» » ...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları (II yazı)

...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları (II yazı)


...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları (II yazı)

Xəyanət  elə sosial bir bəladır  ki, insanlığın tarixi boyunca  mövcud  olub. İlk baxışda zəlzələ kimi, sunami kimi dağıdıcı təsirləri yoxdur. Buna görə də   necə gəldiyini görmək, episentrini, zərbə dalğalarını müəyyən etmək də olmur.   Əksinə, xumar, şəhvani  baxışlardan   nəşəli yataq səhnələrinə kimi,  hədsiz erotik oyanış, ehtiras  vədd etdiyi üçün    xəyanət qurbanları  özləri ürəyin  qapı-pəncərələrini açıq  qoyurlar.  Ölçüsü,  forması çox kiçik və görünməz olan bu mənhus qonaq  bu kiçik qapılardan daxil olub,  böyük bir  səadət dünyasını, sevgi arzularını  alt -üst  edir, viran qoyur. Tərəddüd edənlər olsa da, sonradan təslim olurlarsa,   mən onları da bu cərgədə görürəm.   Pəncərə-qapıları açıq qoyanlar da, bu qapıdan girənlər də, fərqi yoxdur, hər ikisi  də  eyni tragikomik komediyanın  oyunçuları, faciə qurbanlarıdır.  Bu səhnəni kim quraşdırıbsa, istər kişi olsun, istərsə də qadın, fərqi yoxdur,  "tamaşa bitdi "  deyə sevinə bilməz. Tamaşadan sonra da  faciə   başlayır. Faciə qəhrəma nları heç vaxt qalib olmurlar. Doğrudur, bəzi faciə qəhrəmanlarının idealları  qalib gəlir, amma  şəhvətin, ehtirasın  səhnəyə çıxartdığı eyforiya qurbanlarının ideaları heç vaxt qələbə çala bilməz. Öz əllərilə öz evlərini yıxan  bu günahkarlar çox keçmi ki, etdikləri suçun bədəli olaraq  böyük bir sevginin, əsl ailə səadətin ülviyyətindən əbədi məhrum olurlar. Belələri dünyanın ən bahalı "oboy”larını  alıb divarlarını bəzəsələr  də, ən bahalı çilçıraqları  otaqlarından assalar da, bu oaqlarda  ən əntiq mebelləri  gəlib-gedənlərin üzünə açsalar  da,   otaqlarının   divarlarına emulsiya çəkildiyi xəyanətin olmadığı panel evlərdə  qaynayan həyat eşqi   bu zəngin malikanələrdə olmayacaq. Çünki o evdə  əsl eşq, möhtərəm sevgi  yoxdur, bu otaqları sədaqətlə sevən ata/ana  nəfəsi   isitmir.

 

...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları (II yazı)

 Ailə məsələləri o qədər  həssas məsələdir ki,  bu haqda söz deyən hər kəs də  o qədər həssas olmalıdır.  Bizim, türk xalqlarının ailə-əxlaq  məəlləsi dünya  ailə münasibətləri və əxlaqı üçün çəki daşı olmağa layiqdir. Qərb ölkələrində gənclər  və yeniyetmələrin  həyatı haqqında  internet və televiziyadan nə qədər, həm də hər mövzuda məlumat öyrənmək olar. Tutaq ki, belə gənclrdən  biri 3 dəfə, 5 dəfə evlnə bilər, ərə gedə bilər, heç bir şey olmayıbmış kimi. Elə ölkələr var ki, orada nikah bağlamaq heç önəmli deyil, zadəliyi  məhdudlaşdırır.Bizdə belə deyil axı, bizdə belə olmayıb axı.Özü də bu əxlaq tərzi Azərbaycanımızın  hər yerində eyni  cürə olub.  Bizdə ailə, namus məsələsi   çörək qədər  uca olub. Həyatımız üçün şərt olub...  Papaq başımızı örtmək üçün sipər, səngər olubsa, namus da mənəviyyatımız, qürurumuz üçün səngər, sipər olub. Dədə-babalarımızın  evində divardan   papaq asılıb, evində sədaqətli, ailəcanlı, evcanlı  Qadın olub. Ev bir namus iqamətgahına  çevrilib. Xaricdə  belə deyil axı. Nələr olmur Qərb dünyasında.  Kim könlü necə istəsə elə də eşq həyatı yaşayır. Kim yarı yolda  səmtini dəyişib başqa yola çevrilirsə, valideyn deyir ki, həyat onundur, ona necə  uğurludur, özü seçim etməlidir. İstəyər monqola gedər, istəyər  afrikalıya, istəyər də talibançıya  gedər. Bizdə belə olmayıb axı.  Qərb indi bunu müxtəlif yollarla bizim əxlaqımıza, mənəviyyatımıza yoluxdurmaqdadır.

 

...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları (II yazı)

Siz serialları görmürsünüzmü, reklam materiallarına fikir vermirsinizmi? Kimə lazım idi  belə demokratiya, aşkarlıq: internetdə  ən tərbiyəsiz mövzularda  gecə-gündüz  virus yoluxdurulur. Bunlar xəyanətə  kövrəkləyir hələ  kifayət qədər  bərkiməmiş gəncliyimizi. Bunların arasında  azyaşlılar narahat edəcək qədər çoxdur. Hələ  bu yazıları izləsəniz ən yaxın qohumlara aid xəstə təxəyyüllülər yazırlar. Dövlətin yaratdığı  texnologiyalar insanların  intellekinə, zəka  və mədəniyyətinə xidmət etməli olduğu halda, tamamilə gərəksiz mövzuların  yayılmasına vasitə olur. Bu sərbəstliyi demokratiya azdlığı  pərdəsi adı altında Qərb dünyası qərarlaşdırdı.    Bu qədər  təhlükəli yazılar paylaşılır, kimsənin gəəryinə deyil. Sovet  dövründə  belə şəkilləri, belə ifadəli  işlətməkmi olardı? İndi internetə girən  hər kim addımbaşı bu cür elanlara, videolara rast gəlir. Bunları görən, oxuyan  yeniyetmə  zorən  yaşını qabaqlamağ təhrik edilir. Üzü açılır, sırtılır (ifadələrə görə üzr istəyirəm), daha sonra belə həyatla qarşılaşanda daha tez  təsirə düşürlər. Nə etdiyini bilməyən belə cocuqlardan neçəsi olur ki, çamurluğa düşür. Son vaxtlar zorlama, intihar, atılan  uşaqlar kimi hadisələrin  bir ciddi səbəbi də  bu cür təsirlərdir. Dolayısı ilə   belə yazılar   xəyanət edən və xəyanət edilənlərdə  bu cür insidentlərin olabilərliyinə  nümunə verir, güvən  yaradılr, tərəddüd edənlərin və yaxud artıq  addımı atmışların  hərəkətlərinə  dəstək olur.

...amma 70 faiz qadın da bu tragikomediyanın aktrisaları (II yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz