» » ...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları (III yazı)

...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları (III yazı)

 

...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları (III yazı)

Bu cür səbəblərdən xəyanət etmək getdikcə sanki daha çox asanlaşır. Xaraktersiz insanlar (Xəyanət də insanın içində xaraktersizliyi göstərən bir faktdır )asanlıqla bir-birinə yalan danışa bilir, bəzən xəyanət də edirlər. Xəyanətdən də savayı, hələ öz əməllərinə əsas yaratmaq üçün xəyanətin özü qədər də utanc olan bəhanələr gətirirlər. Məsələn, əvvəlki yazımızda qeyd etdiyimiz kimi, belə əsas və yaxud bəhanələrdən biri budur ki, tərəflər bir-birlərinin mənəvi ehtiyaclarını ödəmədiyi kimi fiziki ehtiyaclarını da ödəyə bilmirlər. Qadın deyir ki, ərim yataqda məni məmnun etmir, ər də deyir ki, arvadım elə bil 100 ilin qocasıdır.

Eyib deyilmi, məgər sən elə təkcə gözlərinin qurdunu öldürmək üçünmü evlənmək istəmisən: qadın almısan, ərə getmisən? Axı qadını bu qədər əşyalaşdırmaq olmaz. Axı seriallarda və ya hansı videoda görünüən intim münasibətlər əsl ər-arvad həyatında ola bilməz. Axı onda 1 aydan sonra arada olan bütün hörmət-izzət, səmimiyyət cariyyə münasibətlərinə çevrilər. Axı sən onda zərif bir məxluqun deyil, cariyənin üstünə gedən kimi olacaqsan.

Axı seriallarda illüziya yaradan guya bəy əfəndilər, guya xanımlar əsl ailə/sevgi tərəfdaşları deyillər, sadəcə, bir müddət izdivacda olmaq üçün bir damın altına giriblər. Axı internetdə yazılanlar, görüntülənənlr bizim ərlərə, bizim qadınlara heç yaraşmır. Söhbət bir xalqın bütövlükdə qayəsindən gedir, 5-3 nəfər "orqazma çata bilmirəm”, "istəyirəm ərim hər gün mənimlə olsun və s” bu kimi təxəyyüllərlə yaşayan şəhvət hərislərindən getmir.

Məşhur amerikalı yazıçı, ictimai xadim, Vikipediyanın təsisçilərindən biri olan D. MakDauelin "Sevməyin sirri” adlı maraqlı publisist bir əsəri var, bizim dilə də tərcümə olunub, oxumaq məsləhətdir. MakDauel yazır ki, adəti üzrə gecəyarı masa arxasında işləyərkən telefon zəng çaldı. Dəstəyi qaldırdım, xəttin o başında bir qadın sıxıntı ilə danışmağa başladı: „Cənab MakDauel, son beş gecəni mən beş kişi ilə keçirmişəm. Bu gecə hər şey bitdikdən sonra tək-tənha yatağımda oturub, öz- özumdən soruşdum: „Doğrudanmı hər şey elə bununla bitir?" Xahiş edirəm, deyin, bundan başqa nə isə varmı?

  

...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları (III yazı)

 

Təbii ki, var və amerikalı yazıçı da öz cavabını verib. Mən də bir oxucu, vətəndaş cavabını verəcəyəm, həm də sualla. Əgər həyatın bütün duyğularını kiməsə hazır şəkildə müəyyən bir qaba töküb versələr, həmin adam bu duyğuları birnəfəsəmi başına çəkməlidir, yoxsa bütün həyatı boyuncamı? Sevgini də, onun yaratdığı zövq və duyğuları da qorumaq lazımdır. Nəinki,

MakDauelə müraciət edən qadın kimi, fərqi yoxdur, xoşu gələn hər kimlə olmağa can atasan.

Sevgi dolu həyat, əsl eşq bütün qadınların arzusudur, eləcə də kişilərin. Amma niyə sevgi anlamı daha çox seks anlayışı kimi qəbul edilməlidir?

Axı seks ailə uğuru üçün kifayət ola bilməz. Və bizim tarixən mövcud olmuş ailə ittifaqlarında qadına münasibət seks hərisliyindən yaranmayıb. O zaman belə münasibətlər, belə hisslər o qədər ölçülüb-biçilirdi, ədəb-ərkanla olurdu ki, evdəki uşaqlar ta məktəbi qurtarana qədər valideynlərinin özəl həyatından, emosional yaxınlığından nəsə hiss edib, duyub indiki kimi vaxtından əvvəl ayılmazdılar. O zaman görkəm, bədən quruluşu deyil, qohum olacaq ailələrin cəmiyyətdəki sanbalı, , qızın, oğlanın ağıl-kamalı, təhsili, sənəti əsas götürülərdi.

Yuxarıda haqqında bəhs etdiyimiz kitabda bir qadın jurnalının

30 000-dən artıq qadınlar arasında apardığı sorğunun nəticələrindən bəhs etmişlər. Tədqiqatcı lardan biri yazır ki, coxlu sayda qadınlar oz yoldaşlarını fiziki gozəlliklərinə gorə secdiklərini demiş, amma onu da bildirmişlər ki, əgər secim etmək fürsətini yenidən geri qaytarsaydılar, ilk olaraq, unsiyyət qabiliyyətini əsas götürərdilər.

Deməli, ailə cütlüyünü seks , intim münasibətlər əlvanlığı deyil, ünsiyyət əlvanlığı daha mutlu edə bilər. Amma çoxları məsələnin bu mahiyyətini dəyərləndirmir, heç ağıllarına da gətirmir, bir az da obrazlı desək, sonuncu dayanacağı gözləmirlər.

 

...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları (III yazı)

 

Bu gün ailə ittifaqı quran tərəflər arasında problemsiz olan cütlük çətin ki tapılsın.Təki olmasın. Fəqət gerçək olanı budur ki, problemli ailələrdə təərflərdən hər biri qarşılıqlı olaraq bir-birlərinin problemlərini ortaya qoyurlar. Amma kimsə onu necə aradan qaldlrmaq yolllarını düçünmür, səy göstərmir, addım atmırlar. Bütün problemlərin həlli ünsiyyətdən, birgə kompromislərdən keçir. Ünsiyyət, baş-başa vermək təkcə problemi həll etmir, həm də sevgini yaşamaq üçün mükəmməl edir.

Müşahidələr göstərir ki, bu cür ailələrdə ünsiyyət mədəniyyəti kimi, dinləmk mədəniyyəti də yoxdur. Tutaq ki, kişinin/ərin müəyyən bir qəbahəti var.indi bu proletariat nümayəndəsi suçunu anlayaraq üzrxahlıq etmək istəyir, bir başa "bağışla” demir, amma söylədiyi izahlarla etiraflarını çatdırmaq istəyir. Qadın neynir: əlində iş görə-görə ərinə çəpəki baxır. Üzünə hərdən istehzalı gülüş cizgiəri gəlir. Nə olur sonda : adi bir xətası olan ərinin suçuna indi bir az da əsəbilik, qəzəb calanır. Amma dinləməklə, ünsiyyətlə hər işi elə rahatlıqla yoluna qoymaq olar ki.

" Sevməyin sirri” kitabında maraqlı bir müşahidə təqdim edilmişdir Burada göstərilir ki, evlilikdə boyuyən ən ciddi problem

bir-birinə qarşı başlanan yadlaşmadır. Adətən, nikahdan bir il sonra,normal ər-arvadlar həftədə 35 dəqiqəni vacib, şəxsi sohbətlər ucun sərf

edirlər. Şubhəsiz ki, bu cox azdır „ən xoşbəxt ər-arvadlar bir-biri ilə ən cox danışanlardır"

Məhz bu ünsiyyətin olmaması, bir ev içində yaşanan yadlaşmalar, nikahdanxaric

əlaqələrə aparıb çıxarır, sonda bunun adına "xəyanət” deyirik.

Bəzən insanlar "xəyanət " məfhumunun mahiyyətini, mənasını doğru təfsir etmirlər və y doğru düşünmürlər. Bəziləri də elə düşünür ki, hansısa bir kişinin/qadının evli ola-ola digər kiçi və ya qadınla əlaqəsi xəyanət deyil, olsa-olsa, fiziki xəyanətdir.Belələri onunla təskinlik tapırlar ki, ərindən boşanmayıb ki, arvadını boşamayıb ki.Xəyanət ayrılmaq, boşamaq deməkdir. Yanlış, əlbəttə. Xəyanət təkcə bədənə lmur ki. Hissə olan xəyanət bədənə olan xəyanətdən əzblıvə dağıdıcı olur.

Kim sevməyib. İlk sevdiyinizdəki məhəbbət hisini necə vardı xatırlaya bilən heç vaxt xəyanət edə bilməz.

 

...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları (III yazı)

  

Nə deyim... saçını kəsdirdin,  gülüm?

O gün gəlməyəydin görüşə barı.

Kəsdirdin, ayaqlar altına düşdü.

Qumral saçlarının qıvırcıqları.

 

Hər buruq telinə can demişəm mən.

Saçını nə qədər iyləmişəm mən,

Mənim toxunduğum qara tellərin,

Kəsdirib ayaqlar altına atdın.

 

Sən saç uzatdığın neçə illəri

Düzünü söyləsək bir günə satdın.

Sənin saçlarını axı neçe il.

Sıxıb qərq etmişəm mən öpüşlərə.

Düşünsən sevgilim saçların deyil.

Mənim öpüşlərim atılmış yerə.

 

Bəxtiyar Vahabzadənin bu şeiri sevənlərin, demək olar ki, əksəriyyətinin yaşadıqlarıdır. Lap fiziki olara bu salara toxunmasalar da, qoxulamasalar da, xəyalda bunu ediblər, hökmən ediblər. Bu da bir gözəl sevgidir. İndi onların üstündən necə xətt çəkmək olar?

Hansı oğlan/kişi, hansı qız/qadın ailəsində problem varsa, dayanın. Bu gözəl hissləriniz vallah indi də durur içinizdə, sahib çıxın onlara. Mən sizə daha çox sevgi arzulayıram, amma orta dolanışıq  üçün bəs edəndən 1 qəpik də çox arzulamıram. Bəzi qadınların xoşbəxt ola bilmək üçün tələbləri saysızdır, həm də bunlar daha çox maddi mahiyyətlidir. Siz bizim durnalar haqqında yazdıqlarımız oumusunuzmu: durnalar hər gün sevgililəri üçün rəqs edirlər. Bu isə 1 qəpik vəsait tələb etmir.

Sevgi gözəlliyini bundan yuxarı həyatda tapmaq olmaz. Vaxt tapın, imkan tapın söhbətləşin. Birlikdə gəzməyə çıxın. Allah kişiləri qadınları sevmək üçün yaradıb. Amma qadınlar da, qeydsiz-şərtsiz əri üstün tutmalıdır.Heç vaxt bərabərlik axtarmayın. Evinizdə xoşbəxtlik qura bilsəniz, bu, tək adamın işi deyil ha, bu evə xəyanət heç yaxın gələ bilməz.

Bir-birinizdən bərabərlik yox, daha çox sevgi, daha çox diqqıt, daha çox həssaslıq axtarın.

Sevənlərin  bir-birlərindən, bir də bir vaxt içlərinə doldurdurduqları sevgi hisslərindən başqa kimləri , nələri var ki…

 

...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları (III yazı)

 

Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz