» » Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (IIyazı)

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (IIyazı)

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (IIyazı)

İndi də bu fərqliliklər haqqında danışaq.

I. Sosial-iqtisadi fərqliliklər

Ümumiyyətlə, bizim ailə münasibətləində ən ciddi məsələlərdən biri   kişi və ya qadının özündən daha yüksək sosial-iqtisadi vəziyyətdə olan biriylə evlənməsidir. Odur ki,  özündən daha aşağı mövqeyə malik olan biriylə evlənməsindən daha doğru hesab olunur. Zəngin bir qızın, ya da qadının özündən daha  kasıb olan bir kişi ilə evlənməsi  çox güman ki, tərəflər  arasında fərqlilik səviyyəsi əmələ gətirəcək.  Belə vəziyyət ailənin, kişinin  kişinin xoşbəxtliyinə mane olur, o, daim bundan sıxılır: qadın  ərin gəliri ilə maraqlanmağa   başlayır,  bununla uğursuzluqlar da başlayır,  romantik dövr çox keçmir ki, intriqalanarla əvəzlənir . Burada mühit, kənar təsirlər də neqativ təsirlərini göstərir. Bir vaxt sevməyə başlayanda, sevəndə bu cürə məsələləri heç düşünməyən, göz önünə gətirməyən tərəflər evlilikdən 1-2 il keçməmiş yüksək təminatlı, dəbdəbəli həyat fikirləşirlər. Filan serialdakı həyt tərzini istəyirlər, qpnşu Səltənət xanımın qızı kimi evində qulluqçı saxlatmaq istəyirlər: nə yemək bişirmək, ev yığışdırmaq, paltar yumaq, ər özünü narahat hiss edirsə, səhərə kimi onun başı üstübdə oyaq qalmaq..."podumayeş...." 
Bəzən amma elə kişilər də tapılır ki, onlar əksinə, qız tərəfin imkanlı olmasından istifadə edir, ələbaxım olur, alfons kişilərə çevrilirlər. Bunlar hamısı yanlışdır. Ailə səadəti tərəflərin özlərinin birgə səyləri, mübarizəsi və əməkləri ilə qurulmalıdır. Onda bu ailənin qarşısında heç bir problem mövcud ola bilməz. Onda  sevənlər həyatın , sevginin dadını istədikləri kimi dada biləcəklər. Tamam şirinliyin içində səadət yoxdur. Dosteyevski deyirdi ki, bəzən adama sevinclə yanaşı, kədər də lazımdır. Çətinliklər, acı arzu olunmasa da, insana əsl həyatı öyrədir.
Filmdə, seriallarda gördüklərinizə inanıb, Avropa həyat tərzinə uymayın. Unutmayın: ikinizin birlikdə qurduğu səmimi, qarşılıqlı sevgi dünyası daha maraqlı, baxdığınız həyat filmi daha maraqlı....

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (IIyazı)

II. Təhsil səviyyəsindəki fərqlilik

Evlilikdə müvəffəqiyyətin təməllərindən biri də yoldaşların təhsil səviyyəsindəki tarazlıqdır. Müşahidələr, aparılan araşdırmalar, təhsil səviyyələrindəki tarazlıq ilə evlilikdəki xoşbəxtlik arasında çox yaxın əlaqə olduğunu ortaya qoymaqdadır. Aralarında həddindən artıq təhsil fərqi olan cütlər, bir çox mövzuda və xüsusilə ünsiyyət qurma qabiliyyətində problemlər yaşayacaq. Bu, xarakter uyğunsuzluğuna, hər şeyə fərqli baxışlara səbəb olacaq.
Pis başa düşməyin. Tutaq ki, oğul mənimdir, məktəb oxumayıb, sürücüdür, fəhlədir və s. Ali təhsilli qızla ailə qursalar, problem yaşayacaqlarını əvvəlcədən görmək, hiss etmək mümkündür. Mümkün qədər çalışmaq lazımdır ki, aranızdakı təsil səviyyəsi eyni olsun: yalandan hansısa olmayan və formal olan bir "uni” diplomu olmaq təhsilli olmaq demək deyil ha.
Mənim fikrimcə, şərt o deyil ki, oğlan və ya ali məktəb qurtarmış olsunlar: oxuyub-oxumayıblar, bu, artıq ayrı problemdir, fəqər bu gənclərin baxışları, dünyagörüşləri, duyumları...hər şeyləri üst- üstə düşməlidir. Əgər xanım mətbəxdə seriala, ər də qonaq otağında "boyeviklərə” baxırsa, inanmıram bu evdə qarşılıqlı anlaşma olsun. Lap öz verilişlərimiz olsun. Elə ucuz verilişlər səpkilənir ki, qadınlar qırsaqqız olublar bu verilişlərə. Qadınlar etməyin belə, olmayın belə. Kişilər, həyanızın sonunda gəcəyiniz həqiqətin izinə indidən düşün.Ailə səadətini yaşamadınızsa, bu dünya sizin üçün , doğrudan, bir pəncərə imiş, gəldiniz də, baxdınız da , getdiniz də. Amma bir sevgi oduna yandığınız ürəkdə də gözünü qapaya biləcəksinizsə, deməli, yaşamısınız da, sevilib-sevilmisiniz də, həyatda iz də qoymusunuz.
Haqqında bəhs etdiyimiz problemin özünə gəldikdə isə, hesab edirəm ki, gənclər sevdikləri , könül verdikləri adamı
dərindən, bütün cəhətləri və keyfiyyətləri ilə tanımalıdırlar. Onların intellektual səviyyəri, təhsilləri eyni olmalıdır.Şəxsi mütailə də kömək edər. Kitab zəkanı kübarlaşdırır, doğrudan.

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (IIyazı)

III. Dini və milli fərqliliklər

Cütlərin bağlı olduqları dinlər arasındakı fərqlilik və bənzərlik nisbəti xoşbəxtliyə təsir edər. Təhsil fərqliliyində olduğu kimi, əgər tərəflər arasında fərqlilik çox köklü isə iki adamın xoşbəxt olma şansı zəifdir. Fəaliyyət, baxışlar, münasibətlər, yemə, içmə, oturub-durma və s hər şey fərqli olacaq. Amma əgər bir-birini sevən iki mədəniyyət arasında çox böyük fərq yoxsa, fikir ayrılıqları yoxsa, evlilikdə müvəffəqiyyət gözləmək olar. Bizim dinimiz və milli əxlaq sərvətlərimiz etalon olacaq qədər tamdır və mükəmməldir. Gənclərimiz bunlara sahib olsalar, heç bir problemləri olmaz.

IV. Yaş fərqlilikləri

Bu da son vaxtlar diqqəti səlb etməkdədir. Tez-tez kütləvi informasiya vasitəlrində rast gəlirik və həyatda da görürük: qadının yaşı kişinin yaşından xeyli çoxdur: xarakterik olmasa da, bunlar  var. Ümumiyyətlə, kişinin qadından 2-3 yaş böyük olması normal qəbul edilməlidir. Evli cütlüklər arasında belə fərqlər böyük təhlükə mənbəyi deyil. Amma daha böyük fərqlər istər onların yaşadığı müddətdə, istərsə də, gələcək üçün problemlərlə davam edir. Məsələn, 35 yşında kişinin 18 yaşında qızla ailə qurması məqsədəuyğun deyil. Sevgi azaddır və hər kəsin öz taleyidir. Bizim fikrimiz, sadəcə, bir münasibətdir. Ər və qadın arasındakı belə kəskin fərq həm elmi baxımdan, həm də həyati baxımdan uyğunsuzluqlarla müşahidə olunur. 25 il keçəndən sonra ərin 60, qadının 43 yaşı olur. Axı ailə həyatının cinsəlliyi də bir nizamlı həyatdır. Son illərin müşahidələrinə əsasən,  müəyyən olunub ki, bu cür vəziyyədə kişi ölümləri səbəbindən qadınların erkən dul qalma təhlükəsi artmağa başlamışdır.

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (IIyazı)

Qohum evliliklər

İnsan cəmiyyətinin formalaşmağa başladığı ilk dövrlrdə - qəbilə-tayfa icması dövründə bir icma-qəbilə başçısına, fərqi yoxdur, müəyyən varidata mənsub bir şəxsə aid mal var-dövləti, toxunulmazlıqları təmin etmək, varislik əməliyyatını asan təşkil etmək üçün qohum evliliklərə vasitə kimi baxmışlar. ailəni meydana gətirən kəslər arasında sevgi-hörmət bağı qurmaq kimi.
Sonralar cəmiyyət, sivilizasiyalar inkişaf etdikcə bu ailə-nikah münasibətləri zaman-zaman təkmilləşərək bugünkü səviyyəsinə çatmışdır. Fəqət, bu gün də bu problem günümüzün çox aktual mövzusudur. Yaxın qohumların evlənməsini bir-çox mədəni-sosial baxışlar nizamlasa da , elmi baxımdan genetik faktorlar bu cür evliliklərin fəsadlarını sübut etsə də, bəzi yerlərdə qohum evliliklər hələ də qalmaqdadır.
Hələ də bəzi ərazilərimiz var ki, orada böyük bir nəsil, şəcərə anacaq öz nəsillərindən qız alıb- qız verirlər. Mən dayısına ərə gedən qız görmüşəm, əmiqızı-əmioğlu, xalaqızı-xalaoğlu toyları görmüşəm. Biz demirik ki, bunların hamısı uğursuz olub. Bütün ailələrimiz xoşbəxt olsun, davamlı olsun, amma həyat bu cür evlilikləri qəbul etmir. Ailə üzvləri, qohum-əqrəba arasında müəyyən hüdudlar var, onların adiləşməsinə yol verilməməlidir.

Ər (həyat yoldaşı) seçimində arzu edilməyən xüsusiyyətlər 

Ağsaqqallarımız, ağbirçəklərimiz evlilik həyatındakı müvəffəqiyyətin səbəblərini həmişə tərəflər arasında şəfqət, uyğunlaşma, qarşılıqlı etimad və hörmət, güzəştə getmək kimi isti münasibətlərdə görmüşlər.
Aiə qurarkən həyatın və uluların müəyyən etdiyi nizama  əməl etməyi bacarmayacaqsınızsa, evlənməyi düşünmək uğursuz ailə həyatına  yol açar.
Bir çox mütəxəssislərə görə,  evlilikdə müvəffəqiyyətsizliyə yol açan mənfi xüsusiyyətli şəxslər  bunlardır: həddindən artıq qısqanc, amma çox şey tələb edən, həddindən artıq dərəcədə ehtiras sahibi, real olmayan  məqsədlər arxasında qaçan və tez əsəbiləşən, hər şeydən incik, tez dəyişən, özünə dönük , hər şeyi ən yaxşı şəkildə bildiyini söyləyən və qüsursuz olduğunu iddia edən kişilər; evliliyi, ev işlərini, uşaqla məşğul olmağı dram halına gətirən, daim  şikayətlənən, hər mövzuda mütləq müvəffəqiyyətli olmaq istəyən və hər nail  olduğunu söyləyən qadınlar , eləcə də heç bir seçim etmədən hər kəsin diqqətini çəkmək istəyən, eşqbazlıq etməkdən  xoşlanan qadın və kişilər də  bu sıradadırlar. Biz bütün qaranlıqlara aydın baxmağı istməliyik, aydın düşünməliyik. Dünyada yox elə bir canlı nəsə ki,  (ömür, mərhələ, yaş və s.) onu geri qaytarmaq olsun və əvvəlcə  bir ömür yaşayaraq  təcrübə toplayıb  hər şeyə yenidən başlamaq...Bu, mümkün deyil. Olsaydı da maraqsız olardı həyat, adiləşərdi. Çalışmaq lazımdır ki, bizə əta olunan qismət, ömür payını dəyərləndirməyi bacaraq və dəyərli yaşayaq.
Evlilik  ailə tədrəflərinin  yalnız həzz və eşq duyğularını təmin etdiyi vasitə deyil. İnsanları  bir yerə gətirən, şübhəsiz ki, bənzərliklərdir. Yəni,  sən filənkəs kişini qızı ilə bu gözəlliyi, bu acını belə duyursan: ikinizdə də əksiyyətlə eynidir. Siz buna müqavilə bağlandınız, nikaha girdiniz və hüquq adından öhdəlik götürdünüz ki, mən bu proletarın həat yoldaşı, uşaqlarının anası, qəlbinin həmdəmi, dadlı yeməklər bişirəni, həyatını mənalı və şən edəni olmağımı qəbul edirəm. İndi bəs nə oldu?
Biz istəyirik, bu sevgi qarşılıqlı olsun, arada ziddiyyət olmasın. Olanda da bu, sevgisizlik demək deyil, sevmirəm demək deyil: proletara çay verməyəsiniz, yemək bişirməyəsiniz, danışdırmayasınız..Unutmayın ki, bunlar ayrılıq havası çalır. Aranızda fərqliliklrə imkan verməyin..
Ona görə də ailə qurarkən, evliliklərin əvvəlində, nikah şəhadətnaməsinə qol çəkərkən sabah ailə həyatına qədəm qoyduğunuzda nələr yaşanıla biləcəyini əvvəlcədən düşünmək lazımdır. Evliliyin yalnız Avropadan gətirilən eynəklərlə baxılacaq bir əyləncə məkanı olmadığını, hər şeyin qara və ya ağ olmadığını qəbul etməkyi bacarmaq lazımdır. Bu məsələlərə həyatınız olacaq bir kimsənin münaibətini, baxışlarını kəşf edin.
Xoşbəxt həyata başlayanacan, xoşbəxt həyata hazır olun. İnşallah...

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (IIyazı)
Son 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz