıçısı Çexov ixtisasça həkim idi.O deyirdi ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir, hər kəs buna qadir ola bilməz. Bunun üşün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Həkim gərək bunları unutmasın. Məşhur alim N.Piraqov çox gözəl demişdir ki,əsl xöşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardır.

  Dueldə ağır yaralanan A.S.Puşkin müayinədən sonra həkimdən soruşubmuş ki, mənə vəziyyətim haqqında məlumat vein. Həkim əvvəlcə deyir ki, ağırdır, ikinci dəfədə onlar ümumi fikrə gəlrlər ki, yara öldürücüdür və şairin yaşayacağına ümid yoxdur və bunu özünə də deyirlər.Puşkin onlara təşəkkür edir. Sizcə, xəstəyə həqiqəti demək olarmı? 

Hippokratın bir sözünü xatırlatmaq istərdim:Zərər vermə!Əgər həkimin xəstəyə xeyri dəymirsə, ziyanı da dəyməməlidir. Mənim fikrimcə, ölümcül xəstəyə həqiqəti açıqlayan həkim doğrudan da, şərəfli, alicənab və vicdanlıdır. Həqiqəti dəyişib xəstəyə və onun yaxınlarına yanlış məlumat vermək isə düzgün deyil. Belə məqamlarda hər şeyi psixoloji vəziyyəti həll edir və xəstəyə fərdi yanaşma tələb olunur.Əgər xəstə, hər cür sonluğu eşitməyə hazırdırsa və həkim də bunu təsdiqləyirsə, o zaman demək olar.
Amma bəzən həqiqəti söyləmək daha acı nəticələrə də yol aça bilər: xəstə küsər,depressiyaya qapılar, sağalacağına ümidi olmadığı üçün müalicəyə davam eləməyi də mənasız görər və bir növ passiv evtanaziyaya səbəb olmuş olar. Bəzən isə, əksinə, xəstə geridə qalan ömrünü daha səmərəli keçirtməyə çalışaraq son günlərini maksimal dəyərləndirməyə çalışar. 

  Həkim-xəstə münasibətlərində ən önəmli olan amillər hansılardır?

-İnam. İlk növbədə, xəstə həkiminə inanmalıdır, onu sağaldacğından şübhə etməməlidir. Hippokrat deyirdi ki, həkim-xəstə münasibətlərində üç tərəf vardır: həkim, xəstə, xəstəlik. Əgər bu mübarizədə həkimlə xəstə birlik olarsa, xəstəliyə qalib gələrlər, yox, xəstə həkimi yaxınına buraxmayıb xəstəliyə tabe olarsa,onda xəstəlik qalib gələcək.Odur ki, xəstə öz həkiminə son dərəcə güvənməlidir. Məşhur cərrah S.Kolomin deyirdi ki, əgər həkimin işığı başqasının üstünə düşmürsə, özünün sönməsi yaxşıdır. 

 

İlham Əhmədov: "Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir"

 

 

 Bir çox ölkələrdə sağalmaz xəstələrə düçar olan xəstələrə qeyri-insani münasibət mövcuddur, hətta onların ölümünü sürətləndirmək üçün addımlar da atılır. Bu, nə dərəcədə doğrudur?

 -Bu, evtanaziyadır. Əvvəlcə onu deyim ki,Hippokrat andı ilə evtanaziya bir-birinə zidd mövqedədir. Evtanaziyanı bəzi ölkələrdə leqallaşdırsalar da,onun tərəfdarları və əleyhdarları hələ də mövcuddur, yəni bu, birmənalı olaraq hamı tərəfindən qəbul olunmuş bir üsul deyil.
Ümumyyətlə,evtanaziyanın iki üsulu var: passiv və aktiv evtanaziya. Passiv üsulda, sadəcə ,müalicəni dayandırırlar, bu zaman ölümü nə sürətləndirmirlər, nə də gecikdirmirlər: hər şeyi öz axarına buraxırlar. Aktiv üsulda isə ölümü sürətləndirmək üçün dərmanlardan istifadə edirlər. Könüllü və məcburi növləri də vardır. Könüllü olarsa, ağır xəstəliyə düçar olan xəstə öz razılığı ilə ya ayıq ikən, ya da sağlam vaxtı həyat sığortasında yazdığı, komatoz vəziyyəti ilə bağlı istəyini bildirir, məcburi olanda isə, komada olan xəstənin himayədarları qərar verir. Mənim fikrimə gəlincə isə mən evtanaziyanın əleyhinəyəm,onun əvəzinə palliativ müalicəni dəstəkləyirəm.Yəni xəstəliyi sağlatmağa yönəlmiş yox(onsuz da sağalmaz xəstəlikdir), xəstənin ümumi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş üsullar(ağrını və digər narahatedici simptomları azaltmaq, xəstələrə psixoloji aspektlərdən dəstək vermək, həyat şəraitini yaxşılaşdırmaq,kimya terapiya,radioterapiya və s.üsullarla).

  Həkimlər üçün, həkimlik üçün ən vacib keyfiyyətlər, sizcə, hansılardır?


Hər şey... Həkim öz ixtisasını dərindən bilməklə yanaşı, əsl ziyalı olmalıdır. Şəxsi geyimi, nitqi, ünsiyyəti, yeniliyə olan marağı ilə hamıdan seçilməlidir. Təsadüfi deyil ki, Hippokrat həkimlikdə ən vacib 3 keyfiyyətdən birinin söz olduğunu göstərmişdir. Həkim gözəl nitq qabiliyyətinə malikdirsə, hələ xəstə ilə ilk ünsiyyətində onda ümid, inam yaratmaqla müalicəyə başlamış olur. Odur ki, həkim mütailəyə maraqlı olmalı, nəinki ixtisasına, eləcə də mədəniyyətə, tarixə və s. aid yeniliklərə bələd olmalıdır.
Məşhur hollandiyalı həkim Tulpliusin aşağıdakı fikirləri bütün həkimlərin həyat amalı olmalıdır: "Başqalarına işıq verə-verə özüm də yanaram”. Həkim yanmağı bacarmalıdır.Azərbaycan səhiyyəsinin görkəmli nümayəndələrindən biri, məşhur cərrah M.Topçubaşovun fikirləri də həkimlik peşəsinin, həkim amalının müqəddəsliyini çox gözəl əks etdirir: "Hər birimiz bir şam işığı qədər işıq verə bilsək, planetimizin günəşə ehtiyacı qalmaz”.

  Son olaraq nə demək istərdiniz? 

İlham Əhmədov: "Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir"

 

Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir. Onun yaranması və dünyaya sağlam körpə gətirilməsi, ananın özünün sağlamlığı, sadəcə, iki şəxsin, iki ailənin, iki nəslin qayğısı deyil. Bu, həm də dövlətimizin diqqətində olan çox ciddi bir strateji məsələdir. Çünki insan həyatının davamlılığı və etibarlılığı bu siyasətin necə həyata keçirilməsindən çox asılıdır. Azərbaycan dövləti bununla bağlı çox ciddi proqramlar həyata keçirir, tibbi sahədə köklü kəmi yyət ə keyfiyyət dəyişiklikləri edilir ki, səhiyyəmiz dövlətimizin iqtisadi qüdrətinə uyğun olsun.
Əlbəttə, həkim olduğum üçün can sağlığından başlayacağam: hamıya sağlam həyat tərzi arzulayıram.İnsanlar xoşbəxt və firavan yaşasın.Qurulan ailələr möhkəm olsun.
Sağımız-solumuz körpə balalarla əhatə olunsun. Hamı ata-ana, nənə-baba olsun. Dünyaya aydın səma arzulayıram. Əmin-amanlıq olandan sonra insan qüdrəti ilə hər şeyə nail olmaq mümkündür.

 Saytımız haqqında fikirləriniz?

Maarifçilik həyatı cəmiyyətin bütün mərhələrində insanlara fayda verib. Ən azından həyatı dərk etməkdə, doğru addım atmaqda kömək edib. Siz də maarifçilik istəyindəsiniz. Bunu davam edin. Amma tibbi yazılar insan həyatı ilə bağlı olduğu üçün ona diqqətlə və məsuliyyətlə yanaşın.

 

İlham Əhmədov: "Hamiləliliyin meydana gəlməsi bir çox təbii, tibbi, sosioloji faktorlarla bağlı bir məsələdir"

 

Qeyd: Siz uralogiya və andrologiya ilə bağlı istənilən suallarınızı hörmətli professorumuza, eləcə də ginekoloya bağlı suallarınızı Vəfa xanıma saytımız vasitəsi ilə ( İlham müəllimlə 050 327 10 36 nömrəli telefonla vasitəsi ilə müraciət edə bilərsiniz) çatdıra bilərsiniz

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: İstifadəçi/Oxucu
  • Qeydiyyat: 30.09.2017
  • Status: offline
  • Şərhləri: 22
  • Məqalələri: 0
^
Появился в инете российский фильм Крым. классный, добрый, совету посмотреть целой семьёй, вот источник глянуть фильмец КРЫМ ТУТ

--------------------
  • Нравится
  • 0